2-5 oktyabr 2014-cü il
Orxan Hüseynov, "Oğlan" video installyasiyasını
Müasir incəsənət sahəsində fəaliyyət göstərən "YARAT" qeyri-kommersiya təşkilatı 2014-cü ildə keçirilən "VİENNAFAİR The New Contemporary" tədbiri çərçivəsində təşkil olunan "VİENNA Focus" sərgisində iştirak edəcək. "YARAT" təşkilatı təqdim olunan layihə çərçivəsində Bakının baxımsız və köhnə şəxsi tikililərlə dolu olan ərazisində aparılan bərpa prosesinə müşahidəçi gözü ilə əsərlər yaratmış üç rəssamın işlərini nümayiş edəcək. Cəmiyyət, dəyişikliklər və həsrət mövzuları ilə bağlı video, fotoşəkil və installyasiyalar Sənan Ələsgərov, Aidə Mahmudova və Orxan Hüseynov tərəfindən təqdim olunur.
2014-cü ildə Avstriyanın "VIENNAFAIR" adlı ən böyük müasir incəsənət yarmarkası özünün 10 illiyini qeyd edir. Həmin yarmarka Mərkəzi, Şərqi və Cənub-Şərqi Avropanın müasir incəsənət nümunələrinin sərgiləndiyi bir məkandır. Bu il yarmarkanın əhatə etdiyi coğrafiya genişləndi və təqdim olunan ölkələr sırasında Azərbaycan da təmsil olunur. Sərginin "VIENNA Focus" bölməsi müəssisələr, qeyri-kommersiya təşkilatları və mədəni missiyalar üçün nəzərdə tutulub; Azərbaycan müasir incəsənəti
Hələ Sovet dövründən Sovetskaya küçəsi nizamsız tikintinin aparılması səbəbindən əksər hallarda bir-birinə sıxılmış alçaq tikililəri, ensiz yolları və dalanları ilə tanınırdı. Sovetlər dönəminin ərzaq və əşya qıtlığı dövründə "qara bazar" məhz bu ərazidə geniş yayılmışdı. Sovetskaya adı ilə məhşur olan bu ərazi və onun sakinləri şəhər həyatı və tarixi ilə sıx bağlı olublar, onun ayrılmaz hissəsi idilər. Ümumi baxımsızlıq və abadsızlıqla yanaşı, burada daş evlərin, köhnə taxta qapıların və ev əşyalarının gözəlliyini və zərifliyini duymaq, habelə qonşuya daima kömək etməyə hazır olan cəsur, şücaətli və xeyirxah insanları görmək olardı. "VIENNAFAIR" The New Contemporary" tədbirində "YARAT" Təşkilatı adından çıxış edən rəssamlar Bakı mənzərəsinin müasirləşməsinə cavab olaraq "Adiliyin şeriyyat
1956-cı il təvəllüdlü Sənan Ələsgərov Bakının unudulmuş məkanlarını özünə
1978-ci il təvəllüdlü Orxan Hüseynov öz fikirlərini ifadə etmək məqsədilə rəssamlıq, installyasiya və videoçəkiliş kimi üslublarda çalışır. Orxan son zamanlar beynəlxalq nüfuz qazanan yeni Azərbaycan nəslinin nümayəndəsidir. Onun yeni əsərində Sovetskaya küçəsinin ətraflarında yaşayan insanların problemi qaldırılır. Bu şəkillər silsiləsində o, Bakının mərkəzində yerləşən ərazidə və uşaqlıq çağında dostlarının və ailəsinin həyatında baş verən məzəli və təhlükəli hadisələri canlandırır. Həmin hadisələri plyonkada əks etdirərək, rəssam 1991-ci ildə müstəqilliyini bərpa edənə qədər Azərbaycanda, Bakının həmin rayonunda həyat tərzinin müəyyən xarakterik hissəsini təsvir edir.
1982-ci ildə anadan olan Aidə Mahmudovanın installyasiyasınd
Aidə Mahmudova həm rəssam, həm də 2011-ci ildə təsis olunan yerli və beynəlxalq səviyyədə müasir Azərbaycan incəsənətinin tanınması üçün məkanın yaradılması ilə məşğul olan "YARAT" təşkilatının təsisçisidir.
Aidə Mahmudova Böyük Britaniyanın "Central Saint Martins College of Art and Design" təsviri incəsənət fakültəsinin məzunudur. Onun ərsəyə gətirdiyi işlər bir çox ölkələrdə nümayiş olunub və rəngkarlıq, fotoşəkil sənəti və video-art üslublarının ünsürlərini özündə birləşdirir.
"YARAT" təşkilatı haqqında2011-ci ildə rəssam Aidə Mahmudova tərəfindən təsis olunan "YARAT" təşkilatı Azərbaycanda müasir incəsənət anlayışının aşılanması və inkişaf etdirilməsi, habelə milli və beynəlxalq səviyyədə müasir Azərbaycan incəsənətinin tanınması ilə məşğuldur.
Bakıda yerləşən "YARAT" təşkilatı özünün nizamnamə çərçivəsində sərgilər, təhsil proqramları və festivallar kimi fəaliyyət növləri ilə, sərgi salonları və muzeylər daxil olmaqla, yerli və xarici rəssam cəmiyyətləri və şəbəkələri arasında əlaqələrin təşviq olunması və təcrübə mübadiləsinin təşkili ilə məşğuldur. "YARAT"-ın təhsillə bağlı təşəbbüslər sırasında mühazirələri, seminarları və gənc rəssamların dəstəklənməsinə yönəlmiş "ARTIM" proqramını da qeyd etmək olar. "ARTIM" proqramı Azərbaycanın istedadlı gənc rəssamlarına öz əsərlərini peşəkar səviyyədə nümayiş etmək imkanlarını bəxş edir. Bundan başqa, "YARAT" yerli müasir incəsənət infrastrukturunu
"YARAT" təşkilatının işti
sərgisinin "Marker" tədbirini, dünyac
"The VIENNAFAIR The New Contemporary" sərgisi haqqında
2-5 oktyabr 2014-cü il
Messe Vayn, Avstriya
"VIENNAFAIR The New Contemporary" sərgisi Mərkəzi, Şərqi və Cənub-Şərqi Avropada formalaşan müasir incəsənət üçün nümayiş məkanı rolunu oynayan Avstriyanın mühüm beynəlxalq tədbirlərindəndir və formalaşmaqda olan müasir incəsənət üçün beynəlxalq platformadır. Son illərdə o, sərgi salonlarına və incəsənət sənətkarlarına misilsiz sıçrayış nöqtəsi imkanlarını təqdim edən, düşüncə əsa
Vyanada yerləşən "VIENNAFAIR The New Contemporary" sərgisi tamaşaçıl
təd
Əlavə məlumat üçün:
www.yarat.az
www.viennafair.a
www.thenewcontem
www.facebook.com
