"Avatar" kinoteatrlarda nümayiş edilib milyonlarla dollar pul qazanan ərəfədə Rusiya kommunistləri filmin ideyasının sovet elmi fantastikasından oğurlandığını ictimaiyyət üçün açıqladı və filmin rejissoru Ceyms Kameronun həbsini tələb etdilər. Daha sonra dünya mətbuatı bu xəbəri gündəmdə saxladı. Bütün dünyaya filmin ideyasının oğurluq olmasını yazdılar, dedilər. Amma Ceyms Kameron deyilənlər barədə bir açıqlama vermədi. Əsas ideyası oğurluq olan filmi öz məhsulu kimi insanlara təqdim etdi.
"Avatar"a baxanlar gələk bilsinlər ki, oğurluq filmə baxırlar. Elə bu mövzuya toxunmaqda da məqsəd budur.
Türkiyəli məhşur rejissor Okan Baygülən də türk televiziya kanallarında verdiyi müsahibələrdə "Avatar"ın oğurluq, saxta bir film olduğunu qeyd edib: "Filmdə gördüyünüz effektlər əslində illər öncə çəkilmiş rəsmlərdən oğurlanıb. "Avatar" Roger Deanın rəsmlərindən oğurlanmış bir fikirdir. Bizlər onun oğurluğuna qarşı çıxıb "ayıb olsun" demək əvəzinə onun filmini dəstəkləyib, ən yaxşı filmlər sırasına salırıq. Kimsə yerindən qalxıb bu adamın oğurluq filmə görə "Oskar"a sahib olmasına əngəl ola bilmir! Biz niyə axmaq kimi burda otururuq? Bizim yazıçılarımız niyə danışmır? Bu qədər susub yaltaqlanmağa səbəb nədir?"
Ceyms Kameronun Roger Deanın rəsmlərindən oğurluq etdiyini təsdiqləyən fotoları da çox çətinliklə tapa bildim. Filmdə həqiqətən də rəssam, dizayner olan Roger Deanın illər öncə mavi rəngdən gen bol istifadə edərək çəkdiyi rəsmləri görəndən sonra çox güman hər şey sizə aydın olacaq.
Atalar yaxşı deyib, yalanın ömrü 40 gün çəkər. Düzdür, "Avatar" ın nümayişindən aylar keçib. Amma necə də olsa filmin oğurluq olmasını hamı bildi. Əsas da budur.
"Avatar"ı zibil yeşiyinə atmağın zamanı gəlib. Çünki, Amerikada yenicə istehsal edilən "Dear John" filmi rekordları qırmağa başlayır.
2009-cu ilin dekabrında premyerası olan "Avatar" 2,2 miyard dollardan çox pul qazanan ilk və hələlik yeganə ekran işidir. Filmin büdcəsi 237 milyon dollar olub.
Turxan
Milli.Az

--------------------------------------------------------------------------------

-------------------------------------------------------------------------------

--------------------------------------------------------------------------------

--------------------------------------------------------------------------------