Mədəniyyət
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Göy-göl" Dövlət Mahnı və Rəqs ansamblının tarixçəsi və hazırkı vəziyyəti...
11 Aprel 2014 23:21
0 Şərh
Baxış: 6 564
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Yarandığı gündən maraqlı və rəngarəng ifaları ilə bir çox dövlət tədbirləri və konsertlərində iştirak edən "Göy-göl" Dövlət Mahnı və Rəqs ansamblı bu gün də fəaliyyətini davam etdirir.
Milli.Az Kəpəz TV-yə istinadən xəbər verir ki, "Göy-göy" xalq çalğı alətləri ansamblı 1969-cu ildə Fikrət Verdiyev tərəfindən ictimai əsaslarla yaradılıb. Gəncə musiqiçilərini və sənətçilərini başına yığan Fikrət Verdiyev yerli mədəniyyət nümayəndələrinə xəbər vermədən Bakıya gedərək, burada konsert proqramı ilə çıxış edir. Təbii ki, televiziya vasitəsi ilə konserti izləyən yerli hakimiyyət nümayəndələri üçün varlığından xəbərsiz olduqları Gəncə "Göy-Göl" Dövlət Mahnı və Rəqs Ansamblının konserti sürpriz olur.
"Göy-Göl" Dövlət Mahnı və Rəqs Ansamblının bədii rəhbəri Fikrət Verdiyev: "Bakıda gözəl bir konsert verdik, qayıtdıq gəldik. İkinci katib Tofiq Kazımov məni çağırdı, bir az da danladı ki, niyə xəbər verməmisiz. Dedim, gedib neyləmişik ki?! Dedi ki, gedirdiniz xəbər edərdiniz, avtobus, geyim təşkil edərdik. Dedim ki, mən istədim Gəncə üçün sürpriz olsun".
Ansamblın ilk solisti Rövşən Behcət olub. Fikrət Verdiyev deyir ki, mərhum Rövşən Behcət haqqında danışmaq onun üçün çox çətindir. Çünki o, sadiq insan olub. Dəfələrlə Bakıya dəvət olunsa da, nə Gəncəni, nə də "Göy-göl" ansamblını atıb getməyib.
Fikrət Verdiyev: "O, bizim ən qiymətli solistimiz olub. O, nəinki Gəncənin, o, Azərbaycanın ən gözəl müğənnilərindən biri olub. Zarafat deyil, 1972-73-cü illərdən sonra 80-ci illərədək Azərbaycan Dövlət Filarmoniyasının zalını heç kim doldura bilmirdi. Amma biz "Göy-Göy" ansamblı Rövşən Behcətlə gedirdik, 3 gün yazılırdı və bu günlər ərzində bilet tapılmırdı".
Xalq artistinin sözlərinə görə, Rövşən Behcət çıxış edən zaman İslam Rzayev, Əlibaba Məmmədov kimi sənətkarlar onu dinləmək üçün konsertə gəlib, onun ifasından feyz alıb, dincələrmişlər. Təbii ki, ansamblın fəaliyyəti genişləndikcə onun sıralarına başqa solistlər də qoşulur. Yaranmasından 8 il sonra isə Heydər Əliyevin xüsusi tapşırığı ilə ansambla dövlət statusu verilir. Bu illər ərzində bir çox layihələrə imza atan və bir çox xarici ölkələrdə qastrol səfərlərində olan ansambl, hazırda yeni repertuar üzərində çalışır. Bu məşqlərə Gəncənin gənc ifaçıları da cəlb olunub.
Milli.Az

DİGƏR XƏBƏRLƏR
-
“Sənət inciləri”: növbəti mühazirə-konsert Xəzər Universitetində təşkil olunub - (Foto)
-
Dövlət Uşaq Filarmoniyasında Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində növbəti konsert proqramı keçirilib - (Foto)
-
Azərbaycan Milli İncəsənət Muzeyində 27 Sentyabr – Anım Gününə həsr olunmuş tədbir keçirilib - (Foto)
-
Gəncədə Çukurova Dövlət Simfonik Orkestri və Niyazi adına Dövlət Simfonik Orkestrinin birgə konserti keçirilib - (Foto)
-
"Aşk ve taht" final edir
-
Azərbaycan muzeyi ilə özbək institutu arasında əməkdaşlıq memorandumu imzalanıb - (Foto)
XƏBƏR LENTİ
-
Nübar efirə qayıdır
-
Minimum əməkhaqqının artacağı gözlənilir - (Video)
-
Günün qoroskopu: Bu gün heç kim suallardan yayına bilməyəcək
-
Naxçıvana ilk qar yağdı - (Video)
-
Damla oğlunu Amerikaya yola saldı, özü isə gedə bilmədi
-
"Real"ın ulduzu zədə səbəbilə 2-3 ay olmayacaq
-
Pakistanda 23 yaşlı azərbaycanlı qıza qarşı zorakılıq edən şəxslərin görüntüsü - (Video)
-
Mustafa Sandalın həyat yoldaşı və qayınatası ilə bağlı qərar verildi - Yenilənib
-
İnfantino Bakıdan paylaşım etdi - (Video)
-
“Brent” nefti ucuzlaşdı
-
Paşinyana Rusiya rəsmisindən maraqlı hədiyyə
-
"Dərnəgül" metro stansiyasına ödənişsiz avtobuslar ayrılacaq
-
Leyla Əliyeva və Alyona Əliyeva kardinal Corc Ceykob Kuvakad ilə görüşüblər - (Foto)
-
Cabir İmanovun gerçəkləşməyən arzusu
-
Romada Leyla Əliyeva və Alyona Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub - (Foto)
-
Leyla Əliyeva və Alyona Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüblər - (Foto)
-
“Mançester Siti” Haalandla bağlı qərarını verdi
-
Pakistanda zorakılığa məruz qalan azərbaycanlı qızla bağlı faktlar - (Foto)
-
Kamran Əliyev: "Qanunsuz gəlirlərin leqallaşdırılmasına qarşı mübarizə gücləndirilməlidir"
-
Bakıda gecə klubunun qarşısındakı qətlin şahidi danışdı
-
Premyer Liqa "Mançester Siti" barədə açıqlama verdi
-
Kürdəmirdə ildırım 51 yaşlı kişini öldürdü
-
Təhsildə yeni maliyyə modeli: Şagird sayı az olan məktəblər bağlanacaqmı?
-
Azərbaycanla İran arasında ticarət, nəqliyyat, enerji əməkdaşlığının genişləndirilməsi müzakirə edilib - (Foto)