Mədəniyyət
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycanın əməkdar artisti: "Məhz bu sevgidir ki..." - FOTOSESSİYA
30 Yanvar 2014 02:00
0 Şərh
Baxış: 4 009
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Əməkdar artist Naibə Allahverdiyevanın Milli.Az-a müsahibəsi.
- Sənətə gəlməyiniz təsadüfi oldu, yoxsa?
- Təsadüfi olmayıb. Aktirsa olmaq çoxdankı arzum olub. Atam istəmirdi ki, mən aktirsa olum. Bütün maneələri aşıb bu sənətə gəlməyi bacardım. Artıq illərdir ki, səhnələrdəyəm.
- Sənətinizə laiyiqincə qiymət verilibmi?
- Mənim üçün ən önəmli olan tamaşaçı sevgisidir. Sənət, bacarıq, istedad pulla ölçülməməlidir. İnanın mənə, elə bir məclis olub ki, yüksək vəzifəli bir adamın xanımı ayağa qalxıb məni öpüb-qucaqlayıb. Tamaşaçı sevgisindən artıq nə ola bilər ki? Məhz bu sevgidir ki, tamaşaçı ilə mənim aramda sınmaz bir körpü yaradır. Onları mənə, məni da onlara bağlayır.
- Amma sizi istəməyənlər də var, təbii ki...
- Bəli, sözsüz, elədir. Hamı hər kəs tərəfindən eyni cür qəbul oluna bilməz. Amma məni istəməyənlər, haqqımda şayiə yayanlara görə tamaşaçının mənə olan sevgisi heç vaxt azalmayıb, azala da bilməz.
- Haqqınızda deyilən hansı şayiə sizi dəhşətə gətirib?
- Bu yaxınlarda demişdilər ki, guya mənim gənc bir sevgilim var. Amma tam səmimi deyirəm ki, hal-hazırda həyatımda heç kim yoxdur. Həyatımı yalnız qızıma həsr etmişəm.
- Həyat yoldaşınızdan niyə ayrılmısınız?
- O, məni başa düşmədi və mənə yetərincə deyər vermədi. Hətta biz ayrılandan sonra ona ikinci dəfə şans verdim, lakin yenə də onu dəyərləndirə bilmədi.
- Yenidən gəlsə, onu bağışlayarsınız?
- Xeyr, artıq gecdir...
- Bir zamanlar "Yarımştat" teletamaşasında oynadığınız rol sizi çox məşhurlaşdırmışdı. Ondan yaxşı mənada istifadə edə bildinizmi?
- Bəli, həmin rol mənim şöhrətimi birə beş artırdı. Lakin mən deməzdim ki, həmin rolum oynadığım digər rollarımı kölgədə qoydu. Oynadığım digər gözəl rollarımla da tamaşaçıların yaddaşında silinməz izlər qoymağı bacarmışam.
- Sizi son zamanlar çəkilən yerli seriallarda görmürük. Bunun səbəbi nədir?
- Seriallardan təkliflər gəlməyinə gəlir, lakin yaradıcılıq və maddi baxımdan məni qane etmədiyinə görə razılaşmıram.
- Simanızda ən çox xoşunuza gələn nədir?
- Gözlərim. Deyilənə görə, gözlərim çox gözəl və mənalıdır.
- Plastik əməliyyatdan istifadə etmisiniz?
- Yalnız arıqlamaq üçün əməliyyat olunmamışam. Onu da heç kimə məsləhət görmürəm. Çünki çıxarılan piy müəyyən müddətdən sonra yenidən yerinə gəlir.
- Açıq-saçıq səhnələrin çəkilməsinə sizin münasibətiniz necədir?
- Düşünürəm ki, bu normal haldır. Aktirsa ona verilən rolu oynamalıdır. Buna görə cəmiyyətdə qınaq obyektinə çevrilməməlidir. Əgər bir aktirsa açıq-saçıq səhəni oynayırsa, o demək deyil ki, onun özü də o əxlaqın sahibidir. Sadəcə olaraq, o, kiminsə həyatını oynayır.
- Ümumiyyətlə, təbiətcə necə birisiniz?
- Təbiətcə mülayim, sadə və mehribanam. Hamı ilə dil tapmağı bacarıram.
- Axır vaxtlar səsiniz el şənliklərindən gəlir. Oxumaq həvəsinə nə zaman düşdünüz?
- Gözəl səsə malik olduğumu çoxdan hiss eləmişdim. Əslində müğənnilik eləmək kimi bir iddiam yoxdur. Sadəcə olaraq, el şənliklərində mahnı oxuyub qazanc əldə edirəm. Yəni sırf maddi ehtiyacımı ödəmək üçün bu işlə də məşğul oluram.
- Tamaşaçılar sizdən yaxınlarda hansı yenilikləri görə biləcəklər?
- İndi teatrda yeni tamaşalar üzərində işlər gedir. İnşallah, yaxın zamanlarda yeni və maraqlı rollarımla tamaşaçıların qarşısına çıxacam.
Cavidan Abdullayev
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.

DİGƏR XƏBƏRLƏR
-
Bakıda “The World of Adrenaline” adlı yeni beynəlxalq sirk proqramı başlayır
-
Baku International Arts Festival yenidən Bakıda keçiriləcək: teatr, musiqi, rəqs və müasir incəsənət bir arada - (Foto)
-
Mexikoda Azərbaycan mədəniyyəti təbliğ olunur: Səfir Seymur Fətəliyev və deputat Korina Vilyeqas San-Lasaroda sərgi açdılar
-
Bakının nəbzi cazla döyündü! - 21-ci Baku Jazz Festival İçərişəhərin qəlbində möhtəşəm musiqi bayramı ilə başa çatdı - (Foto)
-
Görkəmli sənətkar Rafael Dadaşovun 80 illik yubileyi münasibətilə anım tədbiri keçirilib - (Foto)
-
Dünya ulduzları Bakıda keçiriləcək möhtəşəm beynəlxalq tədbir – Azerbaijan Dance Festival haqqında - (Video/Foto)
XƏBƏR LENTİ
-
Azərbaycan bu valyuta bahalaşdı - Rəsmi
-
Bəzi ərazilər işıqsız qalacaq
-
ÇL: "Fənərbağça" darmadağın oldu, "Real"a Arda qələbə qazandırdı
-
Bakıda və Abşeronda hava iki gün tozlu olacaq
-
Türkmənistan Prezidenti Azərbaycana səfərə gəlib
-
Elektriksiz işləyən dünyanın ilk DNT kompüteri hazırlandı
-
Makaronun süzdükdən sonra suyunu tökməyin
-
Tezliklə acı həqiqəti öyrənəcək 4 bürc
-
Yumurtanı rahat soymağın sirri
-
Messi özünə lüks yaxta sifariş etdi
-
“Görək, ürəkdən, yoxsa yalandan barışıb” - Təranə Qumral
-
Gəlinin 96, bəyin 18 yaşı var: rekord yaşda evlilik
-
Narkotikə görə saxlanılan Nəvainin anası: "Böhtandır"
-
Ev alarkən mənzilin altından kollektorun keçib-keçmədiyini necə bilmək olar? - (Video)
-
Zelenski İlon Maska müraciət etdi
-
Vinisiusun cəzası bəlli oldu
-
"Liverpul" 9 qolluq matçda qalib gəldi
-
Günün qoroskopu: Planlaşdırmağı dayandırın və işə başlayın
-
Murat Bozun da olduğu studiya suya qərq oldu - (Video)
-
Osimhenin hamilə sevgilisi qəzaya düşdü - (Foto)
-
“Azərbaycanın daxili işlərinə qarışmaq kimin nə həddinədir?!”– B.Yıldırımla müsahibə
-
Sumqayıtda bağçada nəzarətsiz qalan uşağın qolu qırıldı - Anbaan (Video)
-
"Oğluma iliyimi verdim, amma onu xilas edə bilmədim" - Ebru Şallı