Mədəniyyət
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Latış Müasir İncəsənəti: Şüşə, Parça və Keramika" adlı sərginin açılışı oldu - FOTO
20 Noyabr 2013 22:01
Baxış: 2 186
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
20 Noyabr tarixində "QGALLERY" qalereyasında 20-ci əsrin əvvəllərinə söykənən lakin ənənələri uzaq keçmişə qədər davam edən Latviyanın müasir dekorativ tətbiqi sənətinə həsr olunmuş "Latış Müasir İncəsənəti: Şüşə, Parça və Keramika" adlı sərginin açılışı oldu. Latviya rəssamları öz işlərində nəinki tətbqi sənət sahəsində müasir dövrün texniki nailiyyətlərini göstərir. Həm də qədim sivilizasiya ilə birgə mənəvi bağlantını davam etdirirlər ki, bu isə əbədi olaraq həyatın dəyərlərindəndir.
Latış dekorativ - tətbiqi sənətinin peşəkar olaraq inkişafı, müxtəlif növdə tətbiqi sənət sahəsi üzrə kadrların hazırlanmasında ocaq rolunu oynayan Latviyanın Rəssamlıq Akademiyasının gördüyü iş ilə bağlıdır. Məsələn. Latviyanın Rəssamlıq Akademiyasında keramika üzrə kafedrası 89 il bundan əvvəl açılmışdır. Kafedrada müəllimlik və yaradıcılıq fəaliyyəti mövzuların, ideyaların və texnologiyanın inkişafının rəngarəngliliyi ilə əlaqədardır. Hər il kafedra təsviri sənət üzrə beş bakalavr və dörd magistr məzun edir. Bu tədris ocağını bitirən oranın keçmiş tələbələri həm Latviyada həm də digər xarici ölkələrdə keçirilən sərgilərdə aktiv olaraq iştirak edirlər, dizayn üzrə müxtəlif studiyalar açır və məktəblərdə bu sahə üzrə dərs deyirlər.
60-cı illərin əvvəllərində Latviyanın İncəsənət Akademiyasında Parçalar üzrə kafedra açılmışdır. Bu kafedraya tükənməyən ilham mənbəyi olan mövcud sahə üzrə özünü daha yaxşı ifadə etmək məqsədilə yavaş-yavaş yaradıcı insanlar can atırdılar. Eyni zamanda bu akademiyada Bədii Şüşə üzrə fakultə açıldı ki. Bu da incəsənətin mövcud sahəsi üzrə çox böyük hadisəyə səbəb oldu. Yüksək səviyyədə olan tədris peşəkar kadrların tək sənaye sahəsində deyil, həmçinin incəsənət sahəsində də yetişdirilməsinə imkan yaratdı. Əgər əvvəlki dövrlərdə Latviyanın mədəniyyətində mənfəət məqsədilə sənaye miqyasında yalnız şüşədən olan məmulatlar inkişaf etdirilirdisə, hal-hazırkı dövrdə isə art-obyekt, sərgi məqsədi ilə və ekskluziv əsərləri yaradan peşəkar rəssamlar aktiv olaraq işləyirlər. Sərginin keçirilməsində məqsəd Latviyanın müasir dekorativ-tətbiqi sənətinin geniş xülasəsini müxtəlif rəssamların yaradıcılıqlarının misalında nümayiş etdirməkdən ibarətdir. Bu rəssamların hər birinın ayrı-ayrılıqda özünəməxsus azad dünya görüşü, ilham mənbəyi və yaradıcılıq yolu vardır. Lakin onları nəsə vacib və dəyərli bir şey birləşdirir. Bu, insanın təbiətin və kainatın əsas hissəsi olmasını, maddi və ruhi hormoniyanın vəhdətinə yetişmək, funksionallığı və simvolik mənası, etnik və ümumi insanlıq keyfiyyətlərini dərk etməkdən ibarətdir. Məhz bu dünya görüşü və incəsənətin dəyərlərini Latviyanın rəssamları aktuallığına görə birinci yerə qoymuşlar. Bundan başqa latış rəsamları məhz bu dəyərləri öz əsərləri vasitəsilə Latviyada və digər ölkələrdə olan tamaşaçıların nəzərinə çatdırmağa çalışıblar.
Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.

DİGƏR XƏBƏRLƏR
-
Əminə Rəhimova vəfat etdi
-
“STB” Pop qrupunun “Yaşayır İnsan” mahnısına çəkilmiş klipi təqdim olunub - (Video)
-
«Bulqakovun musiqi dünyası» adlı teatrlaşdırılmış konsert keçirilib - (Foto)
-
“Sənət inciləri”: növbəti mühazirə-konsert Xəzər Universitetində təşkil olunub - (Foto)
-
Dövlət Uşaq Filarmoniyasında Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində növbəti konsert proqramı keçirilib - (Foto)
-
Azərbaycan Milli İncəsənət Muzeyində 27 Sentyabr – Anım Gününə həsr olunmuş tədbir keçirilib - (Foto)
XƏBƏR LENTİ
-
"Flydubai"nin ikinci pilotu etiraf etdi: Təyyarəni İsraildə yerə çırpmaq istəyirmiş
-
Zaur Həbibov Ukrayna-Rusiya müharibəsində həlak oldu - (Foto)
-
Xaricdə təhsil adı altında dələduzluq edən şəxs saxlanıldı
-
Rafinya Mbappeni geridə qoydu
-
Robotların sayı 5 milyonu keçdi
-
Hülya Avşarın makiyajsız halı diqqət çəkdi - (Foto)
-
Tramp: İranın işləri yaxşı getmir
-
Afaq Bəşirqızı: "Məni "Söylü"yə oxşatmayın"
-
Moskvanın mərkəzində azərbaycanlı qardaşlara hücum: Bıçaqlanan var
-
Bakı Bulvarında Zeytun Festivalı keçiriləcək (Video)
-
UEFA Millətlər Liqası: Günün ən maraqlı matçları
-
Polşa mətbuatı: Azərbaycan, Gürcüstan və Türkiyə Aralıq Dəhlizində yükdaşımaları sürətləndirməyi hədəfləyir
-
Bakıda ən ucuz evlər bu ərazidədir
-
Silvestr Stallone buna görə 14 dəfə əməliyyat olunub
-
Bakıda vətəndaşın evini söküb pul verməyən şirkət rəhbəri tutuldu
-
Bakıda avtobus aşdı: Yaralılar var - (Video)
-
ChatGPT-də geyimləri virtual sınaqdan keçirmək mümkün olacaq - (Foto)
-
Qəhvə sevənlər bunu mütləq oxusun
-
Quba-Xınalıq yolunda yenidən torpaq sürüşməsi oldu - (Foto)
-
DİN əməliyyat keçirdi, İran vətəndaşı və daha 7 nəfər tutuldu
-
Bacısının toyunda əsgər qardaşının sürprizi - (Video)
-
Metroda kişi öldü
-
Nəfəsin efektsiz fotosu müzakirə yaratdı - (Fotolar)
-
Toyda bəyin möhtəşəm rəqsi diqqət çəkdi – (Video)