Mədəniyyət
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bakıda "Xəttatlıq, miniatür və keramika" sərgisi açılacaq
22 Oktyabr 2013 18:39
Baxış: 2 185
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Oktyabrın 23-də, saat 18:30-da Bakı İncəsənət Mərkəzinin "Yeni Gallery" sərgi salonunda "Xəttatlıq, miniatür və keramika" sərgisinin açılışı keçiriləcək. Trend Mədəniyyət və Turizm Nazirliyinə istinadən məlumat verir ki, ekspozisiyada Azərbaycan və Türkiyə sənətçiləri - Gülxan Bəydəmir, Ayşe Betül Özey və Özgün Fəridə Özganın əsərləri nümayiş olunacaq. Bakı İncəsənət Mərkəzinin baş direktoru Rafael Gülməmmədli bildirib ki, qurum həmişə yaradıcı təşəbbüslərə dəstək verir.
Mərkəz 2008 və 2010-cu illərdə G.Bəydəmirin fərdi sərgisini təşkil edib. Klassik xətt sənətinin bacarıqlı ustalarından olan müəllifin əl işləri böyük maraq doğurub. Onun bir çox əsərləri Azərbaycan, Türkiyə, Almaniya, Niderland, Avstriya, Koreya və Fransa kolleksiyaçıları tərəfindən alınıb, Almaniyada və Avstriyada sərgiləri açılıb. G.Bəydəmirin Türkiyədə yaşayıb-yaradan iki gənc sənətkarla birgə sərgi keçirmək təşəbbüsü də Bakı İncəsənət Mərkəzi tərəfindən dəstəklənib. Qeyd edək ki, A.B.Özey 13 ildir ki, ənənəvi türk sənətləri ilə məşğul olur. O, həm də klassik dizaynları özünəməxsus şəkildə improvizə edir. Kurslar təşkil edərək yerli və xarici vətəndaşlara bu sənətin sirlərini öyrədir. Sərgidə müəllifin zərgərlik sənəti nümunələri nümayiş olunacaq.
Ö.F.Özgan isə İstanbul Universitetinin Ədəbiyyat fakültəsinin klassik arxeologiya sahəsində təhsil alıb. 2000-ci ildən etibarən müstəqil şəkildə miniatür sənəti ilə məşğuldur. 2006-cı ildə türk-islam sənətləri müsabiqəsində birinci olub. Əsərləri müxtəlif incəsənət məkanlarında sərgilənir. "Yeni Gallery" salonunda açılacaq sərgi noyabrın 3-dək davam edəcək. Sərgidə zərgərlik sənəti nümunələri, xəttatlıq, miniatür və keramika sənət növlərində 40-a qədər əsər təqdim olunacaq.
Milli.Az

DİGƏR XƏBƏRLƏR
-
"Muzeydə kino" layihəsi çərçivəsində Lətif Kərimovun həyatvə yaradıcılığına həsr olunmuş "İşıqlı ilmələr" sənədli filminin nümayişi keçirilib - (Foto)
-
Təyyar Bayramovun 50 illik yubileyinə həsr olunmuş konsert keçirilib - (Foto)
-
Azərbaycan muğamı Pakistan səhnəsində böyük rəğbətlə qarşılanıb - (Foto)
-
Alyona Əliyeva “İki dünya arasında” adlı sərginin açılışında iştirak edib - (Foto)
-
İki sənət, bir ruh: Rusiyada yaşayan azərbaycanlı vokalçılar III Fidan Hacıyeva Beynəlxalq Opera Festivalında çıxış ediblər - (Foto)
-
Filarmoniyanın Kamera və Orqan Musiqisi Zalında “Kamera Musiqisi Axşamı” adlı konsert keçirilib - (Foto)
XƏBƏR LENTİ
-
"Sabah"ın oyununu hansı kanal yayımlayacaq?
-
Sevdiyi oğlana evlilik təklifi edən qız pərt oldu (Video)
-
Bakıda iki azyaşlı bacı vəfat etdi
-
Fədayə Laçın tanınmaz halda (Video)
-
Kadırovun oğlu soyadını dəyişdi
-
Vinisius Junior Puşkaşa çatdı
-
İdxal-ixrac əməliyyatlarının tənzimlənməsi qaydalarına dəyişiklik edilib - Fərman
-
Özcan Deniz Park Cinemada “Son Yemek” filmini təqdim etdi (Foto)
-
Ofelya Şabanova dəyişib belə oldu (Video)
-
Cəmiyyətdə müəyyən bir seqmentlər var ki, onlar məmurların fəaliyyətindən narazıdırlar - Yunus Oğuz
-
“Sabah” - “Barselona” oyunu günü ictimai nəqliyyatda gediş 1 qəpik olacaq
-
Puxaç “Barselona”nın futbolçusu ilə - (Foto)
-
Yeni elektron tərəzi quraşdırıldı - Bu tarixdən cərimələr başlayır
-
Kəlbəcər: Tarixi qayıdışdan Böyük Qayıdışa uzanan Zəfər yolu
-
Azərbaycanda Beynəlxalq Meşə Təlim və Tingçilik Mərkəzi yaradılır
-
İş yoldaşının boyunbağısını oğurlayıb lombarda qoydu
-
Qoşaçayda 14 yaşlı qız nişanlısı tərəfindən güllələndi
-
Azərbaycanda doğulan oğlu müharibədə öldü - Anası olduğunu sübut edə bilmədi
-
Bakıda 23 məktəbə yeni direktor təyin edildi
-
Qara Cümə fürsətindən kim qazanır: Alıcı, yoxsa satıcı? - Araşdırma
-
Bakıda 37 yaşlı qadın hamamda dəm qazından boğularaq öldü
-
Bir erməni ailəsi və yurdundan qovulmuş yüz minlərlə azərbaycanlı: Elçin Alıoğlu Meksikada erməniyönlü jurnalistə qarşı
-
Prezident İlham Əliyev Litvanın xarici işlər nazirini qəbul edib - (Video/Foto)
-
Ayın 26-da 3 dərəcə şaxta olacaq - Proqnoz verildi