AzərTAc xəbər verir ki, Rusiyanın Böyük Teatrında Aleksandr Borodinin "Knyaz İqor" operasının yeni quruluşda silsilə nümayişi uğurla davam edir.
Operada baş qəhrəmanın - Knyaz İqorun partiyasını Azərbaycanın əməkdar artisti Elçin Əzizov ifa edir.
Tamaşanın premyerası Fransanın "Mezzo", Rusiyanın "Kultura" telekanalları və Böyük Teatrın "Youtube" şəbəkəsindəki kanalı ilə canlı yayımlanmışdır.
Böyük Teatrda "Knyaz İqor" operasının 95 yaşlı məşhur Rusiya rejissoru Yuri Lyubimovun quruluşunda nümayişi geniş əks-səda doğurmuşdur. A.Borodinin ölümündən sonra yarımçıq almış bu əsər müxtəlif bəstəkarlar tərəfindən dəfələrlə tamamlanmış və ilk dəfə Böyük Teatrda 1898-ci ildə səhnələşdirilmişdir. Ötən illər ərzində İqor Svyatoslavoviç rolunu teatrın tanınmış baritonları P.Xoxlov, A.İvanov, İ.Baturin ifa etmişlər.
"Böyük Teatrda bir əsrdən artıq tarixi olan dünya şöhrətli operada baş rolu ifa etmək, ən əsası isə Yuri Lyubimov kimi canlı klassiklə birgə işləmək böyük şərəfdir. Ümumiyyətlə, Knyaz İqor, Böyük Teatr, Yuri Lyubimov, "Mezzo" kanalı ilə canlı yayım - bu, mənim üçün olduqca böyük məsuliyyət və yaradıcılıq karyeramda dönüş nöqtəsidir", - deyən həmvətənimiz bildirmişdir ki, maestro ilə işləmək nə qədər məsuliyyətli və şərəfli olsa da, bir o qədər rahat idi.
Elçin Əzizov demişdir: "Məşqlər arasında fasilələrdə Yuri Lyubimov ilə Azərbaycan, ulu öndər Heydər Əliyev barədə maraqlı söhbətlərimiz olurdu. Onun Azərbaycana olan böyük rəğbəti məni daha da ruhlandırırdı. Mən Yuri Lyubimov ilə bir neçə il əvvəl Kremlin Sütunlu Sarayında Azərbaycan mədəniyyəti gecəsində tanış olmuşdum. Həmin gün mən "Çar gəlini" operasından Qryaznovun ariyasını ifa etmişdim. Maestro mənim ifamı bəyənmişdi və onun "Çox gözəl ifa idi, cavan oğlan!" sözləri yaddaşıma həmişəlik həkk olunmuşdu. Lyubimov kimi böyük rejissorla iki ay birlikdə işləmək, onun məsləhətlərini dinləmək hər bir artist üçün xoşbəxtlikdir".
Elçin Əzizov Böyük Teatrın səhnəsində artıq bir neçə baş rolun ifaçısıdır. Mətbuatda qeyd olunduğu kimi, yeni quruluşda əsər bir sıra dəyişikliklərə məruz qalmışdır. Cəsarətli ideyaları ilə fərqlənən Yuri Lyubimov klassik variantda dörd saat davam edən operanı qısaldaraq, tamaşaçılara cəmi 2 saat ərzində dolğun və maraqlı səhnələr təqdim edə bilmişdir. Elçin Əzizovun fikrincə, bu, XXI əsr tamaşaçısına təqdim oluna biləcək ən optimal variantdır. Müğənni demişdir: "Rejissor knyaz İqoru qəhrəman kimi deyil, müsbət və mənfi cəhətləri ilə birlikdə maraqlı obraz kimi təqdim etməyi qarşıya məqsəd qoymuşdu. Mən də, şübhəsiz, qəhrəmanlıq xüsusiyyətlərinə malik bir tarixi şəxsiyyət yaratmağa çalışmışam. Elə dahi bəstəkar A.Borodin də bu operada qəhrəmanlığı nota köçürmüşdür. Ancaq tamaşanın başlıca məqsədi hər bir obrazı, ilk növbədə, insan kimi təqdim etmək və əsrlər boyu əsas məzmunu dəyişməyən insani münasibətlərdən, bəşəri prinsiplərdən bəhs etməkdir.
Azərbaycan Mədəniyyət və İncəsənət Universitetində rejissorluq ixtisasına yiyələnmiş aktyor opera müğənnisi sənətinə gələndən sonra öz rejissorluq ideyalarını bir kənara qoyduğunu bildirmişdir.
E.Əzizov demişdir: "İndi məşqlərdə, əsgər kimi yalnız quruluşçunun tələblərini yerinə yetirirəm. Əlbəttə, əgər bu, mənim dünyagörüşüm və prinsiplərimə əks deyilsə...Məsələn, bu günlərdə Avropa ölkələrinin birindən mənə təklif gəlmişdi. Lakin operanın məzmunu ilə tanış olduqdan sonra təklifdən imtina etməli oldum. Rejissor hazırda aktual mövzuya - terrorizm mövzusuna toxunmuşdu və təəssüf ki, baş terrorçunun müsəlman olduğunu qabartmağa çalışırdı. Bu halda, təklif nə qədər cəlbedici olsa da, ondan imtina etdim".
Tənqidçilər və dünya mətbuatı bütövlükdə "Knyaz İqor" operasının yeni quruluşunu və həmvətənimiz Elçin Əzizovun baş rolda ifasını yüksək qiymətləndirmişlər. Onların fikrincə, Böyük Teatrın bu yeni səhnə əsəri uzunömürlü olacaq və dünyanın bir çox ölkələrində qastrol səfərləri ilə klassik musiqi həvəskarlarını sevindirəcəkdir.
Elçin Əzizov Azərbaycanı sonsuz məhəbbətlə sevən məşhurlardandır. Onun sözlərinə görə, artıq uzun müddətdir ki, opera ulduzlarını bir araya toplayaraq Bakı dinləyicilərinə məşhur operalardan partiyaları təqdim etmək barədə düşünür. "Mən "arzu" sözündən daha çox "məqsəd" sözünü işlətməyi xoşlayıram. Bax elə məqsədlərimdən biri də dünya şöhrətli opera müğənnilərini Bakıya dəvət etmək, böyük konsert proqramı təşkil etməkdir. Onlar özləri də buna can atırlar. Müğənni dostlarımın əksəriyyəti dəfələrlə Bakıda olmuşdur. Onların arasında heç vaxt paytaxtımızı görməyənlər, ancaq onun gözəlliyi barədə eşidənlər də vardır. Lakin onların hamısı Bakıya gəlməyi arzulayır. Bakı onları o qədər cəlb edir ki, digər şəhərlərdə aldıqları böyük məbləğdə qonorarlardan da imtina etməyə hazırdırlar. Düşünürəm ki, həm onların, həm də özümün iş rejimimizi uyğunlaşdırıb, yaxın vaxtlarda bizə Azərbaycanda musiqili vokal bayram təşkil etmək nəsib olacaqdır".
Milli.Az
Mədəniyyət
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Bakılı oğlanın möhtəşəm uğuru
24 İyun 2013 16:05
Baxış: 699
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
DİGƏR XƏBƏRLƏR
-
Novruz bayramında “O, olmasın, bu olsun” operettası tamaşaçılara təqdim olundu - FOTO
-
“Baharın rəngləri” sərgisinə qəbul elan olundu
-
“Detache-Sabah” violinoçular ansamblının konserti baş tutub - FOTO
-
"Bösendorfer" firmasına məxsus royalların rəsmi təqdimat mərasimi baş tutub.- FOTO
-
Bakıda ABŞ-da yaşayan azərbaycanlı rəssam və yazıçı Rüstəm Quliyevin fantastik dünyasının təqdimatı keçiriləcək - FOTO
-
“CineMastercard” da türk kriminal dramı “Çatlı” - VİDEO
XƏBƏR LENTİ
-
Seneqaldan sonuncu qazandığı kubok geri alınacaq
-
Neft qiymətlərində kəskin azalma - Bazarda nə baş verir?
-
Azərbaycanlı müğənniyə itlər HÜCUM ÇƏKDİ: "Qollarımda, belimdə yaralar var, yerlə sürüdülər"
-
Avrosu olanlara ŞAD XƏBƏR - BAHALAŞDI
-
Bu ərazilərdə 09:00-dan qaz KƏSİLƏCƏK
-
Qvardiola bu göstəricidə görə Ferqyusonu keçdi
-
Prezidentin tapşırığı ilə Azərbaycandan İrana növbəti humanitar yardım yola salınır - FOTO
-
Prezident İlham Əliyevlə Almaniya kansleri arasında telefon danışığı olub
-
Ən yaxşı çay hansı dəmlikdə hazırlanır?
-
Mühərrikin çökməmişdən əvvəl sizə göndərdiyi siqnallar
-
"Qızıma görə onu da ataram"
-
Yuyulan paltarı ütüləməyə ehtiyac qalmayacaq: bu vasitəni sınayın
-
"Buna görə Alim Qasımovun evinə gedəndə uzun ətək geyindim"
-
Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır
-
Ehtiram Hüseynov qızlarından danışdı
-
Ataların qida rejimi hamiləliyə təsir edir - YENİ ARAŞDIRMA
-
İran Laricaninin öldürüldüyü təsdiqlədi
-
Ağdamda ağır qəza - ölən və yaralananlar var - YENİLƏNİB - FOTO
-
Tramp: "Makron tezliklə vəzifəsindən gedəcək"
-
“Budyo-Qlimt” ÇL-də çıxışını dayandırıb
-
Gürcüstanda matəm elan edildi
-
Binəqədidəki güclü yanğın məhdudlaşdırıldı - YENİLƏNİB - VİDEO - FOTO
-
Xalq artisti 19 yaşlı sevgilisindən ayrılıb eks-arvadı ilə barışdı - FOTO
-
Murad Dadaşova nə olub? - FOTO





