Mühərrikin çökməmişdən əvvəl sizə göndərdiyi siqnallar
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Avtomobilin mühərriki qəfildən dayanmır; əslində o, aylar öncəsindən sizə xəbərdarlıq siqnalları verməyə başlayır.
Milli.Az tüstüsün rəngindən gələn qəribə səslərə qədər, büdcənizi qoruyacaq vacib əlamətləri mütəxəssis rəyləri ilə bir araya gətirib.
Müasir avtomobil mühərrikləri, texniki qulluq vaxtında edildiyi təqdirdə ən azı 300 min kilometr yol qət edəcək qədər dözümlü istehsal olunur. Lakin bir çox sürücü üçün bu rəqəmə çatmaq xəyaldır. Pis sürücülük vərdişləri, ucuz və keyfiyyətsiz yanacaqlar və ya "heçnə olmaz" deyilib gecikdirilən yağ dəyişmələri mühərrikin ömrünü vaxtından əvvəl bitirir.
Yaxşı xəbər budur ki; mühərrik tamamilə "təslim" olmazdan əvvəl sizə bir çox işarə verir. Əgər gözünüzü, qulağınızı və hətta burnunuzu dörd açsanız, bu xəbərdarlıqları erkən yaxalayaraq avtomobilinizi xilas edə bilərsiniz.
1. Cihazlar panelindəki işıqlar
Mühərriki işə saldıqda sönməli olan sarı mühərrik nasazlığı işığı (Check Engine) yanmağa davam edirsə, bu, ən çox laqeyd yanaşılan xəbərdarlıqdır. Bu işıq bəzən sadəcə yanacaq çəninin qapağının boş qalmasını, bəzən isə katalizatorun sıradan çıxmasını göstərə bilər. Problemi erkən müəyyən etmək kiçik bir nasazlığın böyük fəsadlara yol açmasının qarşısını alacaq.
2. Tüstünün rəngi çox şey deyir
Sağlam mühərrikin tüstüsü rəngsiz olmalıdır. Əgər rəngli tüstü görürsünüzsə, mühərrikin daxilində nəsə qaydasında deyil:
Qara tüstü: Yanacağın tam yanmadığını və ya həddindən çox sərf edildiyini göstərir (tıxanmış hava filtrləri və ya xarab injektorlar).
Ağ tüstü: Yanma kamerasına soyutma mayesinin (antifriz) qarışdığına işarədir. Bu, silindr qapağının contasının yanması və ya mühərrik blokunun çatlaması demək ola bilər.
Mavi tüstü: Mühərrikin yağ yandırdığını bildirir ki, bu da adətən aşınmış porşen halqalarından xəbər verir.
3. Qoxular və səslər sizi xəbərdar edir
Avtomobilin içində qəfildən yanmış yağ, rezin və ya "çürük yumurta" qoxusu hiss etsəniz, bunu qətiyyən görməzdən gəlməyin:
Yanmış yağ qoxusu: Sızan yağın isti hissələrə damlaması nəticəsində yaranır.
Yanmış rezin qoxusu: Kapotun altındakı qayışların həddindən artıq isindiyini göstərir.
Çürük yumurta qoxusu: Katalizatorun artıq funksiyasını yerinə yetirə bilmədiyini və zəhərli qazların sızdığını bildirir.
Mühərriki işə saldıqda gələn yüksək tonlu cırıltı aşınmış qayışın, içəridən gələn taqqıltı və ya sürtünmə səsləri isə hərəkətli hissələrin bir-birinə zərər verməyə başladığının sübutudur.
Lalə Qüdrətova
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
“Volkswagen” 22 min elektromobili geri çağırır
-
Bu sürücülər 150 manat cərimələnəcək - (Video)
-
Niva yeniləndi: Mühərrikin gücü artırıldı - (Fotolar)
-
Dubay polisi küçələrə 920 at gücündə “canavar” çıxardı
-
Avtomobil bazarında yeni tələblər bazarda qiyməti artıracaq? - (Video)
-
Çin nəqliyyat vasitələrinin ixracı ilə bağlı qaydaları dəyişir
XƏBƏR LENTİ
-
Bu həftə üç bürc üçün göydən pul yağacaq
-
D vitaminini hansı qidadan almaq olar?
-
Ət yemək 100 yaşa qədər yaşamaq şansınızı artıra bilər
-
Adambaşına menyu qiymətinə aldanmayın – Şadlıq saraylarında xərc artıran gizli detallar - (Video)
-
Bürclər ilk görüşdə özlərini necə aparır?
-
“Hər həftə bir ev alırdım“ - Mehmet Ali Erbil
-
Zibilə atmadan əvvəl iki dəfə düşünün - üzüm saplağındakı xəzinə
-
“Yalı çapkını”nın aktrisası Bakıda toyda - (Foto)
-
“Hesab gələndə hər yeməyin qiyməti 2 dəfə baha idi” - (Video)
-
Günün qoroskopu: Sənədləşmə işlərində ehtiyatlı olun
-
İsraildən uçan təyyarədə bomba həyəcanı - təcili eniş etdi
-
Arda Gülerdən möhtəşəm qol - (Video)
-
“Mercan Köşk” bu səbəbdən final etdi
-
Tramp İsrail xalqına müraciət etdi
-
Nizami rayonunda 2 gün su olmayacaq
-
Badamdar-"20-ci sahə" yolunda quraşdırılan nişan sürücülərdə narazılıq yaratdı - (Video)
-
Almaniyada İran agentlərinin ifşası: Azərbaycan himni altında növbəti təxribat - (Video)
-
Çempionlar Liqası matçını buraxacaqlar
-
Türkiyədə konsert faciəsi - Ölənlər var
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
-
“Belə atmosferdə oynamaq çətindir” - Rəşad Sadıqov
-
Azərbaycan gimnastları Dünya kuboku seriyalarının qalibi olublar - (Foto)
-
Biləsuvarda ağır qəzanın səbəbi arılar olub
-
Sahibə Qafarova Qırğız Respublikasına səfərə gəlib - (Foto)





