APA-nın məlumatına görə, tədbirdə çıxış edən Mədəniyyət və Turizm Nazirliyinin mədəniyyət siyasəti şöbəsinin müdiri Fikrət Babayev Azərbaycan xalçalarının yenidən vətənə qayıtmasını əlamətdar hadisə olduğunu deyib:
"Xalçaları belə nəfis şəkildə qoruyub saxladıqları və yenidən Azərbaycana hədiyyə etdikləri üçün Qrover Şiltsə və onun həyat yoldaşı Beverli Şiltsə təşəkkürümü bildirirəm. Əminəm ki, hələ dünyanın çox yerlərində Azərbaycanın tarixi xalçaları var və biz onların da vətənə qaytarılması üçün tədbirlər həyata keçirəcəyik".
Çıxışdan sonra F. Babayev mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin təşəkkür məktubunu kolleksiyaçının həyat yoldaşı Beverli Şiltsə təqdim edib.
Təqdimat mərasimində çıxış edən Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin direktoru Röya Tağızadə xalçaların muzeyin ekspozisiyasında önəmli yer tutacağını deyib:
"Bildiyimiz kimi, Azərbaycanın tarixi əsərləri ilə yanaşı, qədim xalçaları da xarici muzeylərdə saxlanılır. Biz prezidentin "Azərbaycan xalça sənətinin qorunması və inkişaf etdirilməsi haqqında" fərmanını əsas tutaraq, təbliğat işi aparırıq və bu təbliğatın nəticəsində bu iki qədim Azərbaycan xalçası artıq bizim muzeydədir.
Fərmanın əsas məqsədi Azərbaycan xalçalarının vətənə qaytarılmasıdır ki, biz də bu istiqamətdə əlimizdən gələni edirik. Bu xalçalar təsadüfi xalçalar deyil, əjdaha motivli xalçalardır ki, bu motiv Azərbaycanın bədii yaradıcılığının və incəsənətinin mifologiyasında mühüm rol oynayır. Azərbaycanın 70 faiz xalçaları bu motiv əsasında zənginləşib".
Xalçaları muzeyə təqdim edən amerikalı xanım Beverli Şilts Azərbaycanda olmaqdan və xalçaları vətəninə təhvil verməkdən məmnun olduğunu vurğulayıb: "Azərbaycanda olmaqdan və həyat yoldaşımın kolleksiyasında olan qədim xalçaları ölkənizə hədiyyə etməkdən məmnunluq hissi keçirirəm. Bu xalçalar 1960-cı ildə yoldaşım tərəfindən Azərbaycanda alınıb. Həyat yoldaşımın kolleksiyasında 200-ə yaxın xalça var və bu xalçaların hamısı Qafqaz xalqlarına məxsus olan xalçalardır".
Təqdimat mərasimində 15 nəfər xarici ölkə nümayəndəsi o cümlədən İtaliyadan Şərq Xalçaları üzrə Akademik Komitənin sədri Alberto Boraveli də iştirak edib. A. Brovelli xalçaların Azərbaycana hədiyyə edilməsini təqdirəlayiq hal hesab etdiyini deyib: "Xalça tədqiqatçısı kimi Avropa və Amerikada keçirdiyim mühazirə və seminarlarda xalça kolleksiyaçılara onlarda olan xalçaları məxsus olduqları ölkələrinə hədiyyə etmələrini tövsiyə edəcəyəm".
Tədbirdə həmçinin Koos de Conqun xalça məmulatları haqqında yazdığı "Əjdaha və at" kitabı muzeyə hədiyyə olunub.
Təqdimat mərasiminin sonunda qonaqlar xalça muzeyində açılmış sərgiyə baxış keçiriblər.
Milli.Az
Mədəniyyət
VTB-də yüksək depozit faizleri daha çox qazandırır
ABŞ-da saxlanan qədim Azərbaycan xalçaları ölkəmizə hədiyyə edildi
18 İyun 2013 14:27
Baxış: 542

DİGƏR XƏBƏRLƏR
-
2 avqust Azərbaycan Kinosu Günüdür
-
İllərlə ata, anasının məzarını axtarıb tapmayan Xalq artisti...
-
"Burada səsimizi Allah da eşitmirdi"
-
Bakıda ilk dəfə qənnadçılıq və çörəkbişirmə sənəti üzrə beynəlxalq çempionat keçirilib - FOTO
-
“Atam bu dünyadan xoşbəxt getdi…”
-
Arif Babayev I Fəxri Xiyabanda dəfn olunub - YENİLƏNİB - FOTOlar
XƏBƏR LENTİ
-
Hər gün şokolad yemək sağlamlığa zərərdirmi, yoxsa faydalıdır?
-
Azərbaycan qazının Suriyaya ixracı ilə bağlı Türkiyədə açılış mərasimi keçirilir - FOTO
-
Əyləncə mərkəzində atışma: Aktrisanın keçmiş əri yaralandı - VİDEO - FOTOlar
-
Azərbaycan-İran sərhədində insdent - 6 kq marixuana aşkarlandı - FOTO
-
Zelenski Putinə danışıqlar təklif etdi
-
Yaxın Şərqin səma qambiti: İsrailin üstünlük dövrü başa çatır?
-
Ukrayna Aİ-yə üzv olmaq üçün eynicinsli nikahları tanımalıdır
-
Bu gün 41 dərəcə isti GÖZLƏNİLİR
-
Maykl Ceksonun qızı “mükəmməl kişi” dediyi nişanlısından ayrıldı - FOTO
-
Narkotikin təsiri altında avtoxuliqanlıq edən sürücü həbs edildi
-
Daha bir ölkədə güclü zəlzələ oldu
-
Bu şənbə dörd bürcü uğur dalğası bürüyəcək: Onlardan biri sən ola bilərsənmi?
-
"Tramp ölkəni qaranlıq bir dövrə sürükləyir" - Bayden
-
Azərbaycan qazı Ukraynada: Trans-Balkan marşrutu ilə yeni enerji xəritəsi
-
Qatığın içinə 1 qaşıq əlavə edib yeyin - Şişkinliyi kökündən yox edir
-
Keçmiş prezidentə 12 il ev dustaqlığı cəzası verildi
-
Səhər oyana bilməyənlər bunu etsin
-
Saç niyə tökülür və keçəlliyə çarə varmı? - Mütəxəssislər izah edir
-
40 dərəcə istidə niyə çay içirik?
-
Kondisionerlər bu halda zərərlidir
-
Gənclərin unutqanlıq probleminə səbəb nədir?
-
50 yaşdan sonra qadınların uzun və sağlam yaşaması üçün 6 vacib vərdiş
-
III Dünya müharibəsinə səbəb ərazi iddiaları olmayacaq: 300-ə yaxın bölgə risk altında
-
İsrailin hava limanına ballistik raketlər atdılar