Mədəniyyət

Novruz gəlir, yaz gəlir

18 Mart 2013 10:59
Baxış: 13 776
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Elimizə-obamıza yaz gəlir. Təbiətin nazlı gəlini bahar yenə də cilvələnir. Təbəssümlə boylanan günəşin ilıq nəfəsi ana torpağı qış yuxusundan oyadır. Kol dibindən boylanan bənövşə, rayihəsini yaz mehinin qanadlarında ətrafa yayan novruzgülü baharın müjdələri kimi könül oxşayır. Oyanan, canlanan təkcə təbiət deyil. Adamların qırışığı açılıb elə bil. Gözlərdə sevinc qığılcımları oynayır, üzlərdən fərəh, təbəssüm oxunur.

Elimizin müqəddəs bayramı olan Novruz hər gəlişi ilə yenidir, sevimlidir. Bu günlər qədim Odlar yurdunun bütün bölgələrində bayram əhval-ruhiyyəsi hər addımda hiss olunur. Doğma yurdu, var-dövləti, sərvəti yağı düşmən tərəfindən yağmalanan laçınlı məcburi köçkünlər də illərdən bəri yaşadıqları məşəqqətlərə baxmayaraq bu əziz bayram günlərində kifayət qədər nikbindirlər. Onlar inanırlar ki, erməni işğalında olan doğma torpaqları mütləq azad ediləcək, üçrəngli bayrağımız Laçının qartallar süzən əlçatmaz zirvələrində dalğalanacaqdır. Bu sarsılmaz inam respublika Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin müdrik siyasətindən, qətiyyətli və prinsipial mövqeyindən qaynaqlanır. Bu inamın bir mənbəyi də dövlət başçısının laçınlılara isti və doğma münasibətidir. heç təsadüfi deyil ki, Prezident İlham Əliyev 50 yaşını Ağcəbədi rayonu ərazisində Taxta körpü qəsəbəsində laçınlı məcburi köçkünlərin, dövlət başçısının öz sözləri ilə desək, doğmalarının, əzizlərinin yanında qeyd etdi. Bu, yüksək səmimiyyət müstəvisində olan prezident-vətəndaş münasibətlərinin parlaq təzahürü idi. Laçınlılar hələ də o görüşün yaratdığı xoş ovqatı yaşayırlar. Bu Novruz günlərində Taxta körpüdə aşıb-daşan bayram sevinclərinin bir əsas qaynağı da məhz unudulmaz o tarixi görüşdür.

Bayramlaşan, bir-biri ilə mehribanlıqla görüşən laçınlılar arzularını da dilə gətirirlər. Hamını ümumi bir istək, müqəddəs bir dilək birləşdirir - növbəti Novruz tonqalını Laçında, doğma ocağımızda qalayaq!

"Azərbaycan"
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.