Mədəniyyət

Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin konserti baş tutdu - FOTO

19 Yanvar 2026 17:20
Baxış: 296
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında dirijor Mustafa Mehmandarov rəhbərliyi ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin konserti baş tutdu.

Proqramın birinci hissəsində F.Schubert romantik dövr musiqisinin şah əsərlərindən sayılan 8 saylı "Tamamlanmamış" Simfoniyası (h-moll) ifa olunmuşdur. Dərin emosional məzmunu və dramatik xarakteri ilə seçilən bu əsər dinləyicilərin böyük marağına səbəb olmuşdur.

Konsertin ikinci hissəsində P. Çaykovskinin "Françeska da Rimini" simfonik fantaziyası (op. 32) səsləndirilmişdir. Parlaq orkestr boyaları və güclü dramatizmi ilə seçilən əsər dinləyicilər tərəfindən yüksək alqışlarla qarşılanmışdır.

Yüksək peşəkarlıqla təqdim olunan bu konsert klassik musiqisevərlərə zəngin bədii təəssüratlar bəxş etmiş və dinləyicilərin yaddaşında unudulmaz sənət gecəsi kimi qaldı.

İnformasiya dəstəyi -  Trend.Az, Day.Az, Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.