Kriminal

Bakıda Əməliyyat: İvan Kislyakov HƏBS EDİLDİ

19 Yanvar 2026 19:19
Baxış: 254
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Suraxanı Rayon Polis İdarəsi 33-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, Yeni Günəşli qəsəbəsi ərazisində baş tutan tədbir zamanı 32 yaşlı İvan Kislyakov saxlanılıb.

Bildirilir ki, ondan 5 büküm ümumi çəkisi 9 kiloqram 450 qram tərkibi zərərli maddələrlə zənginləşdirilmiş marixuana aşkarlanaraq götürülüb.

Saxlanılan şəxs ifadəsində narkotikləri paytaxt ərazisində satışını təşkil etmək məqsədi ilə əldə etdiyini bildirib.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.