Mədəniyyət

“Simurq” uşaq musiqi festivalının Qala konserti və mükafatlandırma mərasimi baş tutub - FOTO

10 Yanvar 2026 13:28
Baxış: 362
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Simurq" uşaq musiqi festivalı layihəsinin növbəti seçim mərhələsi uğurla başa çatıb. Layihə iştirakçıları müxtəlif ölkələrdən olan tanınmış, peşəkar pedaqoqların, musiqiçilərin ustad dərslərində iştirak edib, həmçinin gənc ifaçılara peşəkar səhnə davranışına dair təlimlər keçirilib. Bütün bunların nəticəsi olaraq 8 yanvar 2026-ci il Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və Orqan musiqi zalında möhtəşəm Qala konsert və mükafatlandırma mərasimi baş tutub.

Konsertin əvvəlində layihənin müəllifi və rəhbəri Dövlət Uşaq Filarmoniyasının direktoru, tanınmış pianoçu, beynəlxalq müsabiqələr laureatı Səidə Tağı-zadə və Azərbaycan Respublikasının xalq artisti, pianoçu Yeganə Axundova layihənin əhəmiyyətindən danışıb, bütün iştirakçıları təbrik edərək uğurlar arzulayıb. Daha sonra Səidə Tağı-zadə iştirakçılara diplom və sertifikatlar təqdim edib. İştirakçılardan İnci Hümbətova, Uğur Nəbi, Fəxriyyə İsgəndərova, Xədicə Cahangirova, Pərviz Bağırov, Viktoriya Abbasova, Suada İşıkkent, Fidan İbrahimovaya sertifikarlar təqdim olunub, III dərəcəli mükafatlar İnci Həsənli və İnci Abbasova Azərbaycan Dövlət Uşaq Filarmoniyasının solo konsertlərində, müxtəlif layihələrdə, eləcə də gələcək master-klasslarda iştirak hüququ qazanıb, II dərəcəli mükfatın sahibi Nuray Şahməmmədli Montenegroda keçirilən Mira Marçenkonun yay məktəbinə səfər, I yerin sahibi isə Aydan Nuriyeva Parisdə Azərbaycan evində solo konsert proqramı ilə çıxış etmək hüququ qazanıb.  

Daha sonra konsertin bədii hissəsində layihənin qalibləri, eləcə də Yevgeniya Epşteyn (İsrail-Xorvatiya) və Səidə Tağı-zadə Azərbaycan və Avropa bəstəkarlarının əsərlərindən ibarət maraqlı konsert proqramı təqdim edib.

İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.