M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında görkəmli bəstəkar, Azərbaycan musiqisinin parlaq simalarından biri olan Tofiq Quliyevin yaradıcılığına həsr olunmuş konsert proqramı təqdim olunub.
Konsertdə Mustafa Aşurovun dirijorluğu ilə Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri çıxış edib.
Tofiq Quliyevin kino musiqiləri, romansları və estrada nümunələri gecə boyu tamaşaçılar tərəfindən böyük maraq və coşqu ilə qarşılanıb. "Görüş", "Bəxtiyar", "Qızmar günəş altında", "Qaynana", "Telefonçu qız", "Ögey ana" kimi məşhur filmlərin yadda qalan musiqiləri konsert proqramına daxil edilib.
Solistlər arasında Ülkər Əliyeva (vokal), Nurlana Abdullayeva (vokal), Xəyyam Nisanov (vokal), Hidayət Əliyev (vokal), Nigar Cəlilova (soprano), Cəlal Kərimov (bariton), Səma Həmzəyeva (soprano), Günel Hacıyeva (soprano), Nihad Orucov (tenor), Nərgiz Kərimova (soprano), Fərid Əliyev (tenor), Elmira Rəhimova (soprano), Rəvanə Qurbanova (xanəndə), Atəş Qarayev (tenor), eyni zamanda, Fəhmin Əhmədli (piano), Rəvan Mustafazadə (tar) və Seymur Həsənsoy (qarmon) instrumental ifaları ilə proqramı zənginləşdiriblər.
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az





