Beynəlxalq Muğam Mərkəzində muğam ifaçısı, Xalq artisti Baba Mahmud oğlu Mirzəyevin- Baba Mahmudoğlunun 85 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
Filologiya üzrə fəlsəfə doktoru, dosent İlhamə Qəsəbovanın aparıcılığı ilə keçən gecədə professor, millət vəkili, Azərbaycan Respublikası Milli Məclisi sədrinin müavini Rəfael Hüseynov, professor Nizami Cəfərov, professor Misir Mərdanov, Sənətşünaslıq üzrə fəlsəfə doktoru Əhsən Rəhmanlı, "Qazax" Xeyriyyə İctimai Birliyinin üzvü Ramiz Göyüşov və digərləri çıxış edərək sənətkarla bağlı xatirələrini bölüşüblər.
Çıxışlarda Baba Mahmudoğlunun sənətsevərlərin xatirində səhnədə ustalıqla yaratdığı parlaq və bənzərsiz obrazları, şaqraq zəngulələri ilə qaldığını deyilib. Vurğulanıb ki, Baba Mahmudoğlu təkcə müğənni deyildi. O orta məktəbi qızıl müdalla bitirən, istedadlı şagird, Neft Akademiyasında təhsil alan nümunəvi tələbə, Seyid Şuşinskinin dərslərində iştirak etmək şərəfinə nail olan tələbə olmaqla bərabər "Leyli və Məcnun"da Məcnun, "Aşıq Qərib"də Aşıq Qərib, "Əsli və Kərəm"də Kərəm, "Koroğlu"da təlxək, "Şah İsmayıl"da Şah İsmayıl, "Xanəndənin taleyi"də Mir Seyid obrazlarını yaradan bir sənətkar olub. Baba Mahmudoğlu həyatı sazla danışan bir ömür, sənətə sədaqətlə yazılmış bir həyatdır. Onun sənəti bu gün də musiqisevərləri bir araya gətirir, bir ruhda kökləyir.
Baba Mahmudoğlu 1940-cı ildə Ağstafa rayonunun Muğanlı kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Neft və Kimya İnstitutunda təhsil almış, öz ixtisası üzrə mühəndis kimi əmək fəaliyyətinə başlamışdır. Muğama, musiqi sənətinə olan böyük sevgisi onu təhsil almaq həvəsi ilə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutuna gətirir.1967-ci ildə bu instituta daxil olan Baba Mirzəyev 1969-cu ildə Azərbaycan Dövlət Akademik Orepa və Balet Teatrına dəvət olunur. 2005-ci ilə kimi fasiləsiz olaraq muğam bölməsinin aparıcı solisti kimi bir çox operalarda baş rollarda çıxış edir. Azərbaycan muğamlarının, xalq mahnılarının mahir ifaçısı olan müğənni uzun illər geniş konsert fəaliyyəti ilə də məşğul olmuş, məlahətli səsi, özünəməxsus ifa tərzi ilə musiqisevərlərin böyük məhəbbətini qazanmışdır.
O, Azərbaycan milli musiqi sənətini dünyanın müxtəlif ölkələrində ləyaqətlə təmsil etmişdir. Azərbaycan milli musiqi sənətinin inkişafında xidmətlərinə görə sənətkar 1982-ci ildə Azərbaycan Respublikasının əməkdar artisti, 1993-cü ildə xalq artisti fəxri adlarına layiq görülmüş, Azərbaycan Respublikası Prezidentinin fəxri təqaüdçüsü olmuşdur.Yubiley gecəsi bədii hissə ilə davam edib.
Bədii hissədə Xalq artisti Gülyaz Məmmədova, Əməkdar artist Vasif Məhərrəmli, xanəndələr Zeynal Əhmədov, Nisbət Sədrayeva, Vüsal Qasımov, İlahə Rüstəmova, Aşıq Nəbi, Aşıq Nazim , Aşıq Şahin çıxış ediblər. İfaçıları tarzən Rövşən Qurbanovun rəhbərliyi ilə BMM-nin solistlərindən ibarət instrumental heyət müşayiət edib. Tədbirin sonunda ailə adından sənətkarın qardaşı Arif Mirzəyev çıxış edərək tədbirin təşkilatçılarına minnətdarlığını bildirib.
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az
Mədəniyyət
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Xalq artisti Baba Mahmudoğlunun 85 illik yubileyi qeyd edilib - FOTO
29 Dekabr 2025 18:36
Baxış: 1 180
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Bakıda ilk dəfə Paqanini gecəsi keçiriləcək - VIDEO
-
Xalq Çalğı Alətləri Orkestrinin Novruz bayramına həsr olunmuş konsert proqramı təqdim edilib - FOTO
-
Qastrol proqramı çərçivəsində Gəncədə simfonik orkestrin konserti keçirilib - FOTO
-
Qəbələdə “Böyük Qafqaz İncəsənət və Rəqs Kuboku – 2026” keçiriləcək
-
Əfsanəvi Elnur Məmmədov öldü - FOTOlar
-
“Elə vəziyyətdəyəm ki, onun qəbrini də ziyarət edə bilmirəm” - “Dəli Kür”ün Mələyi
XƏBƏR LENTİ
-
Varlanmaq üçün nə etməliyik? - AÇIQLANDI
-
Moped sahiblərinə yeni QAYDA - 26 martdan
-
Dünya bazarında Azərbaycan nefti 2,3 dollar düşdü
-
Bəzi bölgələrdə yağış və duman davam edir - FAKTİKİ HAVA
-
“Bildirərik ki, pilləkəndən yıxılıb ölüb…” - 6 yaşlı uşağa işgəncə verən ögey ata məhkəmədə
-
Qara dənizdə təhlükəli anlar: 140 min tonluq tanker vuruldu
-
Bu gün 14 min abonentin qazı KƏSİLƏCƏK
-
Hansı bürc harada aşiq olacaq? - Astroloji proqnoz
-
100 qramdan ağır qızılın ixracı MƏHDUDLAŞDIRILDI
-
Sızdırılan açıqlamalar istefaya səbəb oldu
-
USB yaddaş kartı istifadə edənlər bu səhvi edir
-
Şeflərin "uzaq durun" dediyi 6 şirniyyat: Sifariş vermədən əvvəl iki dəfə düşünün
-
Ramazandan sonra necə qidalanmaq lazımdır?
-
"Yaxın 10-15 ildə alimlər insan ömrünü azı 10 il uzada biləcəklər"
-
Dünyanın ən yaşlı kişisi tapıldı: siqaret çəkir, kofe içir
-
13-cü əməliyyatdan sonra burnunu paylaşdı
-
Xaricdən gətirilən avtomobillər gecikə və bahalaşa bilər - VİDEO
-
Tiktoker Kübra öldü - FOTO
-
Egey dənizində güclü zəlzələ oldu
-
Millimiz Litvaya böyük hesabla uduzdu
-
"İran Xarq adasında ABŞ-yə qarşı əməliyyata hazırlaşır"
-
“Səndə o ürək var ki, nəyisə bölüşəsən?!” - Səidədən Zaura
-
D vitamininin ziyanı üzə çıxdı
-
İsmayıllıda 6 otaqlı ev yanıb





