"Bizi Birləşdirən Mədəniyyət" İctimai Birliyinin təşkilatçılığı, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin və Beynəlxalq Muğam Mərkəzinin tərəfdaşlığı ilə Beynəlxalq Muğam Mərkəzində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə "Ey, Vətən!" adlı konsert proqramı keçirilib.
Bu, məxsusi olaraq qeyri-hökumət təşkilatlarının təmsilçiləri üçün məhz QHT tərəfindən hazırlanmış ilk bayram konserti olub.
Konsertdə görkəmli vokal ustası, Əməkdar artist, "Bizi Birləşdirən Mədəniyyət" İctimai Birliyinin sədri Ramil Qasımovun ifasında musiqi inciləri səsləndirilib. Fortepianoda onu Xalq artisti, professor Siyavuş Kərimi, tanınmış caz ustası, Əməkdar artist Emil Əfrasiyab, gənc sənətkarlar - Riyad Quliyev, Soltan Əliyev və Tofiq Şıxıyev müşayiət ediblər.
Klassik musiqi gecəsində Üzeyir Hacıbəyli, Cahangir Cahangirov, Oqtay Kazımi, Rauf Hacıyev, Elza İbrahimova və digər korifeylərin bəstələrinə müraciət edilib, Mikayıl Müşfiq, Süleyman Rüstəm, Fikrət Qoca, İslam Səfərli, Zeynal Cabbarzadə və digər görkəmli şairlərin sözlərinə yazılmış mahnılar oxunub.
Azərbaycanın dünya miqyaslı müfəkəkkir şairi, əsərləri Azərbaycanın dövlət varidatı elan edilmiş İmadəddin Nəsimi barəsində musiqi parçaları səsləndirilib. Musiqisi Xalq artisti, professor Siyavuş Kərimliyə, librettosu akademik Rafael Hüseynova məxsus olan "Nəsimi" operasının baş qəhrəmanı Ramil Qasımov bu musiqi əsərindən bir hissəni ifa edib. Vokalçı həmçinin bildirib ki, 2026-cı ildə "Bizi Birləşdirən Mədəniyyət" İctimai Birliyi əsasən Suriyada və İraqda yaşayan türkman irsi mövzusunda yeni musiqi əsərini ictimaiyyətə təqdim edəcək.
Musiqi gecəsində həmçinin əsərləri Azərbaycanın dövlət varidatı elan edilmiş görkəmli sənətkar Məhsəti Gəncəvinin poetik irsinə müraciət edilib. Qeyd olunub ki, M.Gəncəvinin yaradıcılığında istifadə olunan bədii texnika incəlikləri əsrlərdir ki, sevilir, böyük məhəbbətlə qarşılanır. Musiqisi Pikə Axundovanın, librettosu Leyla Qədirzadəyə məxsus "Məhsəti" operasının premyerasından bir hissə səsləndirilib, fortepianoda Pikə Axundova özü müşayiət edib.
Konsert proqramında 300-dən çox QHT təmsilçisi iştirak edib. Konsert boyu Ramil Qasımovun ifaları, onun sənət dostlarının çıxışları gurultulu alqışlarla qarşılanıb. Qeyd edək ki, konsert zamanı bütün ifalar tam təbii və canlı olub, mikrafondan ümumiyyətlə, istifadə edilməyib.
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi "Bizi Birləşdirən Mədəniyyət" İctimai Birliyinin bu nümunəvi layihəsində olduğu kimi, mühüm təşəbbüsləri bundan sonra da dəstəkləməkdə, onlara tərəfdaşlıq etməkdə davam edəcək.
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az
Mədəniyyət
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Ramil Qasımovdan bayram töhfəsi: İki saatlıq mikrofonsuz, tam canlı performans - FOTO
29 Dekabr 2025 18:04
Baxış: 1 717
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Bakıda ilk dəfə Paqanini gecəsi keçiriləcək - VIDEO
-
Xalq Çalğı Alətləri Orkestrinin Novruz bayramına həsr olunmuş konsert proqramı təqdim edilib - FOTO
-
Qastrol proqramı çərçivəsində Gəncədə simfonik orkestrin konserti keçirilib - FOTO
-
Qəbələdə “Böyük Qafqaz İncəsənət və Rəqs Kuboku – 2026” keçiriləcək
-
Əfsanəvi Elnur Məmmədov öldü - FOTOlar
-
“Elə vəziyyətdəyəm ki, onun qəbrini də ziyarət edə bilmirəm” - “Dəli Kür”ün Mələyi
XƏBƏR LENTİ
-
Bəzi bölgələrdə yağış və duman davam edir - FAKTİKİ HAVA
-
“Bildirərik ki, pilləkəndən yıxılıb ölüb…” - 6 yaşlı uşağa işgəncə verən ögey ata məhkəmədə
-
Qara dənizdə təhlükəli anlar: 140 min tonluq tanker vuruldu
-
Bu gün 14 min abonentin qazı KƏSİLƏCƏK
-
Hansı bürc harada aşiq olacaq? - Astroloji proqnoz
-
100 qramdan ağır qızılın ixracı MƏHDUDLAŞDIRILDI
-
Sızdırılan açıqlamalar istefaya səbəb oldu
-
USB yaddaş kartı istifadə edənlər bu səhvi edir
-
Şeflərin "uzaq durun" dediyi 6 şirniyyat: Sifariş vermədən əvvəl iki dəfə düşünün
-
Ramazandan sonra necə qidalanmaq lazımdır?
-
"Yaxın 10-15 ildə alimlər insan ömrünü azı 10 il uzada biləcəklər"
-
Dünyanın ən yaşlı kişisi tapıldı: siqaret çəkir, kofe içir
-
13-cü əməliyyatdan sonra burnunu paylaşdı
-
Xaricdən gətirilən avtomobillər gecikə və bahalaşa bilər - VİDEO
-
Tiktoker Kübra öldü - FOTO
-
Egey dənizində güclü zəlzələ oldu
-
Millimiz Litvaya böyük hesabla uduzdu
-
"İran Xarq adasında ABŞ-yə qarşı əməliyyata hazırlaşır"
-
“Səndə o ürək var ki, nəyisə bölüşəsən?!” - Səidədən Zaura
-
D vitamininin ziyanı üzə çıxdı
-
İsmayıllıda 6 otaqlı ev yanıb
-
"Qızım ondan ayrılanda heç bilirsiniz nələr yaşadı?"
-
Günün qoroskopu: Yaradıcılığınızın zirvəsində olacaqsınız
-
Günlərlə dağlarda axtarırlar: 2-3 kq tapan "qızıl tapmış kimi" sevinir





