Mədəniyyət
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Dağlar gözəli Lerik
31 İyul 2012 14:02
4 Şərh
Baxış: 11 606
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Nəfis tərtibatda buraxılmış topluda Lerik haqqında ətraflı və mükəmməl məlumat almaq mümkündür.
Kitab əsasən iki bölmədən ibarətdir. Birinci hissədə Lerik haqqında müfəssəl bilgilər verilir, ikinci bölümdə isə vaxtilə Lerikdə olan, eləcə də bu diyarda doğulan qələm sahiblərinin yurdumuzun bu dilbər guşəsinə həsr etdiyi şeirlər toplanıb.
Yer kürəsində mövcud olan 11 iqlim qurşağının 9-u Azərbaycandadır. Maraqlıdır ki, bunun 8-nin Lerikdə olduğu müəyyən edilmişdir. Lerikin bitki örtüyü iki əsas zonaya bölünür - dağ-çəmən və dağ-meşə. Torpaq örtüyü isə dörd qisimdən ibarətdir. Heyvanlar aləmi də olduqca zəngindir. Dağlıq ərazilərdə xınalı kəklik, canavar, tülkü, meşələrdə bəbir, qonur ayı, cüyür, çöl donuzu, çöl toyuğu, porsuq, çaqqal və s. yaşayır. 1969-cu ildə burada 15 min hektar sahəni əhatə edən Zuvand Dövlət Təbiət Yasaqlığı yaradılıb. Lerik mineral bulaqları ilə də məşhurdur. Şəfaverici müalicəvi suları da çoxdur. Kiçik altı çayın birləşməsindən yaranan Lənkərançay sonradan iki çayla birləşərək Xəzər dənizinə qovuşur.
Lerikdə dədə-babadan xalçaçılıq sənəti geniş yayılıb. Rayonda fəaliyyət göstərən xalça sexlərində müxtəlif çeşidli milli ornamentli xalçalar, kəndlərdə isə cecim, kilim, palaz toxunur. Bu günün özündə bir neçə kənddə dəmirçilik sənəti yaşamaqdadır. Rayonda sənaye sahəsi ilə əsasən üç müəssisə məşğuldur: Paylayıcı Elektrik Şəbəkəsi, Qaz İstismar İdarəsi və Piran Kərpic Zavodu. Rayonun əsas təsərrüfatı heyvandarlıqdan ibarətdir. Əkinə yararlı torpaqlarda çoxillik, dənli və dənli-paxlalı bitkilər əkilir. Rayonda maldarlıq və qoyunçuluq da inkişaf etmişdir.
Lerik rayonu çox sayda abidələrlə, dini-tarixi məbədlərlə zəngindir. Dünyada mövcud olan 18 Qız qalasından biri Lerik rayonu ərazisində yerləşir. Bu rayonda Oğlan qala da var. Fransız yazıçı və səyyahı Aleksandr Düma XIX əsrin ortalarında Azərbaycanda olarkən Lerikə gəlmiş, bu qədim diyarın tarixi abidələrindən, adət-ənənələrindən "Qafqaza səfər" əsərində söhbət açmışdır.
1937-ci ilin repressiyası da Lerikdən yan keçməmişdir. Çoxlu lerikli ziyalı, sadə adamlar, din xadimləri həbs edilərək Sibirdə, Qazaxıstan çöllərində əbədiyyətə qovuşmuşdur. İkinci Dünya müharibəsində də yüzlərlə lerikli qanlı döyüşlərdə həlak olub. Ötən əsrin sonlarında ermənilərin başladığı torpaq iddiasında Lerikin vətənpərvər övladları Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmanlıq göstərdilər. Şəhidlik zirvəsinə ucalmış lerikli igidlərin beş nəfərinə Azərbaycanın Milli Qəhrəmanı adı verilmişdir.
Bu gün Lerik digər bölgələrimiz kimi müstəqillik dövrünün bəxş etdiyi imkandan, dövlətin yaratdığı şəraitdən bəhrələnərək yeni inkişaf mərhələsini yaşayır. Son illər Lerik inanılmaz dərəcədə dəyişilib. Rayonun giriş qapısından başlamış küçə və meydanlarında qeyri-adi bir gözəllik duyulur. Ümummilli liderin adını daşıyan meydanlar, mərkəz, gecələr Lerik şəhərində ətrafa nur saçan işıqlı fəvvarə, şəlalə, park göz oxşayır. Lerik yeganə rayon mərkəzidir ki, burada Uzunömürlülər Muzeyi fəaliyyət göstərir. Vaxtilə yararsız, bir otaqdan ibarət olan muzey ölkə başçısı Prezident İlham Əliyevin qayğısı sayəsində indi yeni binada öz seyrçilərini qəbul edir. Bir fərəhli faktı da söyləmək olar ki, Lerikin gözəl təbiəti, saf havası, buz bulaqları, zümrüd meşələri onu həm də ölkəmizin turizm və istirahət mərkəzlərindən birinə çevirib. Rayonun ərazisində fəaliyyət göstərən müxtəlif istirahət yerlərinə yaxın və uzaq ölkələrdən gələn turistlərin sayı artmaqdadır.
Kitabın ikinci hissəsində oxuculara təqdim edilən şeirlərdə Lerikin gözəllikləri tərənnüm edilib. Vaxtilə Lerikdə olan unudulmaz xalq şairi Mirvarid Dilbazi də Lerik haqqında bir neçə şeir qələmə alıb. "Lerik yollarında" adlı şeirində isə Azərbaycanın bu dağ rayonunun qənirsiz füsunkarlığını belə təqdim edıb: "Bulud donlu, çən örpəkli, gədikləri göy çiçəkli, gül ətirli, dağ küləkli". Həqiqətən də Leriki görənlər xalq şairi Fikrət Qocanın təbirincə desək, belə fikirləşər ki, Allah cənnət yaradanda Leriki nəzərdə tuturmuş.
Hər bir bölgə haqqında belə məzmunlu, ətraflı bilgi verən kitabların hazırlanıb çap edilməsi təqdirəlayiqdir. İnsan ilk növbədə, öz ölkəsini yaxşı tanımalıdır. Yalnız böyük şəhərləri, çayları, dağları deyil, yurdunun cığırına, izinə də bələd olmalısan. Çünki vətən hər kəsin doğulduğu yerdən başlayır.
"Azərbaycan"

DİGƏR XƏBƏRLƏR
-
1715-ci ilin Quarneri skripkası Elvin Hoca Qəniyevin sehrli əllərində – Bakıda möhtəşəm musiqi axşamı - VİDEO - FOTO
-
“Uşaq Dünyası” I Beynəlxalq Musiqi Festivalının təntənəli açılış konserti keçirilib - FOTO
-
Rauf Hacıyevin ailəsində ağır İTKİ
-
“CineMastercard” kinoteatrının rəhbəri Kann Film Festivalında iştirak edib - FOTO
-
II Opera Günləri layihəsinin açılış mərasimi keçirildi Video - Foto
-
“Balabanın sehrində” adlı milli musiqi gecəsi keçirilib - FOTO
XƏBƏR LENTİ
-
Toralın transfer olunduğu "Bursaspor"un milyonlarla borcu var
-
"Kızılcık şerbeti"ndə yeni aktrisa - FOTO
-
Millimizin üzvünə Avropadan yüksək maaşlı təklif gəlib
-
Nəvəsi ilə FOTOlar paylaşdı
-
Şəkinin iki kəndində qaz kəsiləcək
-
37 yaşlı kişi bıçaqlandı - Qaynı saxlanıldı
-
Bakıda qayınata gəlinini öldürüb
-
"Enerji sahəsində əməkdaşlığa dair" Bakı Bəyannaməsi qəbul edilib
-
Röya bayramda onlarla bir araya gəldi - VİDEO
-
Marneuli Meriyası Nizami Gəncəvinin abidəsinə zərər vurulmasını sərt qınadı
-
Şumaxerin qardaşı həmcinsi ilə evləndi - Fotolar
-
Azərbaycanda sabah güclü külək əsəcək - XƏBƏRDARLIQ
-
Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir - YENİLƏNİR
-
Direktor sosial şəbəkədəki paylaşımlarına görə işdən çıxarılıb? - Rəsmi açıqlama
-
Ölkəmizdə Ebola riski varmı? - Rəsmi açıqlama
-
Tanınmış müğənni konsertini yarımçıq qoyub səhnəni tərk etdi
-
“Daçnik”də istirahət edənlərə vacib XƏBƏRDARLIQ
-
Bakıda taksi parkları satışa çıxarılır - Taksiyə maraq niyə azalıb?
-
Ayağı amputasiya edilən "Survivor" yarışmaçısının son halı - FOTO
-
1715-ci ilin Quarneri skripkası Elvin Hoca Qəniyevin sehrli əllərində – Bakıda möhtəşəm musiqi axşamı - VİDEO - FOTO
-
Bakıda 5001 qızıl gül kimə verilib? - VİDEO
-
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı XƏBƏRDARLIQ
-
2026-cı il Dünya Kubokunda İLK DƏFƏ
-
"Arvadına söz keçirə bilməyən hansı kişilikdən DANIŞIR?"