Mədəniyyət

"Opera günləri" layihəsi çərçivəsində "Traviata" operasi təqdim olunub - FOTO

23 İyun 2025 16:07
Baxış: 306
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının təqdim etdiyi "Opera günləri" layihəsi çərçivəsində Opera Studiyasında Cüzeppe Verdinin "Traviata" operası nümayiş etdirilib.

Tamaşada əsas partiyalarda Əməkdar artist İnarə Babayeva (Violetta), solist Atəş Qarayev (Alfred), Xalq artisti Əvəz Abdulla (Jorj Jermon), həmçinin Xalq artisti Əkrəm Poladov, Əməkdar artist Tural Ağasıyev, solistlər Mahir Tağızadə, Nina Makarova, Günel Hacıyeva, İqor Yadrov çıxış ediblər. 

Tamaşanın dirijoru  Əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyov, rejissoru Əməkdar incəsənət xadimi Hafiz Quliyev, xormeysteri Əməkdar incəsənət xadimi Sevil Hacıyeva, baletmeysteri Əməkdar incəsənət xadimi Yulana Əlikişizadədir.

İnformasiya dəstəyi -  Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.