Qoroskop

Bu yay kim eşq tapacaq, kim işini dəyişəcək? - Yay fəslinə astroloji baxış

23 İyun 2025 10:20
Baxış: 957
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İsti hava ilə birlikdə həyatımıza yeni enerjilər, yeni fürsətlər və sınaqlar da daxil olur. Ulduzlar bu yay bürclərə müxtəlif istiqamətlərdə sürprizlər hazırlayıb. Kimlər eşq yaşayacaq, kimlər karyerada yüksələcək, bəs diqqətli olması gərəkən bürclər hansılardır?

Milli.Az aşağıda 2025-ci ilin yay ayları üçün bürc proqnozlarını sizə təqdim edir:

Qoç 

Bu yay Qoçlar üçün temp yüksək olacaq. İyul ayı yeni iş təklifləri ilə gəlir. Hisslərinizdə dürüst olun, çünki gözlənilməz bir eşq sizi tapacaq.

Buğa 

Buğalar üçün rahatlıq dövrü başlayır. Ailə ilə vaxt keçirmək və səyahətlər ön planda olacaq. Maliyyə sahəsində ehtiyatlı olmaq tövsiyə olunur.

Əkizlər

Əkizlər üçün sosial dövr. Yeni dostluqlar və qısa səyahətlər gündəmdədir. Avqustda romantik sürprizlər gözlənilir.

Xərçəng

Doğum gününüz yaxınlaşdıqca daxili gücünüz artacaq. Bu yay şəxsi münasibətlərdə dönüş nöqtəsi yaşaya bilərsiniz. Unutmayın, hər son bir başlanğıcdır.

Şir

Enerji yüksəlir, diqqət üzərinizdədir. Karyerada yüksəliş və yeni layihələr sizi gözləyir.

Qız

Plan və analiz zamanı. Qız bürcləri üçün avqust ayı xüsusilə maliyyə baxımından əlverişli olacaq. Sağlamlığınıza da zaman ayırın.

Tərəzi 

Tərəzilər bu yay sevgiyə daha açıq olacaq. Köhnə münasibətləri bağlayıb yeni hisslərə qapılma vaxtıdır. İncəsənət və yaradıcılıq ön plana çıxır.

Əqrəb

Əqrəblər üçün emosional dəyişikliklər mövsümüdür. Əvvəlki səhvlərdən dərs çıxarmaq və irəliyə baxmaq üçün əla zamandır. Təhlükəli yatırımlardan çəkinin.

Oxatan

Səyahət, yeni insanlar, yeni ideyalar - Oxatanlar üçün yay dolu keçəcək. Enerji yüksək olsa da, prioritetlərinizi unutmayın.

Oğlaq 

Sabitlik istəyiniz bu yay bir az pozula bilər. Qərar verməzdən əvvəl iki dəfə düşünün. İş həyatında gözlənilməz dəyişiklər ola bilər.

Dolça 

Yay sizin üçün ilham vaxtıdır. Romantik münasibətlərdə gözlənilməz yaxınlaşmalar ola bilər. Sentyabrda mühüm maliyyə fürsəti çıxa bilər.

Balıq

Daxili səsinizə qulaq asın. Bu yay Balıqlar üçün intuitiv və romantik keçəcək. Xəyal etdiyiniz planlar gerçəkləşə bilər, ancaq səbirli olun.

Fidan
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.