Siyasət

İlham Əliyevə təbriklər gəlməkdə davam edir - yenilənib

23 İyun 2025 18:01
Baxış: 1 248

18:01

Qambiya Respublikasının Prezidenti Adama Barrou Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Milli.Az xəbər verir ki, məktubda deyilir:

"Zati-aliləri.

İcazə verin, ölkənizin milli bayramı - 28 May - Müstəqillik Günü münasibətilə Qambiya Respublikasının xalqı adından və şəxsən öz adımdan Sizə və Azərbaycan Respublikasının xeyirxah xalqına qardaşlıq salamlarımı və səmimi təbriklərimi çatdırım.

Sizi və bütün Azərbaycan xalqını bu münasibətlə təbrik etmək mənim üçün şərəfdir. Bu əlamətdar bayram xalqın taleyini müəyyən etməyə imkan verən, ölkənin suverenliyini və müstəqilliyini təcəssüm etdirən tarixi bir gündür.

Fürsətdən istifadə edərək, ölkənizin sosial-iqtisadi inkişafla bağlı əldə etdiyi nailiyyətləri yüksək qiymətləndirdiyimi bildirirəm. Sizin müdrik rəhbərliyinizlə Azərbaycan bu gün uğurla inkişaf edən bir ölkədir.

Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

----------------
2025.06.12
18:15

Syerra-Leone Respublikasının Prezidenti Culius Maada Bio Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Milli.Az xəbər verir ki, məktubda deyilir:

"Zati-aliləri.

Ölkənizin milli bayramı - 28 May - Müstəqillik Günü münasibətilə Sizə, Azərbaycan Hökumətinə və xalqına Syerra-Leone Respublikasının Hökuməti və xalqı adından, şəxsən öz adımdan ən səmimi təbriklərimi çatdırıram.

Mən Azərbaycanın son illərdə əldə etdiyi mühüm tərəqqini, həmçinin xalqınızın gücünü və qətiyyətini yüksək dəyərləndirirəm. Daim irəliyə doğru addımlayan xalqınıza sarsılmaz birlik ruhu, davamlı əmin-amanlıq və firavanlıq diləyirəm.

Bu əlamətdar gün münasibətilə Zati-alinizə möhkəm cansağlığı və xoşbəxtlik, Azərbaycan Hökumətinə və xalqına isə rifahla bağlı ən xoş arzularımı bildirirəm.

Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

----------------

06.10.2026

16:22

Mavritaniya İslam Respublikasının Prezidenti Məhəmməd uld Şeyx əl-Qazuani Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Milli.Az xəbər verir ki, məktubda deyilir:

"Zati-aliləri, əziz Qardaşım.

Ölkənizin milli bayramı - 28 May - Müstəqillik Günü münasibətilə Zati-alinizə ən səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyur, dost Azərbaycan xalqına daha da çox tərəqqi və rifah diləyirəm.

Mən, həmçinin ölkələrimiz arasında mövcud olan əməkdaşlıq münasibətlərinin dost xalqlarımızın mənafeləri naminə möhkəmlənməsi və inkişafı istiqamətində səyləri davam etdirmək niyyətimizi bir daha bildirirəm.

Zati-aliləri, əziz Qardaşım, xahiş edirəm, ən yüksək ehtiramımı qəbul edəsiniz".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.