Azərbaycan Milli Gənc Tamaşaçılar Teatrının "Artstudiya" teatr studiyasında bir hissəli mistik faciə janrında hazırlanan "Solğun çiçəklər" tamaşasının premyerası keçirilib.
Tamaşaçılar tərəfindən böyük maraq və sevinclə qarşılanan səhnə əsərinin bədii rəhbəri Əməkdar artist Nicat Kazımov, quruluşçu rejissoru Səbinə Məmmədzadə, quruluşçu rəssamları Elmira Üzeyirova, Təhminə Sadıqova, bəstəkarı isə Emil Elmanoğludur.
Tamaşada Əməkdar artist Leyli Vəliyeva, aktyorlar Ədalət Əbdülsəməd, Aygün Fətullayeva və Ümman Budaqov iştirak edirlər.
Qeyd edək ki, Cəfər Cabbarlının "Solğun çiçəklər" əsəri Saranın əmisioğluna olan saf məhəbbətindən və Saranın analığı Gülnisənin, bacısı Pərinin ona qarşı olan amansızlığından, ögey münasibətindən bəhs edir. Şəxsi maraqlar naminə əmisioğlu Bəhram tərəfindən atılan Saranın gələcəyə dair ən gözəl ümidləri də puç çıxır.
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az