15 iyun tarixində Sərhəd İdman Kompleksində "Azərbaycan Gənclər İttifaqı" İctimai Birliyi və "Azərbaycan Rəqs Assosiasiyası"nın təşkilatçılığı "Azərbaycan Rəqs Çempionatı 2025" müsabiqəsi baş tutacaq.
Çempionatın məqsədi - müasir və milli rəqs sahəsində fəaliyyət göstərən istedadlı ifaçıları və rəqs kollektivlərini aşkara çıxarmaq, həmçinin Azərbaycanı beynəlxalq rəqs arenalarında təmsil edəcək iştirakçıları seçməkdir. Yarış eyni zamanda xoreoqraflar, pedaqoqlar və rəqqaslar arasında peşəkar bilik və təcrübə mübadiləsinin inkişafına, sağlam həyat tərzinin təbliğinə və uşaqların, yeniyetmələrin və gənclərin rəqs fəaliyyətinə cəlb olunmasına yönəlib.
Çempionat proqramına müxtəlif rəqs janrlarında çıxışlar daxildir: folklor, etnik rəqs, müasir xoreoqrafiya, rəqs şousu, bal rəqsləri, Latın Amerikası rəqsləri, K-pop və hip-hop və sair. İştirakçılar aşağıdakı yaş kateqoriyalarında yarışacaqlar: Baby(4-6 yaş), uşaq(7-10), yeniyetmələr(11-16), böyüklər(17+).
Çıxışlar peşəkar münsiflər heyəti tərəfindən ifa texnikası, kompozisiya, səhnə obrazı və nümayişkarlıq meyarlarına əsasən qiymətləndiriləcək.
Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az