Kuklaçılar “DEMMENİFEST”də - FOTOlar
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycan Dövlət Kukla Teatrı təmsilçiləri 10-16 iyun tarixlərində Rusiyanın Sankt-Peterburq şəhərində keçiriləcək II Beynəlxalq "DEMMENİFEST - 2025" Kukla Teatrları Festivalında iştirak edəcək.
Bu barədə Milli.Az-a teatrın mətbuat xidmətindən bildirilib.
E. S. Demmeni adına Sankt-Peterburq Dövlət Marionet Teatrının İkinci Dünya Müharibəsində qələbənin 80 illiyinə həsr etdiyi festival "Dünya bizim əllərimizdədir" şüarı ilə keçirilərək kuklaçıları bir araya gətirir. Rusiya Federasiyası Mədəniyyət Nazirliyinin dəstək verdiyi teatr bayramında kuklaçılarımız yeni səhnə əsəri ilə iştirak edəcəklər. Belə ki, xüsusi təqvimlə bağlı təşkil olunan beynəlxalq miqyaslı teatr bayramına yaradıcı heyət "İnnab ağacı" adlı səhnə işi ilə qatılacaq. Tamaşa iki dəfə Sovet İttifaqı Qəhrəmanı olmuş yeganə azərbaycanlı, hər birimizin fəxri general-mayor Həzi Aslanova həsr olunub.
Təsadüfi deyil ki, qüdrətli sərkərdə, görkəmli hərbi xadim, iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları qvardiya general-mayoru Həzi Aslanovun İkinci Dünya müharibəsində faşizm üzərində qələbənin qazanılmasında müstəsna xidmətləri olub. Yenilməz sərkərdənin döyüşdə göstərdiyi əfsanəvi qəhrəmanlıqlar hərb tariximizin ən şanlı səhifələridir. Yazıçı-dramaturq Sevinc Nuruqızının eyniadlı pyesi əsasında rus dilində (tərcümə edəni Elşadə Əzizovadır ) hazırlanan birhissəli kukla tamaşası "qara kabinet" üslubunda hazırlanıb. Tamaşanın səhnələşdirmə və quruluş müəllifi teatrın baş rejissoru, Prezident mükafatçısı Anar Məmmədov, quruluşçu rəssamı teatrın baş rəssamı İqbal Əliyevdir. Musiqi tərtibatlı tamaşada unudulmaz qəhrəmanımızın həyat və döyüş yoluna nəzər salınıb, məktubları və haqqındakı xatirələr əsasında fərqli səhnə işi ərsəyə gətirilib.
Tamaşada qəhrəmanların kukla obrazlarını teatrın rus bölməsinin aktyorları Rauf Babayev, Lina Məmmədova və Araz Həsənli yaradıblar.
İyunun 10-da "Zəfər baharının nəğmələri" tamaşa-kompozisiyası ilə start götürəcək festivalın proqramında 8 kukla tamaşası var. Ümumilikdə dünya kukla teatrları və festivalları sıralamasında xüsusi yeri olan teatr və festival ilə Azərbaycan Dövlət Kukla Teatrının uzunmüddətli səmərəli əməkdaşlığı var və bu dəvət də həmin əlaqənin uğurlu davamıdır. Onu da qeyd edək ki, tədbirdə iştirak xərclərini festival təşkilatçıları öz üzərlərinə götürüblər.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycanlı rejissorun filminin Almaniyada təqdimatı olub - (Foto)
-
“PAYIZ ETÜDLƏRİ” adlı yaradıcılıq sərgisinə əsər qəbulu elan olunur
-
Zəfərin səsi, Qürurun nəğməsi: Rəşid Behbudov adına Mahnı Teatrı Zəfər Gününə həsr olunmuş videoçarx təqdim edib - (Video)
-
Şostakoviçdən “Şəhrizad”a: Maksim Vengerov və Fuad İbrahimov Bakıda BIAF-ın möhtəşəm konsertlə başa çatan ikinci mövsümünə imza atıblar - (Foto)
-
Milli Dram Teatrında 44 günlük Vətən müharibəsində tarixi qələbənin ildönümü münasibətilə "Qarabağnamə" tamaşası nümayiş olunub - (Foto)
-
“Muzeydə kino” layihəsi çərçivəsində “Layla” (Lullaby) adlıbədii filmi nümayiş olunub - (Foto)
XƏBƏR LENTİ
-
Baş nazir Teymur Musayevlə bağlı qərar verdi
-
Təranə-Musa cütlüyünün evi müzakirə yaratdı - (Video)
-
Generalın saxlanılan qızının 3 ay öncəki davası - (Video)
-
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib
-
Paşinyan türkiyəli jurnalistlə ürək işarəsi göstərdi: Tarkanın mahnısını dinlədi - (Video)
-
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - (Foto)
-
Bakıda yanan 64 yaşlı kişi öldü
-
Qardaşını maşınla vurub videoya çəkən gənc saxlanıldı - (Video)
-
Sərxan Kərəmoğlu: "Cənazəmi Azərbaycana gətirən kafirdir, yandırsınlar"
-
"Ərdoğanla çox müsbət görüş keçirdik" - Paşinyan
-
“Fənərbağça” “Real”ın ulduzuna elçi düşdü
-
Bu şəxslər üçün şad xəbər: Elektrik xərcinin yarısını dövlət ödəyəcək
-
Aİ Rusiyaya qarşı yeni sanksiyalar qəbul edəcək
-
“Kızılcık Şerbeti”nin aktrisasının dəfninə niyə qatılmadığını açıqladı
-
İşlədiyin saata görə maaş alacaqsan - Kimlər daha çox qazanacaq?
-
Bakıda böyük söküntü: 3500 manat kompensasiya...
-
“Aşk-ı Memnu”nun aktrisası dəyişib belə oldu - (Fotolar)
-
Azərbaycanlı rejissorun filminin Almaniyada təqdimatı olub - (Foto)
-
“Barselona” stadionunda vəfat edənlərin külü saxlanılacaq
-
100-dən çox 150 illik ağacları kəsən dəstəyə qarşı əməliyyat keçirildi - (Video)
-
Heydər Əliyevin müəllifi olduğu Konstitusiya Azərbaycanın sabit dövlətçiliyə keçidinin simvoludur - Sevil Mikayılova
-
Qəza törədib atasının ölümünə səbəb oldu - Məhkəmə qərar verdi
-
Aslan Fətullayevin dəfn vaxtı və yeri açıqlandı
-
Bu yolda sola dönən sürücülər cərimələnir





