M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və Orqan Musiqisi Zalının səhnəsində "1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü" və Hüseynqulu Sarabski adına 7 nömrəli Uşaq Musiqi Məktəbinin 70 illik yubileyinə həsr olunmuş konsert baş tutub.
Öncəliklə məktəbin direktoru Samirə Əliyeva və Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin sektor müdiri Altun Rəcəbli konsertlə bağlı dinləyiciləri məlumatlandırıb.
Daha sonra Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin kiçik heyətinin müşayiəti ilə musiqili gecədə solistlər - Nuray Həsənli (piano), Fərəh Əliyeva (piano), Mədinə Heybətova (piano), Tunar Babaxanov (fleyta), Leyla Fərzəli (piano), Dəniz Muradova (piano), Camalxan Dadaşov(qarmon), Mədinə Heybətova, Xədicə Heybətova (piano), Sevinc Fətəliyeva (piano), Nəzrin Əhmədli (fleyta), Ayla Ramazanzadə (piano), Məryəm Hacızadə , Aynurə Allahverdiyeva (violin), Nəzrin Əhmədli, Tunar Babaxov (fleyta), Zəhra Bağırzadə (piano), Müzəffər Əliyev (piano), Nuray Quliyeva (piano), Seyrin Əzimzadə (piano), Camal Əliyev (piano), Surə Həsənli (violin) və məktəbin xor kollektivi dinləyicilər qarşısında çıxış edib.
Proqramda Azərbaycan, rus və Avropa bəstəkarlarının əsərləri səslənib.
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az