Tanınmış aktrisa Yana Nikitinanın Milli.Az-a müsahibəsi.
- Yana xanım, Bakıda çox sevilirsiniz. Bu neçə il ərzində Azərbaycan dilində danışmağı öyrənmisiniz?
- Əlbəttə. Hesab edirəm ki, Azərbaycanda yaşayan hər bir şəxs milliyyətindən asılı olmayaraq Azərbaycan dilini bilməlidir.
- Özünüzü teatr aktrisası kimi hansı xarakterik rollarda görürsünüz?
- Bilirsiniz, mən yeddi il teatrda işləmişəm. Bu müddət ərzində irili-xırdalı müxtəlif rollar oynamışam. Hər biri də mənə əzizdir. Moskvada olarkən Azərbaycanın xalq artisti, Rusiyanın əməkdar incəsənət xadimi Yuli Qusmanın quruluşunda "Lamanşlı adam" tamaşasına baxdım. Onda dəqiq anladım ki, mən harada oynamaq istərdim. Neçə illər geriyə baxdım, o illəri xatırlayanların söhbəti yadıma düşdü. Məhz o illərdə Yuli Qusman Bakıda ilk dəfə "Üç muşketyor" tamaşasına quruluş vermişdi və bu günə qədər də o tamaşa bakılıların ürəyində bir əfsanə kimi qalır. Həm də təkcə Bakıda deyil, Yuli Solomonoviç hər yerdə tamaşalara quruluşlar verib: Amerikada, Rusiyada, Yaponiyada. Lakin mən çox istərdim ki, o, Bakıda, öz vətənində, yeni bir tamaşaya quruluş versin. Qoy hamı görsün ki, Azərbaycanda nə qədər istedadlı insanlar var.
- Ailəniz haqda danışa bilərsiniz?
- Mənim həyatımın mənası oğlumdur, bütün ailə onun başına dolanır.
- Ailədə sizdən başqa kimsə bu sənətlə məşğuldur?
- Yox, yaxşı ki, yoxdur. Ailədə bir insan incəsənətlə məşğul olar.
- Facebook sosial şəbəkəsində çox olursunuz?
- "Qorxma, mən səninləyəm-2" filmində çəkilmək üçün cavan uşaqlar lazım idi. Elə o zamandan etibarən Facebook ilə dostluq edirəm (gülür).
- Bakıda çəkildiyiniz filmlər haqda nə danışa bilərsiniz? Daha çox sizi epizodik rollarda görmüşəm. Yoxsa yanılıram?
- Yox, yanılmırsınız. Həqiqətən, belədir. Bu illər ərzində xırda rollara çəkilmişəm. Rejissoru Vaqif Mustafayev olan "Milli bomba" filmində müxbir Katerina rolunu ifa etmişəm. Ramiz Fətəliyevin "Qraf Krestovski" filmində teleaparıcını, Oleq Səfərəliyevin "Əlvida, cənub şəhəri" filmində Valya, Yuli Qusmanın "Qorxma, mən səninləyəm-2" filmində dayə kimi rolları ifa etmişəm. Bundan əlavə, rejissoru Nərgiz Bağırzadə olan "Barbados" filmində əsas qadın rolunu oynamışam. Lakin yaxın zamanda tamaşaçıları sürpriz gözləyir, amma o haqda danışmayacağam. Hər şey öz vaxtında.
- "Qorxma, mən səninləyəm-2" filmindəki rolunuz barədə məlumat verə bilərsiniz?
- İlk dəfə mən bu filmi görəndə 6 yaşım var idi. O vaxtlar o, 2 seriyalı idi, həm də Mərkəzi televiziyada xəbərlərdən sonra göstərilirdi. Amma valideynlərim məni o zaman yatmağa göndərdilər deyə baxa bilmədim. Səhər isə təkrarı olanda mən məktəbdən qaçdım, yadımdadır, yağış yağırdı, gəlib evdə filmə baxdım. Baş rolda oynayan Rüstəmə (Muxtarbek Kantemirov) vurulmuşdum. Hər kişidə o rolda olan xasiyyəti görmək istəyirdim. Heç vaxt ağlıma gəlməzdi ki, onunla həyatda görüşə bilərəm. 30 ildən sonra onunla bu filmdə çəkildim. Filmdə o məni xilas edir. 30 il keçməsinə baxmayaraq, uşaqlıq arzum həyata keçdi.
- Sizi köhnə KVN-çi də adlandırmaq olar. Xatirələri bölüşə bilərsiniz bizimlə?
- Bu haqda heç nə deyə bilmərəm. Onu bilirəm ki, mənə hər şeyi KVN verdi və bununla fəxr edirəm.
- Yana xanım, xasiyyətiniz necədir?
- Şir bürcündənəm, bununla da hər şey deyilir (gülür).
- Özünüzü ev xanımı kimi görürsünüz, yoxsa aktrisa kimi?
- Özümü elə iki rolda da rahat görürəm.
- Moskvadakı fəaliyyətiniz haqda nə deyə bilərsiniz?
- Mən "Qorxma, mən səninləyəm-2" filmində kastinq direktoru işləyirdim. Biz filmin çəkilişləri ilə bağlı Moskvaya getməli olduq. Bakıya qayıtdıqdan sonra isə mən TNT-də serialda kastinq direktoru işləmək dəvəti aldım. Bu zaman Oksana xanım mənə zəng edib dekabrın 23-də SSRİ xalq artisti Lev Durovun tamaşasının premyerasına gəlməyimi istədi. Lev Konstantinoviç öz yubileyini qeyd edirdi və doğma teatrı olan Malı Bronnıda da "Qasırğa" tamaşasında Prospere rolunu oynayırdı. Elə həmin gün də mənə onun yubiley gecəsini aparmaq təklif olundu. Bu, çox fantastik idi, Moskvada o qədər ulduz olduğu halda, Lev Durov aparıcılığı mənə həvalə etmişdi.
Təntənəli gecə başlayanda mən çox həyəcanlı idim. Çünki mərasim internet vasitəsilə canlı olaraq yayımlanırdı. Lev Durov isə: "Sən ağıllısan və istədiyin kimi gecəni aparacaqsan", - deyərək məni sakitləşdirirdi. Heç kəs inanmırdı ki, adi bir bakılı qızı belə bir şöhrətli insanın təntənəli gecəsini apara bilər. Mərasim sona çatdıqdan sonra Lev Durov mənə hədsiz minnətdarlığını bildirdi və hətta məni teatrdan getdiyimə görə qınadı.
- Gözəlliyinizin qeydinə necə qalırsınız?
- Mən kaloriləri yumorla yandırıram (gülür). Bildiyiniz kimi, yumor və gülüş insana uzun ömür verir və özünü həmişə formada saxlamağa kömək edir.
- Azərbaycan sənətçilərindən sıx münasibət saxladıqlarınız var?
- Eldar Qasımovla elə filmdə tanış olduq. Hələ də dostluq edirik. Yaxşı insandır, istedadlıdır və romantikdir.
- Aktrisa olmasaydınız, bu gün hansı sənətlə məşğul olardınız?
- Düzünü deyim ki, mən filoloqam və düşünürəm ki, ssenarist olardım.
Əli Novruzəliyev
Milli.Az
Mədəniyyət
VTB-də yüksək depozit faizleri daha çox qazandırır
Tanınmış aktrisa: "Heç kəs inanmırdı ki, adi bir bakılı qızı..." - FOTO
25 İyul 2012 09:30
0 Şərh
Baxış: 4 054

DİGƏR XƏBƏRLƏR
-
Həyat yoldaşına görə sənəti tərk edən, harada yaşadığı bilinməyən Hicran Mehbalıyeva - O, kimin tələbi ilə baş rola dəvət olundu?
-
Övladını öldürdülər, Şövkət Ələkbərovanın təklifini rədd etdi - “Mercedes” sürən ilk qadın müğənnimiz haqqında maraqlı faktlar
-
Şair Kəramət Şükürovun küçədən meyiti tapıldı - YENİLƏNİB - FOTO
-
Vəfatından bir neçə ay əvvəl ona atdığı səs yazısını yayımladı - VİDEO
-
İncəsənət məktəblərinə ixtisas seçimi başlanır
-
Üzeyir Hacıbəyov riyaziyyat kitabı da yazıbmış - FOTO
XƏBƏR LENTİ
-
Alimlərdən yenilik: Daxili səsi deşifrə edən beyin çipi yaradılır
-
Ən çox saxtalaşdırılan məhsullar – bal, zeytun yağı, ət və süd məhsullarında fırıldaqlar
-
Güclü maqnit qasırğası gəlir: Hansi günlər risklidir?
-
Körpələr arasında ən çox bu xəstəliklərə rast gəlinir
-
Azərbaycanda kişilərin əsas probleminin səbəbi açıqlandı
-
Mütəxəssislər hər gün artıq yeməyin qarşısını almaq üçün sadə üsullar təqdim edirlər
-
Tramp Putinə zəng etmək üçün Avropa liderləri ilə görüşü dayandırıb
-
Tramp Azərbaycan və Ermənistandan nümunə gətirdi
-
Arıqlama dayanıb? Bu vacib vitamini gözdən qaçırmadığınıza əmin olun
-
"Putin Ukrayna üçün təhlükəsizlik zəmanətlərini qəbul etməyə razılıq verib"
-
"Ukrayna danışıqlarında Yelenanın təsirini cılızlaşdırmayın"
-
Türkiyənin məşhur layihəsində Güneli ələ saldılar - VİDEO - FOTO
-
Pezeşkian İrəvanda Göy məsciddə namaz qıldı
-
Rahid Əmirquliyev "Şahdağ Qusar"ın rəhbəri təyin olundu
-
Tramp: Putin saziş bağlamaq istəyir
-
Günün qoroskopu: Sinir sistemi və qan dövranına diqqət yetirin
-
Tramp Avropa liderləri ilə çoxtərəfli görüş keçirdi - YENİLƏNİB - FOTO
-
Almaniya kansleri: “Daha ciddi danışıqlar üçün yol açıqdır”
-
Qatarla gedib-gələnlərin nəzərinə! - FOTO
-
Makron: Tramp, Putin və Zelenski ilə görüşdə Avropanın da təmsil olunması vacibdir
-
Zelenski: Trampla çox yaxşı söhbət apardım
-
Tramp: Ukrayna üçün bu gün razılıq əldə olunacaq
-
Trampın Zelenskiyə göstərdiyi xəritədə nələr var? - FOTO
-
Hər bürc üçün həftənin ən şanslı günü