Mədəniyyət

Bülbül adına Orta ixtisas Musiqi Məktəbinin müəllimi Zərifə Alxazovanın sinif konserti keçirilib - FOTO

31 May 2025 15:13
Baxış: 363
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və Orqan Musiqisi Zalının səhnəsində Bülbül adına Orta ixtisas Musiqi Məktəbinin müəllimi Zərifə Alxazovanın sinif konserti keçirilib.

Konsertmeysterlər Səbinə Vəlibəyova, Tomris Hüseynova, İrina Mehdiyevanın müşayiəti ilə solistlər - Zərifə Alxazova (violin), Əsmər Güllarova (violin), Pünhan Heydərov (viola), Məhəmməd Zeynallı (cello), Gülsüm Cəfərova (violin), Orxan Məmmədov(violin), Fərid Ziyalı   (violin), Elmira Dadaşova (violin) ,Amaliya Əliyeva (violin), Zeynəb Əlizadə (piano), Əli Vəliyev (piano) və Məryəm Günəşova (cello) dinləyicilər qarşısında çıxış edib.

Proqramda Avropa və rus bəstəkarlarının əsərləri səslənib.

Müəllim Zərifə Alxazova və istedadlı  şagirdləri rəngarəng, nəcib əsərlər və özünəxas, parlaq ifaları ilə dinləyicilərin zövqünü oxşadı.

Proqramda Avropa və rus bəstəkarlarının əsərləri səslənib.

Konsert gur alqışlar ilə sona çatdı.

İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.