Unikal konsert: Şam işığında musiqi sehrinə qərq olun. Martın 29-da, 2025-ci il tarixində, saat 18:00 və 20:00-da Bakının mərkəzində, M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və Orqan Musiqisi Zalında unikal bir konsert baş tutacaq.
Konsert zamanı zalın atmosferi "Şelkunçik", "Qu gölü" və "Yatmış gözəl" baletlərindən sevilən melodiyalarla dolacaq. Mystery Ensemble-nın orkestri tərəfindən ifa edilən bu əsərlər, musiqisevərləri bənzərsiz bir aləmə aparacaq.
Sonsuz sayda yanan şamların romantik işığında, simli alətlərin gözəl akustikası və virtuoz ifası tamaşaçılara möhtəşəm bir təcrübə yaşadacaq. Çaykovskinin məşhur musiqi xəzinəsindən seçilən parçalar, səhnədə yalnız musiqinin dili ilə deyil, həm də hislərinizlə danışacaq.
Konsert başlamazdan əvvəl sizi parıldayan şamlarla bəzədilmiş salonun interyerine və memarlıq elementlərinə heyran olmağa dəvət edirik.
Şam işığında olan konsertlərimiz Bakının ən qeyri-adi yerlərində keçirilərək, dinləyiciləri ürəkaçan sehrə bürüyür. Biz sizə canlı musiqinin multisensor qavrayışının unikal təcrübəsini təqdim edirik. Musiqini eyni zamanda bütün qəlbinizlə hiss edin!
Mystery Ensemble - ən aktual musiqini ifa edən unikal kollektivdi. Simli alətlərin akustikası, canlı səsi, bənzərsiz aranjimanlar və əsl sənətkarlıq!Onlar öz işlərinin peşəkarlarıdırlar! Orkestr Bakının ən möhtəşəm zallarında sehrli əhvali-ruhiyyə yaradır.
Mystery Ensemble ilə birlikde musiqini qəlbinizə hopdurmaq və bu inanılmaz macəranı birlikdə yaşamağın vaxtı gəldi.
Bütün sevdikləriniz üçün mart ayının ən gözəl atmosferli cazibədar konsertinə bilet almaq şansını qaçırmayın!
Konsertin idarə və təşkilat agentliyi RED EVENTS & Distribution ltd.
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az