Mədəniyyət

Unudulmaz ustad xanəndə Əlibaba Məmmədovun xatirəsinə həsr olunmuş konsert keçiriləcək

12 Fevral 2025 16:50
Baxış: 402
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Fevralın 27-də Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında milli muğam sənətinin görkəmli nümayəndəsi, Xalq artisti, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü olmuş, unudulmaz ustad xanəndə Əlibaba Məmmədovun xatirəsinə həsr olunmuş konsert keçiriləcək. Gecədə sənətkarın zəngin musiqi irsinə müraciət olunacaq. Ölməz mahnıları ustad sənətkarlar və gənc ifaçılar tərəfindən səsləndiriləcək. 

Əlibaba Məmmədov milli musiqi xəzinəsini daha da zənginləşdirən sənətkarlarımızdandır. O, hələ gənc yaşlarından Bakının və Abşeron kəndlərinin özünəməxsus muğam mühitində yetkin xanəndə olaraq formalaşmış, geniş repertuarı, məlahətli səsi və bənzərsiz ifa tərzi Əlibaba Məmmədova muğamsevərlərin böyük rəğbətini qazandırmışdı. Ustad muğam ifaçısı xanəndəlik fəaliyyəti ilə yanaşı, pedaqoq kimi Bakı Musiqi Kollecində, Bülbül adına Orta İxtisas Musiqi Məktəbində və Azərbaycan Milli Konservatoriyasında dərs deyib, muğam sənətinin incəliklərini gənc ifaçılar nəslinə aşılayıb. Milli musiqi mədəniyyətinin inkişafı sahəsində nailiyyətlərinə görə Əlibaba Məmmədov 2000-ci ildə "Şöhrət", 2010-cu ildə "İstiqlal" və 2020-ci ildə "Şərəf" ordenləri ilə təltif edilib. Görkəmli xanəndə 2022-ci il fevralın 25-də 92 yaşında vəfat edib və birinci Fəxri xiyabanda dəfn olunub.

Biletlər https://iticket.az/events/concerts/alibaba-mammadov/141741

İnformasiya dəstəyi -  Trend.Az, Day.Az, Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.