Yunus Oğuz Özbəkistanda keçiriləcək beynəlxalq forumda iştirak edəcək
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Milli.Az olaylar.az-a istinadən xəbər verir ki, yazıçı-publisist Yunus Oğuz oktyabrın 23-25-də Daşkənddə keçiriləcək "Mədəniyyət və incəsənət sahəsində islahatlar" beynəlxalq forumuna dəvət alıb. Ölkənin mədəniyyət nazirinin Yunus Oğuzun ünvanına şəxsən göndərdiyi dəvətdə Özbəkistan Respublikasının Mədəniyyət Nazirliyinin yazıçıya xüsusi ehtiramı və 23-25 oktyabr tarixlərində Daşkənd şəhərində keçiriləcək Beynəlxalq Mədəni İrs Həftəsində iştirak etməyə dəvət etməkdən şərəf duyulduğu bildirilib. Məktubda qeyd olunub ki, bu tədbir milli və beynəlxalq səviyyədə mədəni irsimizin qorunması və təbliği, eləcə də ölkələr arasında ənənələrin mübadiləsi və mədəni əlaqələrin gücləndirilməsini hədəfləyir. Qloballaşma kontekstində mədəni kimliyin qorunması və beynəlxalq mədəni dialoqun inkişafı xüsusi əhəmiyyət kəsb edir.
Daha sonra dəvətdə tarixi romanlar müəllifi Yunus Oğuzun forumda iştirakının müzakirələrə zənginlik qatacağı və mədəni mübadilə və əməkdaşlığın gücləndirilməsinə dəyərli töhfə verəcəyi qeyd olunub.
Forumda ölkənin mədəniyyət naziri O.Nazarbəyovun "Özbəkistanda mədəniyyət və incəsənət sahəsində həyata keçirilən islahatlar" mövzusunda təqdimatı, həmçinin "Qeyri-maddi mədəni irsin qorunmasına müasir yanaşmalar" mövzusunda çıxışlar olacaq.Mərasimdə beynəlxalq ekspertlərin çıxışları, mədəniyyət və incəsənət sahəsində ən yaxşı təcrübələrin müzakirəsi nəzərdə tutulub.Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova,TÜRKSOY-un baş katibi Sultanbay Rayev də tədbirdə məruzə edəcəklər. Mədəniyyət naziri O.Nazarbəyovun xarici qonaqlarla görüşü də proqrama daxil edilib. Qeyd edək ki, Beynəlxalq Forum ölkənin Mədəniyyət Nazirliyi tərəfindən "BEYNƏLXALQ MƏDƏNİ İRS HƏFTƏLƏRİ" çərçivəsində təşkil olunub.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
-
Güclü yağış altında ikili yubiley – III Fidan Hacıyeva Beynəlxalq Opera Festivalı belə başladı - (Foto)
-
Bakıda açıq səma altında Dövlət Caz Orkestrinin 85 illiyinə həsr olunmuş möhtəşəm gecə keçirilib - (Foto)
-
Mobil Əhmədovun 95 illik yubileyinə həsr olunmuş “Ustadımın yolu ilə” konsert proqramı təqdim olunacaq - (Video)
-
"44" bədii filminin premyerasının vaxtı məlum olub (Foto)
-
Amin Novruzov vəfat etdi
-
Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalı – böyük sənət bayramı ərəfəsində (Foto)
XƏBƏR LENTİ
-
“WhatsApp” bu telefonlarda artıq işləməyəcək
-
"Miss Avstriya"nın qalibi 22 yaşında vəfat etdi - (Foto)
-
Şəkidə faciəvi şəkildə ölən Ucal bu şirkətin agentliyin imiş
-
Sabah bir neçə rayonda işıq olmayacaq
-
"Tasnim": ABŞ İranın neft tankerinə raket hücumu edib
-
Günün qoroskopu: Sağlamlığınıza xüsusi diqqət yetirin
-
2027-ci illə bağlı Vanqanın proqnozu
-
Qatarın vurduğu 24 yaşlı Rahillə bağlı təsirli fakt
-
Bakıda restorana məxsus transformator yanıb - Yenilənib - (Video)
-
Heyvandarlıqda yeni subsidiya modeli: Fermerlər üçün nə dəyişəcək?
-
Azərbaycanlı qadın aeroportda çətin anlar yaşatdı - (Video)
-
Azərbaycanda bu şəxslər ödənişsiz psixoloji yardım alacaqlar
-
Xətai qaranlığa qərq oldu
-
24 yaşlı məşhur fud-bloger öldü
-
Rəşad Aslanov etimadnaməsini Ərdoğana təqdim edib - (Foto)
-
Nəvai Moskvada törətdiyi qəzaya görə təzminat ödədi
-
"Şəki Yaylası"nda faciəvi şəkildə ölən Coşqun və Ucalın (Fotosu)
-
"Şəki Yaylası" istirahət mərkəzində 2 nəfərin ölməsi ilə bağlı araşdırma aparılır - Yenilənib - (Video)
-
Nə istədiyini bilməyən bürclər
-
Balaxanıdakı yanğın söndürülüb - Yenilənib - (Video)
-
“Taşacak bu deniz”lə bağlı dəyişiklik edildi
-
8 il idi ki, axtarışda idi - Qadın cildinə giribmiş - (Foto)
-
"7 yaşımdan əməliyyat olunuram" - Murat Dalkılıç
-
"Qarabağ"a baxıb xəyal edirdik, indi gerçəkləşir" - Tellur Mütəllimov





