Polad Bülbüloğluna Ermitaj mükafatı təqdim olundu
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğluna Ermitaj mükafatı təqdim olunub.
Milli.Az APA-ya istinadən bildirir ki, təqdimat mərasimi Birləşmiş Mədəniyyətlərin X Sankt-Peterburq Forumu çərçivəsində Qış Sarayının Georgiyevsk zalında baş tutub. Təqdimat mərasimində Rusiya Baş nazirinin müavini Tatyana Qolikova, Peterburqun qubernatoru Aleksandr Beqlov, RF mədəniyyət naziri Olqa Lyubimova, Dövlət Ermitaj muzeyinin rəhbərliyi, Rusiyanın şimal paytaxtındakı diplomatik korpusun nümayəndələri iştirak ediblər.
T. Qolikova Ermitaj mükafatını sovet və Azərbaycan estrada müğənnisi, bəstəkar, siyasi və ictimai xadim Polad Bülbüloğluna və Rusiyanın xalq artisti, xoreoqraf Boris Eyfmana təqdim edib. Bildirib ki, bu mərasimlə Birləşmiş Mədəniyyətlərin X Sankt-Peterburq Beynəlxalq Forumu yekunlaşır: "Mükafatımız qarşılıqlı anlaşma və hörmət prinsipləri əsasında beynəlxalq mədəni dialoqun inkişafına töhfədir".
Təqdimat mərasimində çıxış edən Polad Bülbüloğlu Ermitaj muzeyinə hələ uşaq ikən gəldiyini xatırladıb. O deyib ki,
Azərbaycanda Böyük Vətən Müharibəsi illərində Sankt-Peterburqda, məhz Ermitaj binasında dahi Nizaminin 800 illik yubileyi, həmçinin sonralar 850 illik yubileyi qeyd olunub. Səfir vurğulayıb ki, bu gün mədəniyyət xalqları və ölkələri birləşdirən mühüm amildir.
Polad Bülbüloğlu onun fəaliyyətinə verilən yüksək qiymətə görə təşəkkürünü bildirib, çıxışını "Qorxma, mən səninləyəm" filmindən mahnı ilə yekunlaşdırıb.
Qeyd edək ki, Ermitaj Mükafatı Forumun təşkilat komitəsi tərəfindən Dövlət Ermitaj Muzeyi ilə birgə təsis edilib. Mükafat 2023-cü ildən hər il iki məşhur mədəniyyət xadiminə - bir Rusiya vətəndaşına və bir xarici vətəndaşa mədəniyyət və incəsənət, beynəlxalq mədəniyyət dialoqunun gücləndirilməsi sahəsində nailiyyətlərə görə verilir.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
-
Gəncə Dövlət Filarmoniyası Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalında silsilə konsertlərlə çıxış edəcək
-
Xankəndi İncəsənət Məktəbi fəaliyyətə başlayacaq
-
MEMİM bu il də “Sənət inciləri” layihəsi ilə Üzeyir Hacıbəyli festivalına töhfə verəcək
-
Vokal məktəbindən dünya səhnələrinə - Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalı yeni adlar kəşf edir - (Foto)
-
Azərbaycanın gənc vokal ifaçısı Batumidə keçirilən III Beynəlxalq Vokal Müsabiqəsində mükafata layiq görülüb - (Foto)
-
“Qodo həsrətində” adlı tamaşanın məşqləri davam edir - (Foto)
XƏBƏR LENTİ
-
Ronaldu "Ən-Nəsr"dən gedir
-
Gəncə Dövlət Filarmoniyası Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalında silsilə konsertlərlə çıxış edəcək
-
Bəhlul Mustafazadə yenidən əməliyyat olundu
-
Sabunçu və Xətaidə qaz kəsiləcək
-
ADMİU-nun I kurs tələbələrini aşağılayan şəxs barədə qərar verildi - Yenilənib
-
Gəlin toyda suyun içindən keçdi - (Video)
-
Qafqaz Albaniyasının xristian irsinin izləri Qarabağda və Azərbaycanın digər bölgələrində görünür - Hikmət Hacıyev
-
Xankəndi İncəsənət Məktəbi fəaliyyətə başlayacaq
-
Ölüm hədəsi ilə üzləşən qapıçı 6 qol buraxdı
-
Şəhərətrafı qatar reyslərinin sayı 100-ə çatdırılır
-
Seyyid Yəhya Bakuviyə həsr olunmuş konfransın iştirakçıları Şuşa şəhəri ilə tanış olublar - Yenilənib (Foto)
-
MEMİM bu il də “Sənət inciləri” layihəsi ilə Üzeyir Hacıbəyli festivalına töhfə verəcək
-
Tələbələr üçün gediş haqqı daha ucuz olacaq
-
Azərbaycanlı futbolçunu öldürən erməni Rusiyada həbs olundu - (Foto)
-
Prezident İlham Əliyevin “Qobustan” Günəş Elektrik Stansiyasının açılışından maraqlı görüntüləri - (Video)
-
Masazırda şagirdlər zirzəmidə dərs keçib? - Açıqlama - (Video)
-
ABŞ və husilər Omanda gizli görüş keçirdi - Detallar
-
Türkiyəli iş adamının olduğu təyyarə dağa çırpıldı
-
Azərbaycanda 70 qurum akkreditasiya edildi
-
Badamdarda yaşayış binasında partlayış: Xəsarət alan var
-
"Beşiktaş"da ciddi itki
-
Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
-
Narkotik aşkarlanan yük maşınları müsadirə olunsun - Təklif
-
Kanada Aİ-yə qoşula bilər?





