CineMastercard kinoteatrında “Qarğa” mistik trillerin premyeradan öncə nümayişi baş tutub - VİDEO - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Amburan Mall" ticarət mərkəzində (Bilgəh qəsəbəsi) yerləşən "CineMastercard" premium kinoteatrında açıq səma altında "Qarğa" (The Crow) Amerika qotik filminin premyeradan öncə nümayişi baş tutdu. Film Ceyms O'Barrın qrafik romanı əsasında çəkilib.
Erik Dreyven və onun sevgilisi Şelli Vebsterin əsas rollarını Bill Skarsqard və FKA Tviqs ifa ediblər. Bill tamaşaçılara "O", "Doqquz gün", "Con Uik 4" filmlərindəki rollarından tanışdır. FKA Tviqs (Taliya Debrett Barnett) daha çox müğənni, bəstəkar və rəqqas kimi tanınır. Personajlar müasir, dinamik, müxtəlif yaradıcı maraqlara malikdir və maraqlı retro dizayn elementləri ilə proqressiv cəmiyyətdə yaşayırlar. Bill Skarsqard əlavə edir ki, QARĞA tamaşaçılara unikal təcrübə təqdim edir.
"Emosional, qaranlıq, sərt, romantik və çox hərəkətlidir".
Rejissor Rupert Sandersin dediyinə görə, əvvəlki film yalnız qisas üzərində cəmlənmişdi. Yeni "Qarğa" filmində isə izləyicilər sevgi hekayəsini görəcəklər. "Mən istəyirdim ki, tamaşaçılar onların hisslərinə inansınlar, bu sevgi ondan alınan zaman Erikin ağrısını hiss etsinlər". "QARĞA" iki film birləşməsidir: qisas haqqında triller və melodram."
Hekayənin mərkəzində Erik Dreyven adlı musiqiçidir. O, sevimli Şellini qorumaq üçün özünü qurban verməlidir. Lakin Erikin fədakarlığı boşa çıxır - Şelli həyatından məhrum olunur.
Faciədən bir il sonra dirilər və ölülər dünyası arasında qalan Erik axirətdən qayıdır. İndi o, tanrının gücünə sahib olan Qarğadır. Qəhrəman cinayətkarları tapmaq, onlardan amansız qisas almaq və ədaləti bərpa etmək üçün dirilər dünyasına qayıdır.
Premyeradan öncə nümayişə şou-biznes ulduzları, tanınmış jurnalistlər, blogerlər və iri təşkilatların sahibkarları dəvət olunub.
"The Voice of Azerbaijan" layihəsində iştirak edən müğənni Aliyə orijinal və özünəməxsus ifa tərzi ilə tamaşaçıları valeh edib.
Əsas hadisə isə "Show1Baku" qrupunun qotika üslubunda rəqsi idi. Atəş şousunun valehedici elementləri ilə qaranlıq obrazlar bir-birinə qarışaraq vahid tamaşaya çevrildi.
Tədbir filmin nümayişi ilə başa çatıb.
"CineMastercard" hər zaman sizə xoş sürprizlər etmək və kino dünyasında olan ən son premyeralarla sevindirməyə hazırdır.
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Filarmoniyada Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103 illiyinə həsr olunmuş möhtəşəm konsert proqramı təqdim olundu - FOTO
-
Azərbaycan Milli İncəsənət Muzeyində Ümummilli Lider Heydər Əliyev və görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın xatirəsinə həsr olunmuş memorial zalın açılış mərasimi keçirilib - FOTO
-
Arif Babayevin qəbrinə yazılmış söz aranı qatdı – Gerçək BİLİNDİ - FOTO
-
Bakı iki gün ərzində incəsənət və yaradıcılıq mərkəzinə çevrildi - FOTO
-
“Musiqili Nağıl Saatı” adlı proqram təqdim olunub - FOTO
-
Azərbaycan–Serbiya: mədəniyyət körpüsü - FOTO
XƏBƏR LENTİ
-
Yersiz danışan 4 bürc: Harada nə danışacağını bilmirlər
-
Toyuqlar niyə uça bilmir?
-
Kamalpaşa şirniyyatı resepti
-
Bunu evinizə qoyun, qoxusundan məst olacaqsınız
-
Gecə yatmazdan əvvəl nə içmək mədəyə faydalıdır?
-
"Qanlı dərə"də meyiti tapılan Rəhimin FOTOSU
-
Sumağın bilmədiyimiz 20 möcüzəvi FAYDASI
-
Tanınmış müğənni kövrəldi - "Qədrimi bilməmişəm"
-
Mühəndislik sərhədlərini aşan yol: Yerdən tam 70 metr hündürlükdə asılı qalıb
-
İki paytaxtı bir-birinə bağlayan qatar on ildən sonra geri qayıdır
-
Tramp Çinə yola düşüb
-
Günün qoroskopu: Pul məsələlərində isə uzunmüddətli planlama vacibdir
-
Klaviaturadakı sirli düymə: "Pause Break" nə işə yarayır?
-
Yunan adalarındakı evlər sən demə bu səbəbdən mavi rəngdə imiş
-
Lada Niva geri qayıdır: Yeni dizaynı ilə valeh etdi - FOTO
-
Rəqsanə estetik əməliyyatdan sonra tanınmaz halda - FOTO
-
Pendirləri məhv edən 12 saxlama xətası
-
Azərbaycan Yaxın Şərqdə sabitlik modeli kimi fərqlənir - Rufiz Hafizoğlu
-
Slovakiya Milli Şurasının sədri Azərbaycana gəlib - FOTO
-
Bakıda nəqliyyat inqilabı: Metro, avtobus və taksi vahid mərkəzdən idarə olunacaq
-
Şuşaya giriş və çıxış istiqamətləri dəyişdirilir
-
Əli Kəriminin əmlakları müsadirə edildi
-
Vado Karovinin kürəkəni də Space TV-dən yola salındı - FOTO
-
“Mən yaxşıyam” - FOTO





