Bethovenin 9-cu simfoniyası uzun fasilədən sonra yenidən səsləndi - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının Simfonik Orkestri və Xoru
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında böyük uğura imza atdı.
Orkestrin baş dirijoru, Azərbaycan Respublikasının Əməkdar artisti Əyyub Quliyevin dirijorluğu
ilə dahi alman bəstəkarı Lüdviq van Bethovenin 9-cu simfoniyası uzun fasilədən sonra yenidən
2024-cü il bu ölməz əsərin bütün dünyada ən nüfuzlu orkestrlərin ifasında səsləndiyi bir il kimi
yadda qalacaq. Çünki əsər ilk dəfə 200 il əvvəl (1824) məhz may ayında bəstəkarın özünün
dirijorluğu ilə Vyanada ifa olunub. Bu səbəbdən 2024-cü il 9-cu simfoniyanın premyerasının
yubiley ili kimi bütün musiqi ictimaiyyəti üçün əlamətdardır.
Bu əsər L.Beethovenin həyatının elə illərində yazılıb ki, (1822-1824) bəstəkar təbiətdə və
kainatdakı bütün səslərdən məhrum olmuşdu və sadəcə öz daxili dünyasındakı musiqini
eşidirdi. Bütün həyatını, sağlamlığını həsr etdiyi ümumbəşəri musiqini...
Bu klassik dörd hissəli simfoniya, eyni zamanda bəstəkarın son simfoniyası bir xüsusiyyəti ilə
musiqi tarixində yeni bir yol açır. Dahi Beethoven ilk dəfə simfoniyaya insan səsi, yəni xor əlavə
edir. Hələ gənclik illərindən yaradıcılığına, xüsusilə də poeziyasına heyran olduğu F.Şillerin
"Sevincə doğru" şeirini öz kosmik musiqisi ilə simfoniyanın sonuncu hissəsinə "hörür"...
"İki dahi insanın yaradıcılığından bir parça olan bu əsərə Opera və Balet Teatrının kollektivinin
müraciət etməsi və geniş ictimaiyyət qarşısında səsləndirməsi böyük cəsarətdir deyilmi?!
Konsert öncəsi ifaçıların, solistlərin, xorun həyəcanı, böyük məsuliyyət və ciddiyyətlə öz
partiyalarına diqqət yetirmələri də göstərirdi ki, onlar bu günün konsertdən daha çox bir hadisə
olduğunun fərqindədir. Onlar bilirdi ki, bir neçə dəqiqə sonra maestro əlini havaya qaldıracaq və
bütün kainat bir saatlıq susacaq, bəşəriyyətin möhtəşəm himninə təslim olacaq", - müsiqişunaş
Şəfəqət Məmmədova.
Alqışlar, dinləyicilərin emosional səs-küyü fasiləsiz, coşğun idi. Axı Beethoven, Şiller və bu son
dərəcə keyfiyyətli, məharətli ifa onları sevgiyə, sevincə, qardaşlığa, dostluğa və birliyə
Bu konsert həm də Respublika Gününə həsr olunması ilə əlamətdar, xüsusi bir məna
qazanmışdı. Bu tarixi gün münasibətilə bu tarixi əsərin səslənməsi Azərbaycan Dövlət
Akademik Opera və Balet Teatrının rəhbərliyinin və kollektivinin möhtərəm addımı kimi
qiymətləndirilməlidir.
Şübhəsiz ki, bütün cəsarətli addımların arxasında peşəkar komanda işi dayanır. Bu uğurlu və
unudulmaz ifa üçün oradakı dinləyicilər, ümumiyyətlə, musiqi ictimaiyyəti Azərbaycan Dövlət
Akademik Opera və Balet Teatrının Simfonik Orkestri və Xoruna, xormeyster, Azərbaycan
Respublikasının Əməkdar İncəsənət xadimi Sevil Hacıyevaya, solistlərə- Faitmə Cəfərzadə
(soprano), Elmina Həsənova (mezzo-soprano), Əliəhməd İbrahimov (tenor), Anton Ferştand
(bariton) və dirijor kürsüsündə bir saata yaxın bu təkrarsız ifanın memarı olan Əməkdar artist
Əyyub Quliyevə minnətdarlıq borcludur.
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Milli Dram Teatrında 154-cü teatr mövsümünün təntənəli açılış mərasimi keçirilib - (Foto)
-
Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrı “Belaya Veja” festivalında “Kontrabas”la çıxış edəcək - (Foto)
-
Akademik Musiqili Teatrında Mobil Əhmədovun 95 illiyinə həsrolunmuş konsert keçirilib - (Foto)
-
Zöhrab Zeynallı vəfat edib - (Foto)
-
“Bu, sənin anşlaqındır...” – Bakıda səhnə ustası, Xalq artisti Aleksandr Şarovski ilə vida mərasimi keçirilib - (Foto)
-
“Qız qalası” yenidən səhnəyə qayıdır! - (Foto)
XƏBƏR LENTİ
-
Qəhvəsini şəkərsiz və sütsüz içənlərin ortaq xüsusiyyəti var imiş
-
Həmin obraz Savaş Özdemirə verilmişdi - Etirazlardan sonra dəyişiklik
-
Yeni yaradılacaq "rəqabət xəritəsi"nin məqsədi nədir? - (Video)
-
Günün qoroskopu: İntuisiyanız məntiqinizi üstələyəcək
-
Elşad Xose haqqında yayılan xəbərlərdən sonra ilk dəfə - (Video)
-
Futbolda yeni cəza: "Qara kart" göstəriləcək
-
80 yaşında olması inanılmazdır - (Video)
-
“Qalatasaray”da ilk ayrılıq: Okan Buruk qərarını verdi
-
Əsa ilə görüntülənən Cem Yılmazdan iddialara cavab - (Video)
-
Cüdoçumuz Narek Vardanyanı məğlub edərək qızıl medal qazandı - (Video)
-
“Dedilər, 240 kiloya davamlıdır, ikisinin çəkisi o qədər olardı” - Coşqunun dayısı - (Video)
-
40 min azalma: siniflər boşalır, müəllimlər ixtisar olunur
-
Paşinyan Göyçə gölündə çimdi - Video
-
Qusarda kəsici alətlə ictimai qaydanı pozan şəxs saxlanılıb
-
Vüsal Aslanovdan yüksək vəzifəyə təyinat - (Foto)
-
"Sumqayıt" - "Şamaxı" matçında heç-heçə, "Kəpəz"dən qələbə
-
"Anamın cəsədini qucaqlayıb, ayrıla bilmirdim" - İntiqam Kərimov
-
İran və Oman Hörmüz boğazında razılığa gəldi
-
Sinoptikdən anomal isti qış xəbərdarlığı
-
Kəlbəcərdə növbəti Bal Festivalı keçirilib - (Foto)
-
“Bizdə oriental oynaya bilmirlər, bədənləri silikonla doludur” - Elza Seyidcahan
-
İngiltərə Premyer Liqasında "Liverpul" və "Çelsi" xal itirib
-
“İstəyirəm gəlin evdə otursun, gözümün qabağında olsun“ - Könül Kərimova
-
Qubada ağır qəza - üç nəfər xəsarət alıb - (Foto)





