Cəmiyyət

“Bakı Metropoliteni”ndə departament rəisi vəzifəsindən azad edildi - FOTO

17 Oktyabr 2025 16:31
Baxış: 704
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

"Bakı Metropoliteni" QSC-nin Ətraf mühit, sağlamlıq və təhlükəsizlik departamentinin rəisi vəzifəsindən azad edilib.

Milli.Az qaynarinfo-ya istinadən xəbər verir ki, QSC-nin sədri Vüsal Aslanovun əmri ilə departamentin rəisi Aqil Allahverdiyev tutduğu vəzifəsindən azad olunub.

QSC-dən bildirilib ki, o, karyera yüksəlişini fərqli istiqamətdə davam etdirmək istəyini bildirərək öz ərizəsi ilə işdən ayrılıb.

Xatırladaq ki, A.Allahverdiyev bu ilin aprel ayında sözügedən vəzifəyə təyin edilmişdi.

Qeyd edək ki, son aylar Vüsal Aslanov tərəfindən "Bakı Metropoliteni" QSC-yə təyin olunan vəzifəli şəxslərin kütləvi şəkildə işdən çıxmaları ilə bağlı məlumatlar yayılır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.