Yeganə Axundova Talinn şəhərində konsert proqramı ilə çıxış edib - FOTOlar
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycan Respublikasının Xalq artisti, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının prorektoru, professor Yeganə Axundova 18 may 2024cü il tarixində Estoniyanın Talinn şəhərində konsert proqramı ilə çıxış edib.
Estoniya musiqi və Teatr Akademiyasının böyük zalında baş tutan konsertdə Yeganə Axundova ilə birgə Estoniyanın tanınmış musiqiçiləri, Akademiyanın professorları Henri David Varema, Arvo Leibur, Toomas Vavilov və Azərbaycanlı musiqiçi Humay Hacızadə də iştirak etmişlər. Konsertdə Azərbaycanın Estoniyadakı Səfiri Anar Məhərrəmov, Estoniya musiqi və teatr Akademiyasının rektoru, professor İvari İlya, Estoniya və Azərbaycan Diasporasının sədri Niyazi Hacıyev, Estoniyalı və Azərbaycanlı dinləyicilər konsertdə iştirak ediblər.
Konsert proqramında İ.Brahms, Q.Mahler, Eston bəstəkarı E.Magi və Azərbaycan bəstəkarları Ü.Hacıbəyli, F.Əmirovun əsərləri yer almışdır. Yeganə Axundova Fikrət Əmirovun piano üçün "12 miniatür" silsiləsini video görüntülərin nümayişinin müşayiəti ilə ifa edərkən dinləyicilərə təqdim etmişdir. Konsert bütün dinləyicilərin böyük rəğbəti və alqışları ilə başa çatmışdır. Pianoçu, professor Yeganə Axundova ərsəyə gətirdiyi Fikrət Əmirovun fortepiano əsərləri toplusundan ibarət və Grammy mükafatının BEST CLASSICAL COMPENDIUM kategoriyasında longlistə daxil olmuş diskini Estoniya Musiqi və Teatr Akademiyasına hədiyyə etmişdir.
Bundan əlavə Yeganə Axundova beynəlxalq layihə olan Erasmus+ proqramı ilə işçi müqaviləsi çərçivəsində Talinn şəhərində Estoniya musiqi və teatr Akademiyasının piano fakültəsinin tələbələrinə ustadlıq dərsi vermişdir.
Yeganə Axundova dərs prossesi zamanı tələbələrlə tanışlıq söhbətləri apararaq, onlara piano sənətinin incəliklərini, ustadlıq sirlərini anlatmış, məsləhətlər vermişdir. Ustadlıq dərsi zamanı professor Yeganə Axundova həmçinin tələbələr üçün ifalar etmişdir və seçilmiş əsərlərin üzərində nümunələr göstərmişdir. O Azərbaycan piano məktəbi haqqında ətraflı danışaraq, Estoniya Akademiyasının tələbələrini Azərbaycan musiqi mədəniyyəti haqqında məlumatlandırmışdır.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Bakıda SALAM Beynəlxalq Kino Festivalının ikinci günü: çəkilişlər və səmimi söhbət - (Foto)
-
Bakıda yubiley “ SALAM ” Beynəlxalq YeniyetməFilm Festivalının açılışı olub - (Foto)
-
Bakı “Fly to Baku. Art Weekend. Sense the Future NOW” festivalına ev sahibliyi edəcək
-
Xalq artisti Şükufə Yusupova ilə bağlı son vəziyyət
-
Nazirlik Tofiq Bakıxanovun vəfatı ilə bağlı nekroloq yaydı
-
Hikmət Mustafayevə yüksək vəzifə verildi
XƏBƏR LENTİ
-
Rusiyanın ən varlı sənətçisi Sergey Jukovdur
-
“Savoring” nədir? Xoşbəxt anların daha uzun sürməsini təmin edən psixoloji bacarıq
-
ABŞ polisi səhvən 22 yaşlı tələbəni güllələdi - (Foto)
-
Bakının bəzi yerləri işıqsız qalacaq - Yenilənib
-
Zelenski Ukraynaya dəstəyə görə Azərbaycana təşəkkür edib
-
"Qalatasaray"dan 45 milyon avroluq transfer gəlir (Foto)
-
Günün qoroskopu: Şəxsi münasibətlərdə səbirli olmağınız vacibdir
-
Ali məktəbə qəbul olan ən yaşlı tələbə: Ən çox nəvələri sevindi - (Video)
-
Aidə Əliyevaya AFFA-da vəzifə verildi
-
Yanan maşını yanacaqdoldurma məntəqəsindən belə uzaqlaşdırdı - (Video)
-
"Kurtlar Vadisi"nin aktyoru vəfat etdi - (Foto)
-
Raheem Sterlinq ikiillik həbs edilə bilər
-
Yevlaxda balıqçı itkin düşüb
-
Nepalda daşqınlarda ölənlərin sayı 157-yə çatıb
-
Çempionlar Liqasının püşkatmasında yeni qayda
-
Azərbaycan Prezidenti xəbərdarlıq etmişdi: indi tarix Köçəryanla Sarkisyanın qapısını döyür
-
“Tezliklə İrana qarşı böyük qələbə əldə edəcəyik” - Tramp
-
Luis Enrike ulduz futbolçunu cəzalandırıb
-
Xətai rayonundakı küçə iki gün bağlı olacaq
-
Dani Bolt Medinanın komanda yoldaşı olacaq
-
Restoran üslubunda "İmam bayıldı" resepti
-
Azərbaycanın “Sabah” futbol klubu Prezident İlham Əliyevə təşəkkür edib
-
Aktyor Tim Karri vəfat edib
-
“WhatsApp”dan təhlükəsizliklə bağlı yenilik





