Həmid Vəkilovun 75 illik yubileyinə həsr olunan tədbir keçirilib - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Beynəlxalq Muğam Mərkəzində tarzən, Əməkdar artist, Azərbaycan Milli Konservatoriyasının professoru Həmid Vəkilovun 75 illik yubileyinə həsr olunan tədbir keçirilib.
Gecədə çıxış edən Beynəlxalq Muğam Mərkəzinin direktoru, Əməkdar artist Sahib Paşazadə, Xalq artistləri Vamiq Məmmədəliyev, Ağaverdi Paşayev sənətkarın həyat və yaradıcılığından, musiqi mədəniyyətimizin inkişafındakı xidmətlərindən söz açıblar. Bildirilib ki, tar ifaçılığında ənənə və novatorluqdan bəhs edilərkən Həmid Vəkilovun adı xüsusi hörmətlə yad edilir. Bu gün bir çox tarzənlər onun ifaçılıq xüsusiyyətlərindən bəhrələnir, sənətdə qoyduğu yolu davam etdirirlər. Əməkdar mədəniyyət işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Səadət Təhmirazqızı novator tarzənin həyatından bəhs edən filmin müəllifi kimi onu bir musiqişünas, pedaqoq, ifaçı, bəstəkar kimi fəaliyyətindən danışdı. Bildirdi ki, müasir dövrümüzdə tar aləti ifaçılıq sənətimizdə böyük əhəmiyyət kəsb edir. Bu baxımdan Həmid Vəkilov sənətkarlığı, ifaçılıq mədəniyyəti də gələcək nəsillərə ötürülərək əbədi yaşayacaq.
Tədbirin bədii hissəsində görkəmli tarzənlər Həmid Vəkilovun müəllifi olduğu əsərləri səsləndiriblər.
Gecədə həmçinin Beynəlxalq Muğam Mərkəzi tərəfindən Həmid Vəkilovun "Tar və simfonik orkestr üçün Konsert №2 "( tar və fortepiano üçün klavir) əsərinin çap edilmiş not variantı da təqdim edilib və gecənin sonunda Həmid Vəkilovun tarzən, Əməkdar artist Sahib Paşazadəyə həsr etdiyi adıçəkilən əsərin 2 və 3-cü hissələrinin ilk ifa videolenti nümayiş olunub.
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
II Opera Günləri layihəsinin açılış mərasimi keçirildi Video - Foto
-
“Balabanın sehrində” adlı milli musiqi gecəsi keçirilib - FOTO
-
Xalq Çalğı Alətləri Orkestrinin 28 May – Müstəqillik Gününə həsr olunmuş konserti olub - FOTO
-
“25 il işlədim, artıq BƏSDİR”
-
Ülviyyə Həmzəyeva yenə SƏDR OLDU
-
Tanınmış aktrisa vəfat etdi
XƏBƏR LENTİ
-
Putin Ermənistana xəbərdarlıq etdi
-
Külək paytaxtda fəsadlara səbəb oldu - FOTO
-
Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yoluna ağac aşdı
-
Dünyanın ən bahalı futbol klublarının reytinqi açıqlandı
-
Azərbaycanda məktəb direktoru vəfat edib
-
Küləyin sürəti güclənib, bəzi rayonlara dolu düşüb - FAKTİKİ HAVA
-
Türkiyədə 110 nəfəri daşıyan tur gəmisi batdı
-
Milyonlarla izləyicisi olan iti oğurlayıb yedilər
-
“Uzak Şehir”in ulduzları arasında gizli münasibət ortaya çıxdı
-
Instagrama pullu abunəlik Rusiyada ekstremistlik sayılacaq
-
Mingəçevirdə külək ağacları aşırdı, yollar bağlandı
-
Ukraynada azərbaycanlı meri bıçaqlayan TUTULDU
-
Tramp İrandan tələblərini açıqladı
-
ÇL-in finalı olan şəhərdə Nərimanın forması sərgiləndi - FOTO
-
341 il sonra tarixi qərar – insanı mal hesab edən qanun ləğv olundu
-
COVID-19-dan ölənlərin sayı 7 milyonu keçdi
-
"Başqa mahnı olsaydı, finala keçərdik"
-
Avropa çempionatı: Azərbaycan millisi növbəti mərhələyə adladı
-
"Karvan-Yevlax" baş məşqçisi ilə yollarını ayırdı
-
Sabahın havası onlarda narahatlıq yarada bilər
-
"Bivəfa" ilk dəfə mənə təklif edildi, istəmədim"
-
“Barselona”nın 2 həftə vaxtı qaldı
-
Yol polisindən hava şəraiti ilə bağlı SÜRÜCÜLƏRƏ MÜRACİƏT
-
Ali Avrasiya İqtisadi Şurasının iclasında Ermənistanla bağlı bəyanat qəbul edilib





