Mədəniyyət

“ÜMİD 2024” incəsənət müsabiqəsi baş tutdu - FOTO

16 Yanvar 2024 16:16
Baxış: 1 015
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

"Azərbaycan Gənclər İttifaqı" və "Azərbaycan Rəqs Asossasiyası"nın birgə təşkilatçılığı ilə "Ümid 2024" İncəsənət müsabiqəsi keçirilib. Müsabiqə 2 gün olmaqla 13-14 yanvar tarixlərində Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında baş tutub.

Yeni ilə yeni ümidlərlə başlamaq, gənc istedadları üzə çıxarmaq məqsədilə artıq 8 ildir ki, təşkil olunan "Ümid" İncəsənət müsabiqəsinin bu ilki yarışmasına həm paytaxt şəhərimiz Bakıdan, həm də respublikamızın digər regionlarından minlərlə istedadlı uşaq və gənclər qatılıb. Onlar uyğun yaş qruplarına bölünərək incəsənətin müxtəlif növləri(xalq çalğı alətləri, klassik alətlər, vokal, rəqs, təsviri sənət) üzrə öz performanslarını nümayiş etdiriblər.

Bütün çıxışlar ölkəmizin dəyərli, əməkdar və incəsənət xadimlərindən ibarət olan münsiflər heyəti tərəfindən qiymətləndirilib.

Vokal və akademik alətlər üzrə münsiflər:

Arzu Rzayeva- Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının "Fortepiano" fakültəsinin dosenti

Nuridə Axundzadə- Qabaqcıl təhsil işçisi, İncəsənət Gimnaziyasının vokal müəllimi

Rauf Musayev- Bakı Musiqi Akademiyasının məzunu, 30 illik təcrübəyə malik prodüser

Fortepiano üzrə münsiflər:

Aydan Vəzirova- Azərbaycan Dövlər Mədəniyyət və İncəsənət Universitetinin "İfaçılıq" kafedrasının müəllimi

Sevda Ağayeva- İncəsənət Gimnaziyasının "Fortepiano" şöbəsinin müəllimi

Arzu Rzayeva- Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının "Fortepiano" fakültəsinin dosenti

Xalq çalğı alətləri üzrə münsiflər:

Məhərrəm Məmmədov- Azərbaycan Milli Konservatoriyasının baş müəllimi

Mübariz Əliyev- Azərbaycan Milli Konservatoriyasının dosenti

Vüqar Musalı- İncəsənət Gimnaziyasının müəllimi, "Muğam-Televiziya" müsabiqəsinin qalibi

Rəqs üzrə münsiflər:

Ülviyyə Həsənova- Azərbaycan Rəqs Asosassiyasının vitse-prezidenti, Bakı Xoreoqrafiya Akademiyasının müəllimi

Əziz Əzizov- Azərbaycan Rəqs Assosasiyasının prezidenti, Azərbaycan Gənclər İttifaqının "İncəsənət" şöbəsinin müdiri

Tahir Eynullayev- Azərbaycan Milli Konservatoriyasının "Xoreoqrafiya" şöbəsinin müdiri.

Qaliblər isə "Azərbaycan Gənclər İttifaqı"nın gənc sədri Zakir Əliyev tərəfindən mükafatlandırılıb.

2 günlük irimiqyaslı müsabiqənin sonunda "Azərbaycan Rəqs Asossasiyası"nın prezidenti Əziz Əzizov bildirib: " Bu festival uşaqlarda mədəniyyətin müxtəlif sahələrinə maraq oyadılması, yaradıcılıq qabiliyyətlərinin inkişaf etdirilməsi, yeni istedadların üzə çıxarılması və dəstəklənməsinə xidmət edir. Biz uşaq və gənclərimizin incəsənətlə iç-içə olmasına vasitəçilik etdiyimiz üçün çox şadıq". Eyni zamanda, Əziz Əzizov çıxışlarına görə bütün iştirakçılara, bədii rəhbərlərə və ədalətli seçimlərinə görə dəyərli münsiflər heyətinə öz təşəkkürünü bildirib.

Qeyd etmək lazımdır ki, müsabiqədə xüsusilə fərqlənən iştirakçılar "GRAND PRİX" adına layiq görülüblər:

Atilla Quliyev (incəsənət növü: fortepiano, yaş kateqoriyası: uşaq 2)

Amin Həsənli (incəsənət növü: saz, yaş kateqoriyası:böyüklər)

Yusif Sadiqli (incəsənət növü:saz, yaş kateqoriyası: yunior 1)

Müşfiq İbrahimzadə, Tariyel Həsənli, Paşa Əsgərli (incəsənət növü:tar, yaş kateqoriyası: qarışıq yaşlar)

Məhəmməd Əlizadə (incəsənət növü:tar, yaş kateqoriyası: böyüklər)

Famil Məmmədli (incəsənət növü:qarmon, yaş kateqoriyası: yunior 2)

Kövsər Qəhrəmanova (incəsənət növü:qarmon, yaş kateqoriyası: yunior 3)

Rəfiqə Tağızadə (incəsənət növü: Bollywood rəqsi, yaş kateqoriyası: yunior 3)

İnformasiya dəstəyi -  Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.