Mədəniyyət

Rəşid Behbudovun xatirəsinə həsr olunmuş konsert proqramı keçiriləcək - FOTO

5 Dekabr 2023 16:41
Baxış: 2 010
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Gəncə Dövlət Filarmoniyasında Rəşid Behbudovun xatirəsinə həsr olunmuş konsert proqramı keçiriləcək.

14 dekabr Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında Azərbaycanın əvəzolunmaz müğənnisi, SSRİ Xalq artisti, SSRİ və Azərbaycan SSR Dövlət Mükafatları laureatı, Sosialist Əməyi Qəhrəmanı, Azərbaycan və Dağıstan MSSR-ın Xalq artisti, Gürcüstan SSR-ın Əməkdar incəsənət xadimi Rəşid Behbudovun anadan olmasının 109 illiyi münasibəti ilə konsert proqramı təşkil olunacaq. Konsertdə Rəşid Behbudovun repertuarından mahnılar səsləndiriləcək. Tədbirdə Filarmoniyanın musiqiçiləri, solistləri ilə yanaşı Bakıdan da incəsənət nümayəndələrinin iştirakı nəzərdə tutulur. Qeyd edək ki, konsert Gəncə Dövlət Filarmoniyasında 19:00 da baş tutacaq.

İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.