Kriminal

Orta məktəbdə bıçaqlanma - Yaralı var

9 May 2025 13:18
Baxış: 777
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Naxçıvanda orta məktəb şagirdləri arasında bıçaqlanma hadisəsi baş verib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, hadisə Babək rayonu, Məmmədrza-Dizə kənd tam orta məktəbində qeydə alınıb.

Məktəbin 11-ci sinif şagirdi Amin Ağayev sinif yoldaşı Sərxan Hacıyevlə dalaşıb. Hadisə nəticəsində S.Hacıyev yumruqla A.Ağayevi gözündən vurub. Hadisədən bir gün sonra A.Ağayevin həmin orta məktəbdə işləyən anası S.Hacıyevə irad bildirib. S.Hacıyev isə A.Ağayevin anasına ağır cavab qaytarıb. Bunu görən A.Ağayev üzərində gəzdirdiyi bıçaqla sinif yoldaşına iki zərbə endirib.

Faktla bağlı cinayət işi başlanıb və iş məhkəməyə göndərilib.

Məhkəmənin hökmü ilə A.Ağayev 3 il 6 ay azadlıqdan məhrum edilib. A.Ağayev cəzasını uşaq tərbiyə müəssisəsində çəkəcək.

Milli.Az

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.