Siyasət

Delimitasiya prosesi ilə bağlı təmaslar davam edəcək - Ceyhun Bayramov

10 May 2025 12:20
Baxış: 324

Delimitasiyası prosesi ilə bağlı təmaslar davam edəcək.

Trend xəbər verir ki, bunu bu gün Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Ümummilli Lider Heydər Əliyevin 102 illiyi ilə bağlı Fəxri xiyabanı ziyarət edərkən jurnalistlərə açıqlamasında deyib.

"Mart ayında sülh sazişi mətni üzrə danışıqlar yekunlaşıb. Lakin hazırda Ermənistan tərəfindən Azərbaycan tərəfinin bəlli bir gözləntiləri var.

Bu gözləntilər Ermənistan Konstitusiyasından Azərbaycana qarşı ərazi iddialarının çıxarılması, eləcə də, Minsk Qrupunun buraxılmasıdır.

Delimitasiya prosesi ilə bağlı artıq bir neçə təmaslar olub. Bu proses davam edəcək".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.