Mədəniyyət

14-cü Bakı Beynəlxalq Qısa Filmlər Festivalı başlayır

9 Noyabr 2023 21:11
Baxış: 848
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Noyabrın 10-da 14-cü Bakı Beynəlxalq Qısa Filmlər Festivalının açılış mərasimi keçiriləcək.

Milli.Az axşam.az-a istinadən bildirir ki, Gənc Kinematoqrafçılar Mərkəzinin təsis etdiyi festivalın rəsmi tərəfdaşı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Kino Agentliyidir.

Mərasimdə Mədəniyyət Nazirliyinin rəsmiləri, xarici ölkələrin Azərbaycandakı səfirliklərinin nümayəndələri, festivalın beynəlxalq tərkibli münsiflər heyətinin üzvləri, həmçinin ölkəmizin mədəniyyət və incəsənət xadimləri iştirak edəcək.

Bu il festivala 78 ölkədən 704 film göndərilib. Kino mütəxəssislərindən ibarət Seçim Komissiyası bu filmlər arasından Beynəlxalq, "Asiya istedadları" və Yerli müsabiqədə yarışan ekran əsərlərini müəyyənləşdiriblər.

Beləki, Beynəlxalq müsabiqədə 32 ölkəni təmsil edən 42 film, "Asiya istedadları"nda 17 film, Yerli müsabiqədə isə 26 film festivalın əsas mükafatı olan "Qızıl Nar" uğrunda mübarizəyə qoşulur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.