Mədəniyyət

Şuşanın Pənahəli xan küçəsində duyğulu anlar... - VİDEO

8 Avqust 2023 17:44
Baxış: 1 785
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Xəbər verdiyimiz kimi, Qarabağ xanlığının qurucusu Pənahəli xanın nəslinin İspaniyada yaşayan nümayəndəsi Qulam Əkbərov ailəsi ilə birlikdə ölkəmizin mədəniyyət paytaxtı Şuşa şəhərinə səfər edib.

Milli.Az qafqazinfoya istinadən xəbər verir ki, Diasporla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə baş tutan səfər zamanı Əkbərovlar ailəsinin üzvləri öncə ulu babalarının sarayının qalıqlarını və onun adını daşıyan küçəni ziyarət ediblər.

Ziyarət zamanı duyğulu anlar yaşanıb. Əkbərovlar hisslərini Diaspor TV-nin "Vətən uzaqda deyil" proqramı ilə bölüşüblər.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.