Mədəniyyət

“Bundan o yanası yoxdur”: Aftandil İsrafilovun qızı

18 Aprel 2023 20:00
Baxış: 1 745
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Aftandil İsrafilovun vəziyyəti ağır olaraq qalır. Hələ də reanimasiyadadır. Bundan o yanası yoxdur".

Milli.Az xəbər verir ki, bu sözləri lent.az-a qarmon ustası, Xalq artisti Aftandil İsrafilovun qızı Həcər İsrafilova bildirib.

Onun sözlərinə görə, məşhur qarmon ustası ürək çatışmazlığından əziyyət çəkir, ayaqlarına, ciyərlərinə su yığılıb. Təzyiqi həddən artıq çoxdur. Böyrəkləri, demək olar işləmir. Hər şey pisdir. Hazırda reanimasiyadadır. Həkimlər əllərindən  gələni edir",- deyə o bildirib.

Həcər xanımın sözlərinə görə, Mədəniyyət nazirliyindən zəng vurub Aftandil İsrafilovun  səhhəti ilə maraqlanırlar.

Qeyd edək ki, kəskin plevritdən (ağciyərə su yığılması) əziyyət çəkən 81 yaşlı qarmon ifaçısı Aftandil İsrafilov noyabrın əvvəlində və dekabr ayında da xəstəxanaya aparılmış, daha sonra səhhəti normallaşmışdı. O uzun müddətdir xəstəxanada müalicə alır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.