Mədəniyyət

Şəfiqə Axundova: «Ən böyük səhvim ikinci dəfə ana olmamağımdır»

19 May 2010 10:01
Baxış: 5 964
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"1940-cı ildən musiqi ilə məşğulam. İndi 86 yaşım var, bu gün də mahnı bəstələmk istəyirəm. Amma səhhətim pianinonun arxasına keçməyə imkan vermir. Dünən gecəyarısı yuxum qaçıb, durub gözümü alətə zilləmişəm, onun şirmayi dillərinə toxunmaq istədim. Amma ayaqlarım sözümə baxmadı. Uzun-uzun düşündüm, saatlarla çalışdığım günlər yadıma düşdü. Talehi xatırldadım (oğlu, bəstəkar Talehi nəzərdə tutur. İki il əvvəl dünyasını dəyişib - red.).  O mənim tək övladım yox, dərd ortağım idi. Onsuz tək qalmışam. Yaxşı ki, bacım məni tək qoymur" - du sözləri Milli.Az xəbər portalına müsahibəsində xalq aritsti, Şərqin ilk opera yazan qadın bəstəkarı Şəfiqə Axundova deyib.

Bəstəkarın fikrincə, bu gün onu tək maddi sıxıntılar narahat etmir. Pis-yaxşı özünü dolandırdığını deyən musiqiçi mənəvi sıxıntalırının az rlmadığın dilə gətirdi:

"Bu sənətdə olmaq üçün çox ağı yollar keçmişəm. Ən çətin dərdlərimə belə səbrlə yanaşmışam. Bununla    da mən udmuşam. Nə cür ağır şərait olursa olsun, mahnı bəstələməkdən əl çəkə bilmirəm. Bu müddət əvvəl "Ömürdən bir gün də keçdi" musiqisini bəstələmişəm. Doğum günümə həsr etmişdim. Hərdən qulaq asıb ağlayıram. Qocalıq bir şey deyil. İnsanın beli yerə gəlir. 86 yaşımda yazıb-yaratmaq istəyirəm. Sinəmdə ürəyim döyünür, amma fiziki gücsüzlüyüm buna imkan vermir".

Şəfiqə xanım etiraf edir ki, onun da cavanlıq səhfləri az olmayıb. Yəni, gənc yaşlarında sənətdən iki əllə yapışan, ona çox bağlanan bəstəkar ikinci övladını dünyaya gətirmək istəməyib:

"İndiki gənclərə sənətə çox aludə olmamağı tövsiyə edirəm. Mənim bir neçə övladım ola bilərdi, amma vaxtımı sənətə həsr etdim, bir də ayıldım ki, yaşa dolmuşam, artıq ana olmaq üçün gecdir. Hər şeyi sənətə qurban verməyimə həm təəssüflənirəm, həm də yox. İnsanın özünə "Mən nə üçün yaşayıram?" sualını verməsi çox pisdir. Əgər onun arxada buraxdığı səhfləri varsa... Mənim də həyatda ən böyük səhvim ikinci dəfə ana olmaq istəməməyim oldu. Yeganə övladımı itirəndən sonra bunun acısını dah çox yaşamağa başladım. Amma geri qayıtmaq, həyatı yenidən yaşamaq mümkün deyil. Məni xoşbəxt edən məqam yaradıcılığımdır. Hərdən yaratdıqlarımı qarşıma töküb uzun-uzadı onları seyr edirəm. Düşünürəm ki, bunları xalqım üçün qoyub gedəcəm. İnsanlar məni  bunlarla xatırlayacaqlar. Hərdən musiiqçilərin yaradıcılıq gecələrinə, tədbirlərə getmək istəyirəm. Ayağımdakı probelmlər aradan qalxsa da, yerimək probelmim var".

Ömrünün son günlərini yaşadığın düşünən Şəfiqə xanım gözü qapıda, qulağı səsdə olduğunu bildirir. Sənətkar onun adını tutub qapısını açan hər bir insanın gəlişiniə sevindiyini deyir:

"86 yaş az deyil. Ömrümün son akkordlarındayam. Bunu bilirəm. Bir xoş sözə ehtiyac duyuram. Sağ olsun Rəfiqə bacım, balaları. Məni tək qoymurlar. Onların və həkimlərin diqqəti sayəsində böyük probelmləri geridə qoya bildim.  Amma tələbələrimin biganəliyi məni düşündürür. Mən müəllimimi, Üzeyir bəyi ömrünün son günlərində yalnız buraxmırdım. Vəfatına qədər ona baş çəkdim, unudulmadığını göstərməyə çalışdım. Amma indikilər bizə qarşı soyuqdurlar".

Səhhəti bəstəkarın musiqi gecələrinə qatılmasına imkan verməsə də, o, ekrandan yeni yazılan mahnıları dinləyir və indiki musiqi yaradıcılığından xəbərdardır. Amma bu mövzuda onun fikirlərinin ürəkaçan olmadığını öyrəndik. Şəfiqə xanım deyir ki, mahnı yaradıcılığı kökü bilinməyən yad bir elementlər toplusunu xatırladır:

"Diqqət yetirirəm ki, bəlkə mahnının hansı tərzdə yazıldığını başa düşüm. İnanın bir şey anlaya bilmirəm. Çünki müəllif özü nə yazdığını bilmir. Şou-biznes əgər buna deyirlərsə, bu bizim musiqiyə xələl gətirə bilən addır. Mən şou-biznesin nə olduğun bilmirəm. Bəlkə də, gənclər burada baş çıxara bilirlər, mən bu çevrədə yazılan mahnıları anlaya bilmirəm. Mən Şövkət Ələkbərova, Sara Qədimova, İslam Rzayev, Gülağa Məmmədov kimi sənətkarlarla çalışmışam deyə, bu günkü gənclərə bir qədər savadsız baxıram. Səs insanın ürəyini titrətməlidir. İndiki gənclərin əksəriyyətini dinləyə bilmirəm.  Bir neçə il əvvəl mənə mahnı almaq məqsədi ilə bir çox gənclər ağız açmışdı. Mən ifaçının səsini bəyənməsəm, onlara mahnı verə bilmərəm. Bir çoxunu bu adla yola salmışam. Mahnı bəstələmək xatirinə çalışa bilmərəm. Əgər bəstəm hansısa bir ifaçının səsində itib-batacaqsa, heç üzə çıxmasa yaxşıdır..."

Xədicə
Milli.Az

--------------------------------------------------------------------------------

--------------------------------------------------------------------------------


--------------------------------------------------------------------------------

--------------------------------------------------------------------------------

--------------------------------------------------------------------------------

--------------------------------------------------------------------------------
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.