Maestro Rauf Abdullayevin 85 illiyinə həsr olunmuş yubiley gecəsi keçirilib - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Xalq artisti, Azərbaycan Dövlət Simfonik Orkestrinin bədii rəhbəri və baş dirijoru, "Şöhrət", "Şərəf", "İstiqlal" ordenli, Azərbaycan Respublikasının Dövlət mükafatı və Heydər Əliyev Fondunun "Qızıl çinar" beynəlxalq mükafatının laureatı Rauf Abdullayevin 85 illiyinə həsr olunmuş yubiley gecəsi keçirilmişdir.
Gecədə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri Əməkdar artist Fuad İbrahimov və Mustafa Mehmandarovun rəhbərliyi altında çıxış etmişdir.
Rauf Abdullayevin yaradıcılığı haqqında Azərbaycan Respublikasının Əməkdar İncəsənət Xadimi , professor Lalə Hüseynova dinləyicilərə geniş məlumat vermişdir. Dünyanın müxtəlif ölkələrindən olan görkəmli incəsənət xadimlərinin təbrikləri video çarx şəklində gecədə təqdim olunmuşdur.
Daha sonra tədbirdə Azərbaycan Dövlət Simfonik Orkestrinin ifasında Cüzeppe Verdinin "Taleyin gücü" operasına Uvertüra və Modest Musorqskinin "Sərgidən şəkillər" əsərləri səsləndirilmişdir.
Sonda Rauf Abdullayev tamaşaçıların gurultulu alqışları ilə səhnəyə dəvət olunmuşdur. Maestrokonsertin ərsəyə gəlməsində əziyyəti keçən hər kəsə öz dərin minnətdarlığını bildirmişdir.
Qeyd edək ki, 1959-cu ildə Ü.Hacıbəyov adına Аzərbаycаn Dövlət Kоnservаtоriyаsını və 1965-ci ildə isə Leninqrаd Dövlət Kоnservаtоriyаsını dirijоrluq üzrə bitirən Rauf Abdullayev 1965-1968-ci illərdə M.F.Ахundzadə аdına Аzərbаycаn Dövlət Оperа və Bаlet Teаtrının dirijоru, 1968-1984-cü illərdə baş dirijoru, 1984-cü ildən Ü.Hаcıbəyоv adına Аzərbаycаn Dövlət Simfonik Orkestrinin bədii rəhbəri və bаş dirijоru, 1991-1997-ci illərdə Аnkаrа Dövlət Оperа və Bаlet Teаtrının bədii rəhbəri və bаş dirijоru, həmçinin beynəlхаlq əhəmiyyətli musiqi festivаllаrının, eləcə də layihələrin iştirаkçısı оlub. 20 ildən artıq bir müddətdə teatrın baş dirijoru kimi 30-a yaxın opera və balet tamaşalarına dirijorluq edib. Eyni zamanda bir çох ölkələrdə (Rusiya, Almaniya, Hollandiya, İsveçrə, Fransa, Türkiyə, Misir, ABŞ, İtaliya, Dubay və s.) məşhur kоllektivlərə dirijоrluq edib. Onun repertuarına Qərbi Avropa, rus və Azərbaycan bəstəkarlarının əsərləri daxildir.
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Gəncədə Çukurova Dövlət Simfonik Orkestri və Niyazi adına Dövlət Simfonik Orkestrinin birgə konserti keçirilib - (Foto)
-
"Aşk ve taht" final edir
-
Azərbaycan muzeyi ilə özbək institutu arasında əməkdaşlıq memorandumu imzalanıb - (Foto)
-
Azərbaycan Milli İncəsənət Muzeyi Daşkənddə rəqəmsal layihələr təcrübəsini təqdim edib - (Foto)
-
Azərbaycan və Türkiyənin iki orkestri - bir səhnə: Elvin Hoca Qəniyev musiqi gecəsinin mərkəzində - (Foto/Video)
-
Bakıda ikinci “Fly to Baku. Art Weekend. Sense the Future NOW” festivalı keçiriləcək - (Foto)
XƏBƏR LENTİ
-
Övladınız 11-17 yaşındadır? - Dələduzlar məhz onları hədəf seçirlər
-
Hindistanlı iş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi - (Foto)
-
Avropa ölkəsində xəbərdarlıq: 3 günlük ərzaq və su ehtiyatı saxlayın
-
Dövlət Təhlükəsizliyi Xidmətinin və Xarici Kəşfiyyat Xidmətinin rəhbərləri Zəfər parkını ziyarət ediblər - (Foto)
-
Sabah 31 dərəcə isti olacaq
-
Əraqçi: Hörmüz boğazının açılması bu şərtlərin yerinə yetirilməsindən asılıdır
-
Maşın təmiri sexində divara vurulan elanlar gülüş doğurdu - (Video)
-
Prezident İlham Əliyevin sosial media hesablarında Zəfər parkını ziyarətinə dair videoçarx paylaşılıb
-
Azərbaycanda pensiya yaşı ilə bağlı yeni qayda
-
Keçmiş repçi, indiki baş nazir: BMT-də görünüşü ilə müzakirə yaratdı - (Foto)
-
Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla anıldı - Yenilənib - (Foto-Video)
-
"Qalatasaray"ın keçmiş futbolçusu 33 yaşında karyerasını bitirdi
-
Müctəba Xamenei xəstəxananın dağıntıları altından xilas edilibmiş - İddia
-
Azərbaycanda zəlzələ oldu
-
Əcdadlarımız belə olub - Alimlər təsvir etdilər
-
Türkiyə XİN: Qarabağ uğrunda şəhid olan azərbaycanlıları hörmət və rəhmətlə anırıq
-
Arda Gülər su istədi, görün, azarkeşlər nə etdilər - (Video)
-
27 Sentyabr – Anım Günü ilə əlaqədar Zəfər Parkına ziyarət başlayıb (Foto)
-
ABŞ-dən qayıdan Pezeşkiandan ilk açıqlama
-
Ordumuz Azərbaycanın hərb tarixinin ən şərəfli səhifəsini yaratdı - Kamaləddin Qafarov
-
3 BÜRCƏ payızda çoxlu pul gələcək
-
Mbappe ilə bağlı pis xəbər
-
Bakı-Sumqayıt yolunda daha bir dəhşəti qəza: "Chevrolet" "KamAZ"a çırpıldı: Ölü və yaralılar var - (Foto)
-
Namiq Qaraçuxurlu 27 il əvvəl - (Video)





