“Natəvan“ operasının tamaşası keçirilib
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Oktyabrın 2-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında görkəmli Azərbaycan bəstəkarı, Xalq artisti, Dövlət mükafatı laureatı Vasif Adıgözəlovun "Natəvan" operasının tamaşası keçirilmişdir. Tamaşa şairə Xurşidbanu Natəvanın 190 illik yubileyinə həsr olunmuşdur. Tamaşada Xan qızının həyat və yaradıcıllığı öz əksini tapmış, bir şairə, Dövlət xadimi və ana kimi onun bənzərsiz obrazı yaradılmışdır.
Opera tamaşası ilk dəfə 2003-cü ildə Azərbaycan və Özbəkistanın Xalq artisti, rejissor Firudin Səfərov tərəfindən səhnəyə qoyulmuşdur (libretto müəllifi - Nazim İbrahimov, şeirlərin müəllifi Rüzgar Əfəndiyeva), Tamaşanın musiqi rəhbəri və dirijoru - Xalq artisti, professor Yalçın Adıgözəlov, quruluşcu rəssamı-Xalq artisti, Dövlət mükafatı laureatı Rafiz İsmayılov, rəqslərin quruluşcusu-Xalq artisti Tamilla Şirəliyeva, xormeyster - Əməkdar incəsənət xadimi Sevil Hacıyevadır. Bir neçə il ərzində səhnədə olmayan operanı bu dəfə Əməkdar incəsənət xadimi rejissor Hafiz Quliyev təqdim etmişdir.
Tamaşada Teatrın təcrübəli solistləri ilə yanaşı (Azər Zeynalov Xasay bəy, Cahangir Qurbanov Xasay bəyin əmisi, Tural Ağasıyev Qara paltarlı, Təyyar Bayramov Xanəndə) gənc vokalçılar da yer almışlar. Böyük Britaniya Kral Musiqi akademiyasının məzunu, vokalçıların beynəlxalq müsabiqələrinin laureatı Selcan Nəsibli Natəvan, aparıcı solistlər Taleh Yahyayev Qasım bəy Zakir, Mahir Tağızadə Aleksandr Düma, Fəhmin Əhmədli Hacı Abbas Agah, Rəvanə Əmiraslanlı Xanəndə qız partiyalarında çıxış etmişlər.
Qeyd etmək lazımdır ki, opera tamaşaçıların böyük marağına səbəb olmuş və anşlaqla baş tutmuşdur. Tamaşada Xan qızı Xurşidbanunun obrazı ilə yanaşı, o dövrdə Qarabağda baş verən ictimai-siyasi hadisələrə də geniş yer verilmiş və bu günümüzlə səsləşən mövzuya toxunulmuşdur. Belə ki, tamaşanın sonunda Natəvanın dilindən səslənən - " İndi Şuşa azad-
dır! Mənim ruhum onu qoruyur... Azərbaycan əsgəri Şuşanı azad etdi. Var olsun zəfərimiz!" kimi ifadələr tamaşa zalında əsl coşqu yaratmış və alqışlarla qarşılanmışdır.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
“Sənət inciləri”: növbəti mühazirə-konsert Xəzər Universitetində təşkil olunub - (Foto)
-
Dövlət Uşaq Filarmoniyasında Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində növbəti konsert proqramı keçirilib - (Foto)
-
Azərbaycan Milli İncəsənət Muzeyində 27 Sentyabr – Anım Gününə həsr olunmuş tədbir keçirilib - (Foto)
-
Gəncədə Çukurova Dövlət Simfonik Orkestri və Niyazi adına Dövlət Simfonik Orkestrinin birgə konserti keçirilib - (Foto)
-
"Aşk ve taht" final edir
-
Azərbaycan muzeyi ilə özbək institutu arasında əməkdaşlıq memorandumu imzalanıb - (Foto)
XƏBƏR LENTİ
-
Bərdədə 26 yaşlı gənc öldürüldü - Saxlanılan var
-
Xəzər dənizi ildən-ilə geri çəkilir - Səbəb
-
"Bu, qulaqlıqdır, sırğa deyil, boş-boş danışanlar..." - Zamiq - (Video)
-
“Azeri Light” 118 dollara düşdü
-
Azərbaycanda yağış yağır, bəzi yerlərdə leysan xarakterlidir - Faktiki hava
-
Şəbnəm Tovuzlunun yeni görüntüsü müzakirə yaratdı - (Video)
-
Şəmkirdə iki avtomobil toqquşdu: 3 nəfər yaralandı
-
Prezident İlham Əliyev: Azərbaycanın müdafiə sənayesi məhsullarının keyfiyyəti beynəlxalq səviyyədə yüksək qiymətləndirilir
-
Prezident İlham Əliyev: Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir
-
Fatih Terimin nəvəsi koronavirusa yoluxdu
-
Prezident İlham Əliyev “ADEX 2026” və “Securex Caspian 2026” sərgilərinin iştirakçılarına müraciət ünvanlayıb
-
Qazın qiyməti bahalaşdı
-
“Mançester Siti”nin keçmiş futbolçusu 33 yaşında öldü - (Foto)
-
Dünya bazarında neft bahalaşdı
-
Nəsimi rayonunda qaz olmayacaq
-
Xocalı, Xocavənd şəhərlərinə və Şükürbəyli kəndinə 42 ailə yola salınıb
-
Azərbaycanda zəlzələ oldu
-
Millətlər Liqası: İspaniya və İsveçrə darmadağınla qalib gəldi
-
Adi çay zənn etdi, 22 yaşlı gənc içdikdən sonra iki dəfə ürəyi dayandı
-
Bu yolda quyunun üzərinin açıq qalması təhlükə yaradır - (Video)
-
İki bürcün həyatında yeni mərhələ başlayır
-
Portağal və ya limon deyilmiş: C vitamini anbarı olan qida bəlli oldu
-
Bu ölkədə hər kəs eyni gün yaşlanır: Ad günü gözlənilmir
-
Sizi qızışdırmağa çalışanlara qarşı bu 5 addımı atın





