Toyda onu zəhərləmək istədilər, haqqında ölüm şayiəsi yayıldı, efirə çıxıb ağladı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Milli.Az Kulis.az-a istinadən müğənni Qədir Qızılsəs haqqında maraqlı faktları təqdim edir.
Qədir Məmmədov 1956-cı ildə Cəlilabad rayonunda anadan olub. Çoxuşaqlı ailədə doğulan Qədir Qızılsəs gənc yaşda iki qardaşını və bir bacısını itirib.
***
O, 1977-ci ildə Bakı şəhərinə köçür, paytaxtda yaşamağa, musiqi ilə məşğul olmağa başlayır, özünə Qızılsəs təxəllüsünü götürür. 1983-cü ildə ilk audio-kassetini çıxarır.
2002-ci ildə Azərbaycan Tələbə Gənclər Təşkilatının respublika üzrə keçirdiyi müsabiqədə "Qayıt" mahnısı ilə birinci yeri tutub. "Qızıl səs" mükafatına layiq görülüb.
***
"Ölürəm bir dəli sevgidən ötrü", "Gəlmədin", "Getmə", "Unuda Bilmədim", "Zeynəbim", "Qızlar", "Qayıt", "Hardasan" mahnıları Qədir Qızılsəsə böyük uğur gətirib.
Qədir Qızılsəs 2017-ci ildə çox ağır xəstəlik keçirir. Uzun zaman müalicə olunur. Hər gün üstünə təcili yardım gələn müğənniyə həkimlər qidalanmağı qadağan edirlər. Bu müddət ərzində müğənni haqqında inanılmaz şayiələr yayılır. Kimi onun sənətdən getməsini, kimi ailəsinin onu tərk etdiyini, kimi də müğənninin öldüyünü deyir. Xəstə yatdığı müddətdə heç bir dostu onu arayıb, axtarmır. Adi bir zəngi belə ondan əsirgəyirlər. Müğənni isə haqqında yayılan şayiələrin həqiqəti əks etdirmədiyini deyir:
"Mən bir dəfə sevgi yaşamışam, onu hələ də yaşayıram. Xəyanətkar insan deyiləm ki, ailəm də mənə xəyanət etsin. Ailəm hər zaman mənimlə olub".
***
2017-ci ildə müğənninin səsinin batması və sənətdən getməsi ilə bağlı şayiələr yayılır. Bir müddət sonra Qədir Qızılsəs efirə çıxaraq ağlaya-ağlaya bu barədə açıqlama verir:
"Efirlərdə görünməsəm də, məni qısqananlar çoxdur. Çox insanlar var ki, mənim quyumu qazır. Ona görə fürsətdən istifadə edib belə şayiələr yayırlar. Ancaq bunların heç biri real deyil. Yalan söhbətdir. Mən sənətdən getməmişəm və yaşadıqca da fəaliyyət göstərəcəm. Efirlərdə tez-tez görünmək istəmirəm. Bunun nə mənası var? İnsanlar məni sevir, izləyir, ona görə də hər dəfə mətbuatda görünməyi arzulamıram. Beş il efirə çıxmadım, möhkəm xəstələnmişdim. Çox pis idim. Həmin illər haqqımda çox şayiə yaydılar. İstəməyənlər, paxıl insanlar dedilər ki, Qədir oxuya bilmir, Azərbaycanda yoxdur. İnsanlar çaş-baş qalmışdı. Efirə çıxmırdım, açıqlama vermirdim və özümə qapılmışdım. Şayiə hər yana yayıldı. Amma yenidən efirə qayıtdım. Məni həmişə arxadan, dayanmadan vururlar. Hətta məni toyda zəhərləmək istəyən insanlar da olub. Bu gün də 5, 6 kişi müğənni var ki, məni təqib edir. Ancaq mənim pisliyimə çalışırlar. Onlar kişi müğənnilərdir və özləri yox, başqa insanların əli ilə mənə qarşı bir neçə dəfə iş çevirmək istəyiblər. Hətta razılığa gəldiyim toy danışıqlarımı belə müxtəlif vasitələrlə əlimdən almağa çalışıblar. Onların kimliklərini elə toy sahiblərinin özləri mənə söyləyib. Bütün bunlar yaxın zamanlarda baş verib. Onlar məndən nə istəyirlər axı bilmirəm".
Qədir Qızılsəs Xalq artisti Ağadadaş Ağayevlə illərdir küsülüdür. Onların nə üstündə dalaşdıqları, niyə küsülü olduqları isə məlum deyil.
***
Hazırda müğənni efirlərdə az-az görünsə də, musiqi sahəsindən aralanmayıb.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Gənc istedadlar Fidan Hacıyevanın Beynəlxalq Opera Festivalının əhəmiyyətindən danışıblar - (Foto)
-
Aşıq İsgəndər Ağbabalının 100, Aşıq Faxfur Ağbabalının 70 illik yubileylərinə həsr olunmuş tədbir keçirilib - (Foto)
-
Üzeyir Hacıbəylinin xatirəsinə həsr olunmuş Fidan HacıyevanınIII Beynəlxalq Opera Festivalı çərçivəsində konsert keçirilib - (Foto)
-
Akademik Milli Dram Teatrı və Naxçıvan Dövlət Milli Dram Teatrı arasında Memorandum imzalanıb - (Foto)
-
Dövlət Uşaq Filarmoniyası istedadlı yetirmələri ilə musiqi bayramına öz töhfəsini verməyə davam edir - (Foto)
-
Yüzlərlə milli obraz bir gündə: İçərişəhərdə “Milli Geyimlər Günü” keçirildi
XƏBƏR LENTİ
-
Aktyor Rəşad Səfərov xəstəxanaya yerləşdirildi
-
Elnarə Əliyeva vəfat etdi - (Foto)
-
İrandakı səfirliyimizdən ölkəyə qayıtmaq istəyənlərə - Bildiriş
-
Yasamal və Babəkdə işıq olmayacaq - Yenilənib
-
Zelenski və Tramp Nyu-Yorkda görüşüb
-
Bakı qlobal təhlükəsizlik gündəminin mərkəzində: 100-dən artıq ölkə bir araya gəldi
-
“Sabah”ın gənc azarkeşi vəfat etdi - (Foto)
-
Oğuz və Şəkidə tikilən su anbarı: Torpaq sahələri üçün 471 min manatdan çox ödəniş nəzərdə tutulur
-
İsmət Cəfərova yüksək vəzifə verildi
-
Qazax Rayon Psixiatriya Xəstəxanasında yanğın - 44 xəstə təxliyə edildi - (Foto)
-
Tacir Şahmalıoğlu xəstəxanadan evə buraxıldı
-
Tarixdə ilk: İnsanla robot arasında döyüş keçirildi - (Video)
-
Meymun tanınmış yazıçının həyat yoldaşını öldürdü - anbaan (Video)
-
Azərbaycanla Ermənistan arasında davamlı sülhün bərqərar olmasını arzulayırıq - Ərdoğan
-
Dambrauskas bölgələrimizə heyran qaldı - (Foto)
-
“Bizdəki təzyiqin heç yarısı onlarda yoxdur” - Ayxan Abbasov
-
“Kızılcık şerbeti”ndə yeni sima - (Foto)
-
İran aviaşirkətlərinin Azərbaycana uçuşları dayandırılıb - Yenilənib
-
Bakıdakı universitetlərdə dərslər distant olacaq
-
Xamenei xalqa müraciət etdi
-
Tramp BMT Baş Assambleyasında Prezident İlham Əliyevdən sitat gətirib
-
Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasının Ümumi Debatının açılışında iştirak edib - (Foto)
-
Erməni idmançı UFC-dən kənarlaşdırıldı
-
"Səni ilk qucağıma aldığım gün sanki dünən idi" - Fatimə Fətəliyeva - (Foto)





