Mədəniyyət

Aziz Abduhakimov Beynəlxalq Muğam Mərkəzini ziyarət edib - FOTO

30 İyun 2022 16:52
0 Şərh     Baxış: 678
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Özbəkistan Respublikasının Baş nazirinin müavini, turizm və mədəni irs naziri Aziz Abduhakimov Beynəlxalq Muğam Mərkəzini ziyarət edib. 

Nazir Aziz Abduhakimovu Səmərqənd Dövlət Universitetinin rektoru Rustam Xolmuradov və "Özbəkistan 24" Dövlət Televiziya kanalı müşayiət edib.

BMM-nin direktoru, Xalq artisti Murad Hüseynov qonağa Azərbaycanın musiqi mədəniyyəti, muğam sənəti haqqında məlumat verib.

Bildirib ki, Azərbaycanın Birinci vitse-prezidenti, ölkəmizin birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü ilə inşa olunan Beynəlxalq Muğam Mərkəzinin açılışı 2008-ci ilin 27 dekabrında keçirilib. Qeyd edib ki, Azərbaycan dövlətinin və Heydər Əliyev Fondunun fəaliyyəti nəticəsində Azərbaycan muğam sənəti, bu sənətin əsas alətləri - tar, kamança UNESCO-nun Qeyri maddi-mədəni irs siyahısındadır. Bunun özü böyük uğurdur və muğamın təbliğində vacib rol oynayır. "Dünyanın elə bir qitəsi yoxdur ki, muğam ifaçılarımız orada çıxış etməsinlər. Heydər Əliyev Fondu dünyada musiqimizin təbliği bağlı böyük layihələr həyata keçirir. Dünyanın məşhur musiqiçiləri ilə bizim musiqiçilərimiz arasında sıx əlaqə, dostluq münasibətləri yaranır. Beynəlxalq Muğam Mərkəzində də bu istiqamətdə müxtəlif layihələr reallaşır, elmi konfranslar, dəyirmi masalar, konsertlər keçirilir",- deyə Murad Hüseynov bildirib.

Aziz Abduhakimov öz növbəsində bu il Özbəkistanda təşkil edilən "Lazgi" festivalında BMM-nin solistlərinin  və "Qarabağ" muğam qrupunun uğurlu çıxışları ilə bağlı BMM rəhbərliyunə təşəkkür edərək  iki qardaş ölkə arasında muğam sənətinin geniş inkişafı nəzərə alınaraq birgə tədqiqat işlərinin həyata keçirilməsi ilə bağlı təkliflərini bölüşüb. Qarşılıqlı sənət mübadiləsinin vaciibliyini qeyd edib. Qonaqlara BMM-nin foyesində olan ekspozisiyada nümayiş olunan milli musiqi alətləri haqqında da məlumat verilib.

Görüş zamanı Özbəkistan Makam (muğam)İnstitutu (Mərkəzində) Azərbaycan milli musiqi alətləri- tar, kamança və qavalın daimi sərgilənməsi eyni zamanda Azərbaycanda və özbəkistanda qarşılqılı olaraq musiqi alətlərimizin sərgisinin təşkili ilə bağlı razılıq əldə edilib.

Sonra Beynəlxalq Muğam Mərkəzinin solistləri tarzən Rəşad İbrahimov və kamança ifaçısı Təbruz Usubovun müşayiəti ilə VIII Muğam Televiziya Müsabiqəsinin iştirakçıları Ülkər Abdullayeva və Fuad Əzizzadənin ifalarında  konsert proqramı təqdim olunub. Gənc xanəndələr xalq mahnıları və təsnifləri, eləcə də muğamlardan parçalar səsləndiriblər.

Görüş zamanı həmçinin Özbəkistanın "Özbəkistan 24" Dövlət Televiziya kanalı BMM fəaliyyətini əks etdirən süjet lentə alıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.