Mədəniyyət
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bölgələrdə kinoteatrların fəaliyyəti bərpa olunacaq
29 Mart 2012 11:00
0 Şərh
Baxış: 1 405
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Milli.Az Regional TV kanalına istinadən xəbər verir ki, Qubanın "Nizami" kinoteatrının binası 1951-ci ildə inşa olunub. 1990-cı illərə kimi kinoteatrda tamaşaçı sıxlığı yaşanıb. Mədəniyyət ocağının binası sonuncu dəfə 1980-ci ildə təmir olunub. Tamaşaçılar bu zalda ən çox milli kinolarımıza, hind filmlərinə və Rusiyanın müharibə illərindən bəhs edən filmlərə baxıblar. Hazırda kinoteatr acınacaqlı vəziyyətdədir. Binanın dam örtüyü çürüyüb. Nəticədə yağıntıların içəri damması kinoteatrın tavanın bir hissəsinin uçulub sökülməsinə səbəb olub.
Döşəməsi çürüyüb, divarların bir hissəsi rütubətdən ovulub. Buna baxmayaraq, kinoteatrın işçiləri bütün avadanlıqları qoruyub saxlaya biliblər.
Kinomexanik Məzahir Dövlətov deyir ki, əgər kino zalı təmir edilərsə, biz fimləri nümayiş etdirməyə hazırıq. Məzahir Dövlətov bu avanadlıqları işə saldıqda nostalji hisslər yaşadığını deyir. Kinomexanik aparatların işləməsində problemin olmadığını göstərmək məqsədilə RTV tamaşaçıları üçün bir film də nümayiş etdirdi. Quba rayon Kino-Video Birliyinin direktoru Nəzər Əsədullayevin sözlərinə görə, hazırda Nizami kinoteatrının 4 rəsmi işçisi var. Lakin
mədəniyyət ocağı təsərrüfat hesablı müəssisə olduğundan özü-özünü maliyyələşdirir. Maaş olmadığından işçilərin heç biri işə gəlmir.
Qubada 3 kinoteatr olub. Onlardan ikisi - "Səməd Vurğun" və "Bakıxanov" kinoteatrları özəlləşdirilib. "Nizami" kinoteatrı isə hələ də dövlətin balansındadır. Quba Mədəniyyət və Turizm Şöbəsinin müdiri Elxan Məhərrəmov deyir ki, baxımsızlıq kinoteatrların tamaşaçısını itirməsinə səbəb olub. Onun sözlərinə görə, "Nizami" kinoteatrının bərpası üçün Mədəniyyət və Turizm Nazirliyinə müraciət edilib.
"Bu ilin sentyabr ayınadək Azərbaycanın bütün bölgələrində eyni vaxtda 120-yə yaxın kinoteatr və kinoteatr tipli müəssisə bərpa olunaraq istifadəyə veriləcək. İndi bu işlərin həlli istiqamətində ciddi addımlar atılır".
Bu sözləri martın əvvəlində mətbuata açıqlamasında Mədəniyyət və Turizm nazirinin müavini Ədalət Vəliyev deyib. O, bildirib ki, bərpa olunacaq kinoteatr və klublarda retro filmlərin, ölkədə çəkilən yeni ekran əsərlərinin, eləcə də xarici kinofilmlərin göstərilməsi mümkün olacaq.
Milli.Az

DİGƏR XƏBƏRLƏR
-
“Dünyanı qadınlar idarə etsəydi?”: Cudi Çikaqonun qlobal incəsənət layihəsi Bakıda təqdim olunacaq - (Foto)
-
“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib
-
Gülnarə Xəlilova Bursa Fashion Week-də Azərbaycanın milli ənənələrini təqdim edib - (Foto)
-
Uşaq Filarmoniyasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş konsert proqramı və sərgi keçiriləcək
-
Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib - (Foto)
-
“Qəlbimizdə yaşayanlar”: III Beynəlxalq Fidan Hacıyeva Opera Festivalı çərçivəsində duyğulu konsert keçirilib - (Foto)
XƏBƏR LENTİ
-
Tbilisidə 23 yaşlı Aysunun müəmmalı ölümü - atası danışdı
-
Qaxda şagird məktəbdə xəsarət aldı - Sinif yoldaşı şübhəlidir
-
UEFA Çempionlar Liqası: "Sabah" və "Borussiya"nın start heyətləri açıqlandı
-
Sabah iki rayonda qaz olmayacaq
-
Xankəndidə dövlət qurumunun əməkdaşı narkotiklə saxlanıldı
-
Süni intellekt xərçəng xəstələrinin nə qədər yaşayacağını təxmin edir
-
Bir əsrlik fayton: Nəriman Nərimanovun Şəki səfərindən yadigar - (Foto)
-
“Sabah”ın U-19 komandası "Borussiya"ya uduzdu
-
Zəruri olmadığı təqdirdə Fransaya səfər etməyin - XİN
-
Leyla Əliyeva Aşqabadda Milli Türkmən Xalçası Muzeyində olub - (Foto)
-
“Dünyanı qadınlar idarə etsəydi?”: Cudi Çikaqonun qlobal incəsənət layihəsi Bakıda təqdim olunacaq - (Foto)
-
Qardaşlıq sərhədləri ləğv etmir: Azərbaycan Türkiyədən giriş qaydalarına niyə yenidən baxmalıdır?
-
Leyla Əliyeva Aşqabadda MAMA “Ana təbiət” beynəlxalq incəsənət sərgisinin açılışında iştirak edib - (Foto)
-
"Qarabağ" və "Neftçi" cərimələndi
-
Ölkəyə girişinə qadağa qoyulan azərbaycanlı həbs olundu
-
“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib
-
Sabah səhər saat 08:00-dan bu yolda hərəkət dayandırılacaq
-
7 qat Azərbaycan çempionu diskvalifikasiya olundu
-
"Aygün Kazımovanın mənə 3000 dollar borcu var" - (Video)
-
Fransada kütləvi talanların nəticəsi: 149 nəfər həbsə göndərildi
-
Tramp: "Makiyajımı özüm edirəm"
-
"Rauf -40 dərəcə" illər sonra efirə qayıtdı - (Video)
-
Nəsimi Musayevin saxlanılma anı - (Video)
-
Müğənni Lətifə: "Nənəmdən şəhər mərkəzində elit restoran miras qalıb"