Mədəniyyət

Yunus Oğuzun "Cığır" romanı işıq üzü görüb

13 İyun 2022 12:44
Baxış: 740
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Yazıçı-publisist Yunus Oğuzun "Cığır" romanı çapdan çıxıb. Olaylar.az xəbər verir ki, Şuşa şəhərinin inşa edilməsinin 270 illiyinə və 44 günlük Vətən müharibəsinə ithaf olunmuş tarixi romanda 44 günlük Vətən müharibəsinin keçdiyi yol, Vətən müharibəsindən sonrakı nailiyyətlər və mədəniyyət paytaxtımız Şuşa şəhərinin tarixindən bəhs edilir. 

Qeyd edək ki, kitabın ilk səhifələrində Milli Məclisin üzvü, akademik Nizami Cəfərov, filologiya elmləri üzrə fəlsəfə doktoru, AMEA Nizami Gəncəyi adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi Elnarə Qaragözova və filologiya üzrə fəlsəfə doktoru, "Ədəbiyyat" qəzetinin baş redaktoru Azər Turan əsər haqqında öz fikirlərini bildiriblər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.