"İçərişəhər"də vandalizm nümunələri hiddət doğurub.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə memar, sənətşünaslıq doktoru, professor Elçin Əliyev sosial şəbəkələrdə paylaşım edib.
Belə ki, divarda maşın nömrələri, adların baş hərfləri yazılıb:
"İnsan nə qədər eybəcər biri olmalıdır ki, bizim üçün müqəddəs bir yerin üzərində bunu yazsın?! Xahiş edərdim, "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən həmin şəxslər tapılsın və mütləq məsuliyyətə cəlb edilsinlər".
Milli.Az